Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-775/2021 03.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin Göygöl rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 uşağını 8 yaşınadək tərbiyə etməyini və 8 il 3 ay əmək fəaliyyətinin sğorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09.04.2021-ci il tarixli 2-1(114)-775/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Göygöl rayon filialı hüquq varisliyi qaydasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və ailə həyatı qurmuşdur. 03.11.1984-cü il tarixdə X4, 04.01.1988-ci ildə X3, 05.01.1990-cı il tarixdə X5 və 01.07.1992-ci il tarixdə Alıyev azər Mirzə oğlu adlarında övladları dünyaya gəlmişdir. Qızları Sevilin 8 yaşı 03.11.1992-ci ildə tamam olub, Səadətin 8 yaşı 04.01.1996-cı ildə tamam olub. Oğlanları Arzunun 8 yaşı 05.01.1998-ci ildə, Azərin isə 8 yaşı 01.07.2000- ci ildə tamam olub. Uşaqlar sağ-salamatdırlar. Daşkəsən rayon Dövlət Arxivinin arayışı ilə onun 31.12.1982-ci ildən Daşkəsən rayon “Lenin” adına sovxoza fəhlə qismində işə götürülməyi və kolxoz və sovxozların ləğv edilməsi ilə əlaqədar 31.03.1991 -ci ildə işdən azad edilməsi sübut olunur. Həmin sovxozda 8 il 3 ay fəhlə kimi işləmişdir. Onun 50 yaşı 11.10.2013-cü ildə tamam olub. 4-cü uşağının 8 yaşı 01.07.2000ci il tarixdə tamam olub və sonradan ona məlum olub ki, 50 yaşına çatmış və 4 uşaq doğub 8 yaşına kimi tərbiyyə etmiş qadınların yaşa görə əmək pensiyası almaq hüququ var. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon filialına müraciət edib ona 4 uşaq doğub tərbiyə etdiyinə görə 50 yaşdan yuxarı (58 yaş) yaşının olduğunu nəzərə alıb yaşa görə əmək pensiyasının təyin etməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon filialı 20.11.2020-ci il tarixli məktubu ilə ona imtina cavab verilmişdir: 2013-cü ildə onun 50 yaşı tamam olub və həmin vaxtı qüvvədə olan “Əmək pensiları haqqında” 07 fevral 2006-cı il tarixli Qanunu ( 28 noyabr 2006-cı il tarixli, 24.12.2006, q.m.t. 01.01.2007ci il tarixli əlavə və dəyişikliklər) ona münasibətdə tətbiq edilməlidir. Həmin tarixdən sonra qəbul edilmiş hər hansı bir vəziyyətini pisləşdirən qanunun ona aidiyyəti yoxdur. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon filialının pensiya ilə əlaqədar imtinasını əsassız hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı etiraz verərək bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 16.11,2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filalına (Göygöl) yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə 20.11.2020-ci il tarixli **********3 nömrəli məktubla imtina cavabı verilmişdir. Hesab edilir ki, iddiaçıya verilmiş imtina qanuni, əsaslı olmuşdur. Belə ki, iddiaçı müvafiq filiala müraciətində 4 övladını doğub, 8 yaşına qədər tərbiyə etdiyinə görə ona 50 yaşında yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir və bu hüququnun yaranması əsası kimi “Əmək pensiyaları haqqında” qanunun 8.1 -ci mədəsinə istinad etmişdir. Məlumat üçün bildirilir ki “Əmək pensiyaları haqqında” qanunun 8.1-ci maddəsi 27.10.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla dəyişdirilmiş və 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minmişdir. İddiaçı xx.xx.1963-ci ildə Azərbaycan Respublikasının Daşkəsən rayonunda anadan olmuşdur. Onun 50 yaşı 11.10.2013-cü ildə tamam olmuşdur və həmin dövrdə onun istinad etdiyi qanunvericilik norması isə qüvvədə deyildi. Qüvvədə olan qanunvericiliyə əsasən onun pensiya hüququ 11.10.2028-ci ildə yaranacaqdır. Beləliklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün mövcud qanunvericiliyin yaşla bağlı tələbi ödənilmədiyi üçün ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Məhkəmə, tərəflərin izahatlarını, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibət olmadığından inzibati işin aiddiyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhər, Nərimanov rayonu, X10 küç, ev 143 ünvanında olduğundan və Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-775/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-775/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver