Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-775/2025 21.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Samux Rayon Polis Şöbəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Samux Rayon Polis Şöbəsinə qarşı üçüncü şəxslər X21, X22, X11, X8, X15, X4 və X9 ona məxsus olan ünvan 2ində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-6135/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən Samux ray., Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1971-ci il təvəllüdlü X21, xx.xx.2002-ci il təvəllüdlü X22, xx.xx.1992-ci il təvəllüdlü X11, xx.xx.1979-cu il təvəllüdlü X8, xx.xx.1983-cü il təvəllüdlü X15, xx.xx.1981-ci il təvəllüdlü X4 və xx.xx.1987-ci il təvəllüdlü X5 rayon, Əhmədbəyli kəndində qeydiyyatdadırlar.
3. Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-13-105/2-7-6194/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, ünvan 2ində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X21, X22, X11, X8, X15, X4 və X9 məcburi qaydada çıxarılması onların səlahiyyətləri daxilində deyildir.
4. Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlinin xx.xx.2024-cü il tarixli 122 nömrəli və xx.xx.2024-cü il tarixli 172 nömrəli arayışlarıından müəyyən olunur ki, İddiaçı ünvan 2ində qeydiyyatdadır və orada da yaşayır.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlinin xx.xx.2024-cü il tarixli 5-72-6/2-26/2024 nömrəli cavab məktubunda qeyd olunur ki, cavabdeh olaraq göstərilən şəxslər İddiaçı təsərrüfatında yaşamırlar və təsərrüfatbaşına kitabda qeydiyyatda deyillər.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, xx.xx.1971-ci il təvəllüdlü X21 xx.xx.2021-ci il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü X22 xx.xx.2024-cü il tarixdən, xx.xx.1992-ci il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdən, xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixdən, və xx.xx.1987-ci il təvəllüdlü X18 xx.xx.2019-cu il tarixindən ünvan 2ində, xx.xx.1983-cü il təvəllüdlü X15 xx.xx.2018-ci il tarixdən hazırki vaxtadək Daşkəsən ray., Əmirvar kəndində, xx.xx.1981-ci il təvəllüdlü X2 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat qeydə alınmamışdır.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlinin xx.xx.2025-ci il tarixli 5-72-6/2-32/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 5-72-6/2-35/2025 nömrəli cavab məktubunda qeyd olunur ki, X21. X23, X12, X8, X15, X4 və X18 İddiaçı adına olan daşınmaz əmlakın dövlət reyestr xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli **********05-10301 reyestr nömrəli çıxarışla təsərrüfatında (evində) yaşamırlar və təsərrüfatbaşına kitabda qeydiyyatda deyillər. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin ona məxsus evdən pasport çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Samux Rayon Əhmədbəyli kəndində xüsusi mülkiyyətimdə olan 0,16 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli iki otaqlı 55,9 kvm yaşayış, 22,1 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin xüsusi mülkiyyətində olamasına dair xx.xx.2009-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Formal olaraq X21, X22, X11, X1 Emin Məhəmmədəli oğlu X3 Gülşən Sabir qızını onun razılığı ilə xüsusi mülkiyyətində olan evinə qeydiyyata düşmüşdür. Lakin həmin şəxslər heç vaxt onunla birlikdə yaşamamışlar. Onların qeydiyyatı formal xarekter daşımışdır. Həmin ünvanda qeydiyyatda olan şəxslərin hazırda faktiki olaraq hansı ünvanda yaşadıqlarını bilmir. Real olaraq onlarla heç bir ünsiyyəti yoxdur. Onların qeydiyyatı formal xarekter daşıdığı üçün və hazırda yaşadıqları ünvanı bilmədiyinə görə evdən qeydiyyatdan çıxara bilmir. Ona görə də onların məhkəmə yolu ilə qeydiyyatdan çıxarılmasına zərurət yaranmışdır. Samux Rayon Polis şöbəsinə həmin ünvanda və xüsusi mülkiyyətində olan evdə formal qeydiyyatda olan şəxsləri qeydiyyatdan çıxarılması məqsədilə ərizə ilə müraciət etməsin baxmayaraq, Samux Rayon Polis şöbəsi xx.xx.2024-cü il tarixli № 3-13-105/207-61-94/24 nömrəli cavab məktubunda formal qeydiyyatda olan şəxsləri onun evindən qeydiyyatdan çıxarmaqdan imtina edilib və imtinada "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X21, X22, X11, X8, X15, X4 və X18 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
14. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
15. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
18. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1971-ci il təvəllüdlü X21, xx.xx.2002-ci il təvəllüdlü X22, xx.xx.1992-ci il təvəllüdlü X11, xx.xx.1979-cu il təvəllüdlü X8, xx.xx.1983-cü il təvəllüdlü X15, xx.xx.1981-ci il təvəllüdlü X4 və xx.xx.1987ci il təvəllüdlü X9 ünvan 2i ünvanında qeydiyyatda olduqları qeyd edildiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
19. Lakin sözügedən ev Samux rayonu Əhmədbəyli kəndində yerləşməklə, nömrə ilə ünvan verilməmişdir.
20. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyətinin başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlinin xx.xx.2025-ci il tarixli 5-72-6/2-32/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 5-72-6/2-35/2025 nömrəli cavab məktubunda qeyd olunur ki, X21. X23, X12, X8, X15, X4 və X18 İddiaçı adına olan daşınmaz əmlakın dövlət reyestr xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli **********05-10301 reyestr nömrəli çıxarışla təsərrüfatında (evində) yaşamırlar və təsərrüfatbaşına kitabda qeydiyyatda deyillər
21. Göründüyü kimi, məhkəmə araşdırması ilə üçüncü şəxslərin məhz iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaları müəyyən edilmir.
22. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə, yəni onun hər hansı hüququnun pozulması halı mövcud deyildir.
23. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
24. İPM-ə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva