Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-779/2022 30.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinə qarşı şəhidliklə bağlı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum X2nun xx.xx.1993-cü il tarixdə (və ya sənəd üzrə N-cü ildə) Azərbaycan Respublikasının suvenerliyi uğrunda erməni işğalçılarına qarşı Ağdam rayonunun Salahlı Kəngərli kəndi uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından həlak olduğu üçün ona şəhid adının verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X2 1993-cü il tarixdə Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyünün və suverenliyinin qorunması üçün Samux rayon Hərbi Komisarlığından çağrış üzrə Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuş və N-cü il tarixdə Ağdam rayonunun Salahlı Kəngərli kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. X2 Samux rayonunda şəhidlər xiyabanında dəfn olunmuş, adı Samux rayonunun ərazisində bir küçəyə verilmişdir. Lakin onun ölüm səbəbi, hansı şəraitdə ölməsi və hansı vəzifəsini yerinə yetirərkən vəfat etməsi, yəni şəhid olması barədə rəsmi sənəd verilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalar» nın 1.2.6-cı bəndinə görə mərhum X2nun Ağdam rayonunu Salahlı Kəngərli kəndi uğrunda gedən döyüşlərdə həlak olması ilə bağlı cavabdehə müraciət etsə də qardaşına Şəhid statusunun - adının verilməsi barədə qərar, arayış verilməmişdir. Bununla bağlı imtina məktubu ona xx.xx.2020-ci il tarixdə çatmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “şəhid statusu verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin tarixli məhkəmə iclasında ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mərhum qardaşının ailəsi və övladları olmamış, valideynləri isə vəfat etmişdir. İddiaçının vəkili X11 iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-4577 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 1/M-397 nömrəli məktubundan görünür ki, Samux Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış, sıravi X9 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminat siyahılarına salınmışdır, Təşkilat-Səfərbərik İdarəsinin xx.xx.Nxx.xx.N-cü il tarixli dövrü ilə əhatə edən qovluğunda məlumatda (həlak olduğu yer göstərilməmişdir) qeyd olunmuş “yanvar N-cü ildə həlak olmuş şəhidlərin siyahısında” Samux Rayon hərbi Komissalığından çağrılmış, 1972-ci il təvəllüdlü, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, sıravi X7 xx.xx.N-cü il tarixində aldığı güllə yarasından həlak olması barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində X5 həlak olması barədə məlumat aşkar olunmamışdır. -Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X5 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi üzrə vəfat etmiş zabit, gizir, əsgər və çavuşların qeydiyyat kitabında qeydiyyatı olmadığına görə onun nə zaman şəhid olması və şəhid statusunun verilməsi və ya şəhid statusunun ləğv edilməsi barədə məlumat yoxdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli, 9/2-7080 nömrəli məktubuna əsasən X9 N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmış və xx.xx.1993-cü il tarixdə həlak olduğu üçün hərbi hissə komandinin xx.xx.N-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. -surəti işə əlavə edilmiş X9 barəsində, Samux MRX-nın xx.xx.N-cü il tarixli, 03 nömrəli ölüm arayışı əsasında tərtib olunmuş xx.xx.N-cü il tarixli, 03 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, beyindaxili qanaxma nəticəsində Salahlı Kəngərli kəndli uğrunda şəhid olmuşdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP-xx/xx- 2554 nömrəli məktubundan görünür ki, X5 ölüm faktı ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda və tabe hərbi prokurorluqlarda cinayət işi istintaq edilməmiş, material araşdırılmamış və hər hansı məlumat qeydə alınmamışdır. - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, ƏƏSMN X1 Sisteminin Sosial ödənişlər altsisteminə əsasən vətəndaş X8 şəhid ailəsi kimi hər hansı sosial ödənişin təyin olunmasına dair məlumat aşkar edilməmişdir. -Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 11/1022 nömrəli məktubundan görünür ki, Samux rayon Mərkəzi Xəstəxanasının 9 fevral 2019-cu il tarixli məktubunda V.S.Məmmədovun N-cü ilin yanvar ayında Ağdam rayonu ərazisində hərbi xidmətdə olduğu zaman həlak olması və Ağdam rayonunun Xındırıstan qəsəbəsində dəfn edilməsi barədə məlumat əldə olunduqdan sonra, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları ilə birlikdə Ağdam rayonunda artıq dəfn edilmiş V.S.Məmmədovun meyit yaxınları tərəfindən tanındıqdan sonra Samux rayonu, Sərkar kəndinə gətirilmişdir. Samux rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı X10 tərəfindən meyitə baxış keçirilərkən onun alın nahiyəsində güllə yarası olduğu və onun təxminən bir həftə öncə qeyd edilən xəsarət nəticəsində həlak olduğu müəyyən edilmişdir. Məktubda həmçinin qeyd edilir ki, V.S.Məmmədovun ölümü ilə əlaqədar hərbi hissədən və müalicə müəssisəsindən xəstəxanaya hər hansı sənəd daxil olmamışdır. V.S.Məmmədovun döyüş əməliyyatları zamanı alın nahiyəsindən aldığı güllə yarasından həlak olması faktı hadisə baş verən zaman onun yanında olan əsgər yoldaşlarının notarial qaydada təsdiq edilmiş izahatları ilə də öz təsdiqini tapmaqdadır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının mərhum X2 N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmış və xx.xx.1993-cü il tarixdə həlak olduğu üçün hərbi hissə komandinin xx.xx.N-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı hazırki iddia ilə mərhum qardaşının şəhid hesab edilməsi üçün müvafiq araşın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsistatusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın:- - 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. -1.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. - 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinəmaraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi" nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.12.08 tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Qeyd olunmamlıdır ki, iş materiallarına əlkavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının mərhum X2nun N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aldığı güllə yarasında vəfat etməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilsə belə, X5 aldığı güllə yarasından ölməsi onun xidmət etdiyi hərbi hissənin həmin zaman döyüşlərdə iştirak edən hərbi hissə olub-olmaması hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X4 ölüm faktı ilə bağlı hər hansı cinayət işi istintaq edilməmiş, material araşdırılmamış və hər hansı məlumat qeydə alınmamışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Vüqar Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, X5 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-779/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-779/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver