Məhkəmə qərarları › İş №2-1(114)-779/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-779/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-779/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, cavabdehin nümayəndəsi X6 və X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı 2,08 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvləri İddiaçı4 (Əbülfət yazılmışdır) Rəşid oğlu, İddiaçı2, İddiaçı3 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,08 hektar torpaq sahəsi verilmişdir. Bu barədə xx.xx.1998-ci il tarixdə 1282 nömrə ilə qeydiyyata alınmış JN-371 (kod ********) nömrəli dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi 2131 kv.m ölçüdə 371 nömrə ilə, 18.644,01 kv.m ölçüdə isə 371C nömrə ilə plan –cizgisi hazırlanmışdır. Dövlət aktına əlavə edilmiş və xx.xx.1998-ci il tarixdə Tərtər rayon torpaq şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmiş qaiməsi /sertifikatı/na əsasən 371 sahə nömrəsi üzrə İ keyfiyyət qrupu, 85 bonitet balı olan 2.131 kv.m, 371C sahə nömrəsi üzrə İ keyfiyyət qrupu 85 bonitet balı olan 18.644,01 kv.m torpaq sahəsi ölçüsündədir. İddiaçılar sənəd 1.86 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri sublik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-1615 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının sənədləşdirmək istədiyi 1.86 ha torpaq sahəsi ilə X4 X5 göstərilmiş torpaqlardan faktiki stifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin miqdar 1.48 hadır. Yuxarıda qeyd olunan səbəbə görə 1.86 ha torpaq sahəsi üzərində sizin mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Lakin, sizin rəsmi razılığınız əsasında faktiki istifadənizdə olan 1.48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması mümkündür. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq nübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və nəhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin jərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada nüvafiq məhkəmədə baxılır. Qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" zərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənizin rası müvəqqəti olaraq dayandırılır. Nəzərinizə çatdırılır ki, 1.48 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsi təqdim ediləcəyi təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət iququnuzun dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada təkrar baxılacaqdır. iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,08 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, Tərtər rayonu Hüsənli kəndində yerləşən sənəd üzrə 1.86 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə (Torpağa mülkiyyət hüququna dair JN-371 nömrəli dövlət aktı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, sənədləşdirmək istədiyiniz 1.86 ha torpaq sahəsi ilə X4 X5 göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin miqdarı 1.48 ha-dır. Yuxarıda qeyd olunan səbəbə görə 1.86 ha torpaq sahəsi üzərində sizin mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Lakin, sizin rəsmi razılığınız əsasında faktiki istifadənizdə olan 1.48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənizin icrası müvəqqəti olaraq dayandırılır. Nəzərinizə çatdırırıq ki, 1.48 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsini təqdim edəcəyiniz təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada təkrar baxılacaqdır. İmtina məktubundan da göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla hüquqların dövlət qeydiyyatına alınması müvəqqəti olaraq dayandırılmışdır. Vətəndaşın 1.86 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənin icrasından imtina barədə təkrar ərizəsi nəzərə alınaraq hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Bu səbəbdən də hesab edirik ki, Ərazi İdarəsinə qarşı qaldırılmış iddia əsassızdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2- 1311/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin Arxivində JN-371 (kod ********) nömrəli dövlət aktı aşkar edilməmişdir. Əlavə olaraq, orta pay norması özəlləşəcək torpaq sahələrinə münasibətdə şərti sahələr (fiziki sahə x torpağın bonitet balı) üzrə hesablanır. Sonradan hər bir parselin keyfiyyət göstəricisi (bonitet balı) nəzərə alınmaqla, mülkiyyətçiyə ayrılacaq torpağın fiziki sahəsi hesablanır. Bu səbəbdən hər bir mülkiyyətçiyə ayrılmış torpaq normaları fiziki sahələrə görə müxtəlif olsa da, şərti sahələrə görə bərabər olur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Tərtər rayonu, Hüsənli kəndində (keçmiş M.Ə.Sabir adına sovxoz) aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində vətəndaşlara aid fərdi məlumatlar mövcud olmadığından təqdim edilməsi məqsədəmüvafiq hesab edilmir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2766/2024 nömrəli qərardadı ilə tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: 1) Torpağa mülkiyyət hüququna dair JN:371C nömrəli (kod 6110048) dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə 1.86 ha torpaq sahəsi verilmisdir. Lakin TEKUİS məlumat bazasına əsasən mülkiyyətinə 1.48 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Həmin torpaq sashəsinin mülkiyyət forması xüsusi, kənd təsərrüfatı təyinatlı əkin sahəsidir. 2) TEKUİS-ə əsasən Dövlət aktı qeydiyyat kitabında xx.xx.1998-ci ll tarixdə 1282 nömrə ilə qeydiyyata alınmış JN:371 nömrəli (kod 6110048) dövlət aktındakı torpaq sahəsi iddiaçı tərəfindən istifadə etmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. 3) TEKUİS-ə əsasən sənəd üzrə torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. 4) EKUİS-ə əsasən sənəd üzrə Dövlət aktı qeydiyyat kitabında xx.xx.1998- ci il tarixdə 1282 nömrə ilə qeydiyyata alınmış JN:371 nömrəli (kod 6110048) dövlət aktı ilə mülkiyyətə verilən torpaq sahəsindən hal-hazırda İddiaçı1 istifadə etmir. Həmin torpaq sahəsi və digər qonşu torpaq sahələri X8 tərəfindən birləşdirilərək əkilir. 5) orpaq sahəsinə dair rəy, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, X4ı uçotu (TEKUis) informasiya sisteminə əsasən hazırlanmışdır. Məhkəmə iclasında iştirak etmiş Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya dövlət aktı ilə 2 hissədə - 0,22 hektar və 1,86 hektar olmaqla, cəmi 2,08 hektar torpaq sahəsi verilmişdir. 0,22 hektar torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur, iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata alına bilər. 1,86 hektar torpaq sahəsi Elektron baza məlumatlarında ölçüsü 1,48 ha kimi işlənilmişdir. Hazırda həmin torpaq sahəsi və onun qonşuluğunda olan torpaqlar eyni şəxs tərəfindən istifadə olunur. Ümumiyyətlə, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə sürüşmə mövcuddur, nəticə etibarilə yalnız 32 sot torpaq sahəsi qonşu torpaq mülkiyyətçilərin razılığı ilə bərpa oluna bilər. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. xx.xx.1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə iddiaçılara kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2131 kv.m və 18.644,01 kv.m ölçülərdə olmaqla, cəmi 2,08 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN 371, KOD 61100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin hazırda AZCAD məlumat bazasında iddiaçıların mülkiyyətindəki 18.644,01 kv.m torpaq sahəsinin ölçüsü 1,48 ha kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 2.3-cü bəndində göstərilmişdir ki, X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X4 X5 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. Qeyd olunan normalardan da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini yaratmaq cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı daşınmaz əmlakın dövlət reyestri baza məlumatlarında hansı səbəbdən, hansı sənədlərə istinadən iddiaçıların torpaq sahəsinin fərqli qeyd olunması müəyyən edilmir. Cavabdeh qurum da həmin hala aydınlıq gətirməmişdir. JN-371 saylı "Torpağa mülkiyyət hüquqna dair" Dövlət Aktı ilə müəyyən edilmiş torpaq sahəsinin ölçüsünü cavabdeh qurum bazada “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələblərinə uyğun monitorinq və hazırlıq işləri aparmadan iddiaçıya məxsus dövlət aktına uyğun deyil, səhv müəyyən etməklə sonuncunun hüquqlarını pozmuşdur. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən təqdim edilən dövlət aktı müvafiq dövlət səlahiyyətləri orqanları tərəfindən hazırlanaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə xatırlatmağı zəruri hesab edir ki, “İnzibati icraat haqqında” qanunun 13-cü maddəsində “Etimad hüququnun qorunması prinsipi” müəyyən edilmişdir. Belə ki, həmin qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, aqrar islahatla iddiaçıların mülkiyyətinə verilmiş 2,08 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Tərtər rayonu, Hüsənli kəndində yerləşən və JN-371 (kod ********) nömrəli dövlət aktında əks olunan 2,08 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair texniki sənədlərin verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar