Məhkəmə qərarları › İş №2-1(114)-78/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-78/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-78/2020 01.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X4, Cavabdehin etibarnamə üzrə X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxslər Gəncə rayon Mənzil İstismar Hissəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi) ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxslər Gəncə rayon Mənzil İstismar Hissəsi) xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-78/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X5 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1991-ci il tarixli, 0509 saylı əmri ilə 230 saylı hərbi hospitala cərrahiyə şöbəsinə rəis təyin edilmiş və o, həmin vəzifədə xx xxx 2000-ci il tarixədək xidmət etmişdir. Göstərilən vəzifədə xidmət etdiyi dövrdə əri 2 dəfə infarkt keçirmişdir. Müdafiə nazirinin xx xxx 2000-ci il tarixli, 0214 saylı əmri ilə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində başa çatmasına görə tərxis olunmuşdur. X14 yuxarıda göstərdiyi vəzifədə işlədiyi dövrdə ona Gəncə şəhəri Hərbi Mənzil İstismar Hissəsinin xx.xx.1996-cı il tarixli, 76 nömrəli orderinə əsasən ünvan 2 mənzil 23 ünvanında yerləşən, sahəsi 42,75 kv.m olan 3 otaqlı xidməti mənzil verilmişdir. Göstərilən mənzildə ailəlikcə yaşamışlar və daimi qeydiyyatda olmuşlar, hazırda da orada yaşayırlar. Səhhətilə əlaqədar müvəqqəti olaraq Sumqayıt şəhərində qızının yanında qalır. Əri X5 hərbidən təxris edildikdən sonra X16 Rayon Məhkəməsində Gəncə rayon Mənzil İstismar Hissəsindən verilmiş xidməti mənzilin orderini daimi hesab edilməsinə dair iddia qaldırmış və məhkəmənin xx xxxxxx 2000-ci il tarixli, 2-386/2000 nömrəli qətnaməsi ilə ərinin iddiası təmin edilərək, ünvan 2 mənzil 23-ə dair Gəncə rayon MİH-nin verdiyi xx.xx.1996-cı il tarixli, 76 nömrəli xidməti orderi daimi hesab edilmişdir. Göstərilən məhkəmə qətnaməsi hazırda qüvvədədir. X14 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Gəncə rayon Mənzil İstismar Hissəsi tərəfindən ünvan 2 mənzil 23 ünvanında yerləşən mənzilin şəxsi hesabı mərhum X2 adından mənim adma dəyişdirilmişdir. Hazırda ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 müraciət edərək ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin adına özəlləşdirilməsini xahiş etmiş, lakin inzibati orqan bundan imtina etmişdir. Cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçıcavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzil hərbi şəhərciyin evlərinə aiddir, həmin mənzillərin isə özəlləşdirilməsinə yol verilmir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər Gəncə rayon Mənzil İstismar Hissəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının əsasını aşağıdakı sənədlər təşkil etmişlər: xx.xx.1996-cı il tarixli, 76 nömrəli orderin surəti; X16 Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-386/2000 nömrəli qətnamənin surəti; İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********62 nömrəli məktubu; xx.xx.2009-cu il tarixli, AZ-İ seriyalı, 341617 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surəti; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 iddia tələbinə xx.xx.2019-cu il tarixli, **********48 nömrəli etirazı; Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixdə daxil olmuş cavab məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin adına özəlləşdirilməsi barədəərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13 müraciət etmiş, inzibati orqan xx.xx.2019-cu il tarixli, **********62 nömrəli məktubu ilə bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən özəlləşdirilməsi xahiş edilən ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzil hərbi şəhərciyin evlərinə aiddir. Yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» xx xxxxxx 1993-cü il tarixli 463 saylı qanunu (bundan sonra- Mənzilin özəlləşdirilməsi haqqında qanun) ilə, eləcə də x xxxxxxx 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi ilə tənzimlənir. Yeni Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra Mənzilin özəlləşdirilməsi haqqında qanunun normaları yalnız Mənzil Məcəlləsinə zidd olmadığı hissədə tətbiq edilir. Özəlləşdirmə hüququ Azərbaycan Respublikasının vətəndaşlarına, eləcə də dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlamış vətəndaşlığı olmayan şəxslərə məxsusdur (əcnəbilərə bu hüquq verilmir). 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi – Mənzil Məcəlləsinin qüvvəyə minməsinə qədər Mənzilin özəlləşdirilməsi haqqında xx xxxxxx 1993-cü il tarixli qanuna əsasən, dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik olan şəxslərin hüquqlarını saxlayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Nəzərə almaq lazımdır ki, mənzilin özəlləşdirilməsi haqqında qanun yeni Mənzil Məcəlləsinin qanuni qüvvəyə minməsindən sonra onun normalarına əsasən vətəndaşlara verilmiş dövlət mənzil fondunun sosial və xüsusi təyinatlı yaşayış sahələrinə şamil edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun 6cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə,qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçı özəlləşdirilməsini xahiş etdiyi mənzil də hərbi şəhərciklərin evlərinə aid olduğundan, həmin mənzilin iddiaçının adına özəlləşdirilməsi halı istisna edilir. Həmçinin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən özəlləşdirilməsi xahiş edilən xidmətin mənzil Müdafiə Nazirliyinin balansında olduğu üçün və Xüsusi Təyinatlı Mənzil fonduna aid olduğundan, mənzilin özəlləşdirilməsinə yol verilməməlidir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına, cavabdehin etirazına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 hazırki iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, **********48 nömrəli etirazda qeyd edilənləri əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxslər Gəncə rayon Mənzil İstismar Hissəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi) ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X10rşı (üçüncü şəxslər Gəncə rayon Mənzil İstismar Hissəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi) ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar