Məhkəmə qərarları › İş №2-1(114)-78/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-78/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-78/2022 11.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil, üçüncü şəxs X10 vəkili X4 və üçüncü şəxs X1 (digər üçüncü şəxslər X10 və X5 etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X3, X16, X12) qarşı RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X3, X16, X12) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X15 adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli qərarı ilə Şəmkir rayonu Seyfəli kəndi ərazisində ona 0.54 ha həyətyanı torpaq sahəsi verilmiş, 10.09.2006-cı il tarixdə isə həmin torpaq sahəsinə dair JN-701F (Kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin vaxt üçüncü şəxs X13 da Şəmkir Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0.60 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinə çıxarış verilərkən yanlışlığa yol verilməsi nəticəsində çıxarışdakı torpaq sahəsinin şəhadətnamədəki torpaq sahəsi ilə koordinatlar üst-üstə düşməmişdir. Belə olan halda ümumi istifadədə olan ərazilər üçüncü şəxsin mülkiyyətində olan ərazi kimi qeyd olunmuşdur. İddiaçı 22.04.2021-ci il tarixdə X10 adına verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlər arasında yer alan qəbzdən örünür ki, iddiaçı cavabdeh orqana 23.04.2021-ci il tarixdə müraciət etmiş və cavabdeh tərəfindən həmin ərizə qəbul edilmişdir. Müraciətin cavabdeh tərəfindən cavablandırılmasına dair hər hansı sübut müəyyən edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin 18.10.2021-ci il tarixli Qərardadı ilə X3, X16, X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya dair 18.10.2021-ci il tarixli **********36 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, X9 təqdim edilmiş JN-700F nömrəli şəhadətnamə və Şəmkir rayonu İHB-nın Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 37 nömrəli, 15.01.2018-ci il tarixli İƏD-nin tikili barədində arayışı əsasında X10, X1, X11, X5 və X6 qeyd edilən torpaq sahəsi üzərində hüquqları ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla aparılmış olduğundan iddia rədd edilməlidir. Üçüncü şəxs X3 və digər üçüncü şəxs X10 vəkili X7 iddiaçının subyektiv hüququ olmadığı üçün iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Üçüncü şəxs X3 tərəfindən təqdim edilmiş sənədlər arasında hazırda qüvvədə olan 05.02.2021-ci il tarixli 2(076)-238/2021 nömrəli Şəmkir Rayon Məhkəməsinin Qətnaməsi yer almışdır. Sözügedən qətanamədə məhkəmə baxışı zamanı alınmış X2 14.10.2020-ci il tarixli, 337 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd olunan əsaslar yəni, hazırki işdə üçüncü şəxs olan X15 tərəfindən ümumi istifadədə olan ərazilərin zəbt olunması, həmin ərazidə tikinti işləri ilə məşğul olması faktı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X3, X16, X12) qarşı cavabdeh orqan tərəfindən X15 adına verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar