Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-78/2023 03.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8nın etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8na qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əlillik təqaüdünün yenidən hesablanması üçün təminat xərcliyində baş verən artımlar barədə məlumatları Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8na göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edərək, əlillik təqaüdünün yenidən hesablanması üçün təminat xərcliyində baş verən artımların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat X8nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-2011-ci illərdə Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun N saylı hərbi hissəsində sonuncu iş yeri kimi xidmət etmiş, xidmət dövründə ön cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar əlil olmuş və 2-ci qrup hərbi əlil kimi tərxis olunaraq ehtiyata buraxılmışdır. Ona ilkin olaraq 325 manat əlillik təqaüdü verilmişdir. 2017-ci ilə qədər bu əlillik təqaüdünü almış, 2017-ci ildə artım olmuş və 341 manat təqaüdü almışdır. 2019-cu ilə qədər bu məbləğli təqaüd almışdır. Ancaq sonradan qanunların ona tətbiqinin düzgün olmadığını bilmiş və müvafiq qurumlara, yəni həm Müdafiə və həm də Sosial Müdafiə Nazirliklərinə rəsmi müraciət etmişdir. 2019cu ildə təqaüdü artırılmış və 518 manat təqaüd ona hesablanmışdır. Bundan sonra bir neçə dəfə təqaüdlərin məbləği artırılsa da bu artımlar ona tətbiq olunmamışdır. Dəfələrlə müraciətlərinə baxmayaraq bu iki Nazirlik bir-birilərini günahlandıraraq bu artımların təqaüdünə tətbiqini bilərəkdən əngəlləmişlər. Sonuncu dəfə Sosial Müdafiə Nazirliyinə müraciət edəndən sonra ona həmin Nazirlik tərəfindən göndərilən cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyi sonuncu məlumatı göndərmədiyi üçün təqaüdün hesablanması qeyri-mümkün olmuşdur. Bu cavabdan sonra o, yenə də Müdafiə Nazirliyinə müraciət edərək Sosial Müdafiə Nazirliyinin cavab məktublarında qeyd olunanları onlara xatırlatsa da bu günə qədər təqaüdünün artırılmasına nail olmamışdır. 2019-cu ildən bu vaxta qədər artımlar ona tətbiq olunmamış qalır və müraciətləri bu istiqamətdə Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu X7 Sosial Ödənişlərin Təyinatı X8 tərəfindən təmin olunmur. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8 ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8 ilə əvəzləşdirilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 03 aprel 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8nın etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən İddiaçı Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən 14 oktyabr 2011-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixdən sonuncu xidmət keçdiyi orqan tərəfindən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 435 manat, rütbə maaşı 125,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi - 84,00 manat, məxfiçiliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi - 43,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 751,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (751,50 manat) 55 faizi-413,33 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət keçdiyi orqan tərəfindən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 570,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi 107,10 manat, məxfiçiliyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi - 57,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 942,10 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (942,10 manat) 55 faizi-518,16 manat təşkil etmişdir. Eyni zamanda qanunvericiliyə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat X8na təqdim edilir. Belə ki, əmək pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi göndərilməlidir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Xüsusi şərtlərlə təyinat X8na daxil olduqdan sonra baxılacaqdır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamında qulluq stajına görə əlavə alan əmək pensiyaçılarına 2022-ci ildə maddi dəstək göstərilməsinə dair təkliflərin hazırlanması üçün tapşırıq verilmişdir. Sözügedən Sərəncamın icrasını təmin etmək və əmək pensiyasına qulluq stalına görə əlavə alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən 2022-ci ilin yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına, o cümlədən hərbi qulluqçulara 2022-ci ildə onların əmək pensiyasının cəmi məbləğinin (yəni, qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay vətəndaşın pensiyasının məbləği ilə birlikdə ödənilməsi tapşırılmışdır. Sözügedən tapşırığına uyğun olaraq İddiaçı də adıçəkilən maddi dəstəyin göstərilməsi xx.xx.2022-ci il tarixdən hesablanmaqla cari ilin mart ayında təmin edilmişdir. Başqa sözlə, cari ilin 3 ayı (yanvar, fevral və mart) üzrə artım məbləğləri mart pensiyasının üzərinə əlavə edilmişdir və müəyyən edilmiş qrafikə uyğun olaraq iddiaçının bank kartına ödənilməkdədir. Həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasının müəyyən edilməsi məsələsi Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarıxlı 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd edilənləri nəzərə alaraq, müvafiq pul kompensasiyasının artırılması ilə əlaqədar da Fondun Xüsusi şərtlərlə təyinat X8na hər hansı məlumat daxil olmadığından həmin pul vəsaitinin əmək pensiyası ödənilən hərbi qulluqçuların və ya onlara bərabər tutulan şəxslərin təminat xərcliyinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -iddiaçıya məxsus ZE ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti; -Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 899 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8nın xx.xx.2019-cu il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli, **********7 nömrəli, xx.xx.2022-ci il tarixli, **********1 nömrəli, xx.xx.2022-ci il tarixli, **********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-X-9840/2023 nömrəli məktublarının surətləri; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 12/3397 nömrəli, xx.xx.2022-ci il tarixli, 8/857 nömrəli və xx.xx.2023-cü il tarixli, 8/57 nömrəli məktublarının surətləri; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli, 158 nömrəli əmrindən çıxarışın surəti; Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırki iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırki iddianı qaldırmışdır. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0185 saylı xx.xx.2011-ci il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı cavabdeh tərəfindən 14 oktyabr 2011-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Bundan sonra iki dəfə (2018 və 2019-cu illərdə) təminat xərcliyində baş verən artımlar əsasında əmək pensiyasının məbləği yenidən hesablanmışdır. İddiaçı hazırda təminat xərcliyində baş verən sonrakı artımlar nəticəsində əmək pensiyasının yenidən hesablanmadığını bildirərək, hüquqlarının pozulduğunu iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi Xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci hissəsinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü hissəsinə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Həmin Qaydaların 4-cü hissəsinə əsasən bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Həmin Qaydaların 5-ci hissəsinə əsasən Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Həmin Qaydaların 6-cı hissəsinə Əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. İş materiallarından da görünür ki, iddiaçıya əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixdən sonuncu xidmət keçdiyi orqan tərəfindən cavabdehə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun cəmi təminat xərcliyi 751,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi - 413,33 manat məbləğində əmək pensiyası ödənilmiş, bundan sonra 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət keçdiyi orqan tərəfindən cavabdehə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun cəmi təminat xərcliyi 942,10 manat təşkil etmiş və buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən iddiaçıya “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi-518,16 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq “bu Qanunun 20-ci maddəsində (qulluq stajına görə əmək pensiyalarına əlavələr müəyyən edilmiş şəxslər) nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda indeksləşdirildikdə) və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Yuxarıda qeyd olunanlardan da görünür ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün cavabdehə təqdim edilir. Lakin iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması üçün əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı məlumat cavabdehə təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8na qarşı əmək pensiyasının yenidən hesablanması tələbinədair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8na qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-78/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-78/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver