Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-784/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru Rəşad Zülfüqarova qarşı övladının Gəncə şəhəri 30 nömrəli məktəbə qaytarılması haqqında Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru Rəşad Zülfüqarova qarşı övladı X3 Gəncə şəhəri 30 nömrəli məktəbə qaytarılması haqqında Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə Gəncə şəhərində ümumtəhsil orta məktəblərinin rus sektorunda yer olmadığına görə oğlu X1 Göygöl rayonu İ.Hüseynov adına 1 nömrəli orta məktəbin rus sektorunun 1-ci sinfinə vermişdir ki, övladı orada oxusun, yerdəyişmə zamanı yerini Gəncə şəhəri 30 nömrəli məktəbin 1-ci sinfinin rus sektoruna dəyişər. Sonradan məlum olmuşdur ki, məktəbin direktoru Rəşad Zülfüqarov oğlu X1 Azərbaycan sektoruna götürüb. 2019-cu ilin noyabrından 2020-ci ilin mart ayına kimi onu get-gələ salıb aldatmışdır. Sonra oğlu X3 şəxsi işinə rus bölməsində oxuduğu haqqında Saxta yerdəyişmə sənədi vermişdir ki, guya oğlu X4 rus sektorunda oxuyur. Gəncə şəhəri 30 nömrəli məktəbdə də bildirdilər ki, oğlunun adı Azərbaycan sektorunda getdiyindən onun oğlunu 30 nömrəli məktəbə götürə bilmirlər. Məktəb direktoru Rəşad Zülfüqarov onu aldatmışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanunun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İşin hallarından məlum olur ki, iddiaçı tələbində övladı X3 Gəncə şəhəri 30 nömrəli məktəbə qaytarılması haqqında Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq olunmuş “İnzibati orqanların” təsnifatında müəyyən edilmişdir. Hazırki iddia tələbində cavabdeh qismində göstərilmiş Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların” təsnifatında inzibati orqanların siyahısında inzibati orqan kimi qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, əgər hüquq münasibətinin iştirakçılarından ən azı biri inzibati orqandırsa, bu publik-hüquqi (inzibati hüquqi) münasibətdir. Yəni inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bundan başqa, iddia ərizəsində cavabdeh qismində Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru Rəşad Zülfüqarov qeyd edilməsi ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması və inzibati məhkəmə icraatı qaydasında baxılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən icraatda qənaət prinsipi və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru Rəşad Zülfüqarova qarşı övladının Gəncə şəhəri 30 nömrəli məktəbə qaytarılması haqqında Göygöl rayonu İ.Hüseynov adına 1 saylı tam orta məktəbin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-784/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-784/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver