Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-784/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı torpaq sahəsinin satılması barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 1990-cı il tarixdən istifadəsində olan Tərtər rayonu, Qaynaq kəndində yerləşən uzunluğu 40 metr və eni 20 metr olan 0,08 ha torpaq sahəsinin açıq torpaq hərraclarından kənar qaydada müsabiqə yolu ilə ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər rayon Polis şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə qərarın təsviredici hissəsində göstərilənlərə əsasən HK-1/1805 nömrəli material üzrə İddiaçı əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, maraqlı tərəflərə məsələnin mülki qaydada həll edilməsinin məqsədə müvafiq olması izah edilmiş və İddiaçı həmin ərazidə tikinti quraşdırma işlərinin aparılmasının yalnız müvafiq dövlət orqanları tərəfindən icazə verildiyi halda və torpaq üzərində tam mülkiyyət hüququ əldə etdiyi halda mümkün ola biləcəyi izah edilmiş və analoji hal təkrar olacağı təqdirdə barəsində cinayət hüquqi tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır.
2. Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaynaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı 2021-2025-ci illər üzrə 02 saylı təsərrüfatbaşına kitabın 146 səhifəsinə əsasən (şəxsi hesab № 162) Tərtər rayonunun Qaynaq kəndində yaşayır.
3. İddiaçı torpaq sahəsinin açıq torpaq hərraclarından kənar qaydada müsabiqə yolu ilə ona satılması ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, bələdiyyə mülkiyyətinə aid 350 kv.m torpaq sahəsi onun tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan zəbt edilərək istifadə edilir. Bildirilir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16.1ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istfadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunverieiliyin uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinə görə bələdiyyə ərasizində daim yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə oldə edilə bilər. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin bilavasitə ona satılması barədə qərarın qəbul edilməsi qanunvericiliyin tələbinə zidd olduğundan bununla bağlı qərarın qəbul edilməsi məqsədə müvafiq deyil. Bununla belə sözügedən fərpaq sahəsi ilə bağlı gələcəkdə keçiriləcək hərracın qalibi olduğu təqdirdə həmin torpaq sahəsini mükiyyətə əldə edə bilər.
4. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 33 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən topaq sahəsi bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsidir. Həmin torpaq sahəsindən 2021-ci ilə qədər ayrı-ayrı kənd sakinləri tərəfindən vaqon qoyularaq çayxana kimi istifadə olunmuşdur. 2021-ci ildən isə çayxana fəaliyyətini dayandırmışdır. 2023-cü ildə İddiaçı torpaq sahəsində sahibkarlıq məqsədilə tikinti işləri aparmaq istəmiş, ona dəfələrlə tikintini dayandırılması haqqında məlumat verilsə də onları eşitməmiş, tikinti işlərini davam etdirmişdir. O, isə bu haqda rayon İcra Hakimiyyətinə məlumat vermişdir. Lakin İddiaçı yenə tikintini dayandırmamışdır. Bundan sonra rəhbərliyin iştirakı ilə tikinti sökülmüş, polis şöbəsi onun barəsində istintaq aparmışdır. Vətəndaş xx.xx.2024-cü il tarixdə bələdəiyyə yazdığı ərizəsi xx.xx.2024-cü il tarixdə çatmışdır. Ərizəsində göstərmişdir ki, sözügedən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında ona satılmasını xahiş etmişdir. İddiaçı ərizəsinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Məktubda bildirilir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istfadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyin uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-c1 və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinə görə bələdiyyə ərasizində daim yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin bilavasitə ona satılması barədə qərarın qəbul edilməsi qanunvericiliyin tələbinə zidd olduğundan bununla bağlı qərarın qəbul edilməsi məqsədə müvafiq deyil. Bununla belə sözügedən torpaq sahəsi ilə bağlı gələcəkdə keçiriləcək hərracın qalibi olduğu təqdirdə həmin torpaq sahəsini mükiyyətə əldə edə bilər.
5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 49 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən topaq sahəsi bələdiyyənin mülkiyyətinə aid yaşayış məntəqələri kateqiryalı torpaq sahəsidir. Həmin torpaq sahəsindən 2021-ci ilə qədər ayrı-ayrı kənd sakinləri tərəfindən vaqon qoyularaq çayxana kimi istifadə olunmuşdur. 2021-ci ildən isə çayxana fəaliyyətini dayandırmışdır. Hal-hazırda torpaq sahəsindən istifadə olunmur. 2023-cü ildə İddiaçı torpaq sahəsində sahibkarlıq məqsədilə tikinti işləri aparmaq istəmiş, ona dəfələrlə tikintini dayandırılması haqqında məlumat verilsə də onları eşitməmiş, tikinti işlərini davam etdirmişdir. O isə bu haqda rayon İcra Hakimiyyətinə məlumat vermişdir. Lakin İddiaçı yenə tikintini dayandırmamışdır. Bundan sonra rəhbərliyin iştirakı ilə tikinti sökülmüş, polis şöbəsi onun barəsində istintaq aparmışdır. II. Məhkəmədə icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1990-cı il tarixdən istifadəsində olan Tərtər rayonu, Qaynaq kəndində yerləşən uzunluğu 40 metr və eni 20 metr olan 0,08 ha torpaq sahəsinin açıq torpaq hərraclarından kənar qaydada müsabiqə yolu ilə ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Tərtər rayonu, Qaynaq kəndində doğulmuşdur və hazırki vaxtadək qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 1990-cı il tarixdən bu günə kimi Tərtər rayonu Qaynaq kəndində yerləşən uzunluğu 40 metr və eni 20 metr olan 0,08 ha yararsız torpaq sahəsini yaşıllaşdırmaqla həmin torpaq sahəsindən istifadə etmişdir. Sözegedən ərazidə çoxillik ağaclar əkmiş və bundan başqa da taxtadan otaq düzəltməklə ictimai iaşə obyekti kimi işlətmişdir. Bələdiyyə yaranandan sonra istifadəsində olan torpaq sahəsi Tərtər rayon Qaynaq kənd Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə müəlkiyyət hüququ əldə etməsə də torpaq sahəsi daima onun istifadəsində olmuşdur. Sözügedən torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi üçün Tərtər rayonu Qaynaq kənd bələdiyyəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş, lakin, Tərtər rayonu Qaynaq kənd bələdiyyəsi tərəfindən müraciətinə müsbət cavab verilməmiş, formal bir məktub yazılmaqla (məktubun göndərilmə tarixi də daxil olmaqla kargüzarlıq qaydalarına riayət edilmədən) qanunsuz və əsassız şəkildə torpaq sahəsinin ona satılmasından imtina edilmiş, imtina məktubunu rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə almışdır. III.İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
10. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. İddiaçı torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi üçün Tərtər rayonu Qaynaq kənd bələdiyyəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş, lakin, Tərtər rayonu Qaynaq kənd bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla müraciətinə imtina cavab verilmiş və imtina məktubunu rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə almışdır. Belə olan halda məhkəmə hesab edir ki, idiaçı tərəfindən iddia qaldırmaq üçün nəzərdə tutulmuş müddət ötürülməmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayon Polis şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar; - Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaynaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtian məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 33 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 49 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
20. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsinin açıq torpaq hərraclarından kənar qaydada müsabiqə yolu ilə ona satılması ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, bələdiyyə mülkiyyətinə aid 350 kv.m torpaq sahəsi onun tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan zəbt edilərək istifadə edilir. Bildirilir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istfadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyin uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinə görə bələdiyyə ərasizində daim yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə oldə edilə bilər. Odur ki, bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin bilavasitə ona satılması barədə qərarın qəbul edilməsi qanunvericiliyin tələbinə zidd olduğundan bununla bağlı qərarın qəbul edilməsi məqsədə müvafiq deyil. Bununla belə sözügedən fərpaq sahəsi ilə bağlı gələcəkdə keçiriləcək hərracın qalibi olduğu təqdirdə həmin torpaq sahəsini mükiyyətə əldə edə bilər.
21. Hazırkı mübahisə iddiaçının Tərtər rayonu, Qaynaq kəndində yerləşən 0,08 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə torpaq hərraclarından kənar qaydada müsabiqə yolu ilə ona satılmasını Cavabdehndən tələb etməsi ilə bağlı yaranmışdır.
22. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən ona görə imtina etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə yalnız fərdi yaşayış evinin tikintisi üçün torpaq bələdiyyə tərəfindən bilavasitə ayrıla bilər. İddiaçı həmin torpağı fərdi yaşayış evinin tikintisi məqsədilə deyil, sahibkarlıq faəliyyəti ilə məşğul olmaq məqsədi ilə istədiyinə görə bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya bilavasitə bələdiyyə tərəfindən satılması mümkün olmamışdır.
23. Yəni, cavabdeh orqan iddiaçının sözügedən torpaq sahəsini yalnız hərrac yolu ilə əldə edə biləcəyini bildirməklə, torpaq sahəsini bilavasitə satmaqdan imtina etmişdir.
24. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edəərk, cavabdehin imtinasını haqlı sayır.
25. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
26. Həmin Qanununa görə: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
27. Göründüyü kimi, iddiaçı Cavabdeh mülkiyyətində olan kənd ərazisində yerləşən uzunluğu 40 metr və eni 20 metr olan 0,08 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılmasını tələb edir ki, qanunvericiliyə əsasən istisna hallar nəzərə alınmaqla, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
28. Göründüyü kimi, qanunun tələbinə görə torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya hərracdan kənar satılması mümkün deyildir.
29. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva