Məhkəmə qərarları › İş №2-1(114)-785/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-785/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-785/2021 22.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin «İcra sənədinin geri qaytarılması haqqında» xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsinə dair şikayətinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi Gəncə İnzibati Məhkəməsinə şikayət ilə müraciət edərək Gəncə şəhəri üzrə İcra idarəsinin “İcra sənədinin geri qaytarılması haqqında” xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “xxxx" ASC-nin dövlət büdcəsinə borcu olduğu üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********611600 nömrəli və xx.xx.2019-cu il tarixli **********412900 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarlar çıxarılmışdır. Həmin qərarlar icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin qeyd olunan qərarlar Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2021-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli “İcra sənədinin geri qaytarılması haqqında” qərarları ilə Baş idarəyə geri qaytarılmışdır. Həmin qərarlarda qeyd olunur ki, icra sənədinin icrası ilə bağlı borclu “xxxx" ASC-nin tələbin yönəldə biləcək daşınar-daşınmaz əmlakın, bank və digər kredit təşkilatlarında pul vəsaitinin olmadığı və fəaliyyətinin müvəqqəti olaraq dayandığı müəyyən edilmişdir. Ona görə də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrini rəhbər tutaraq qərara alınıb ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “tələbin icraya yönəldilməsi haqqında” qərarları geri qaytarılsın. Gəncə şəhəri üzrə icra İdarəsinin qeyd olunan qərarları əsassızdır və buna görə də ləğv edilməlidir. Tərəflərindən **********666500 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə “xxxx” ASC-nin (VÖEN **********) adına daşınmaz əmlakların olub-olmaması barədə məlumatın 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim olunması üçün müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi **********00 saylı xx.xx.2020-ci il tarixli məktubunda “xxxx” ASC-nin adına ünvan 1 ünvanda yerləşən əmlak kompleksinə xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verildiyini, həmin əmlakın yüklülüyü və həbsdə olması barədə həmin idarədə məlumatın olmadığını bildirmişdir. İcra məmuru icraatında olan icra vərəqələri ilə bağlı lazımı araşdırma aparmamış və əsassız olaraq Baş İdarənin “Tələbin icraya yönəldilməsi haqqında” qərarlarını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrini rəhbər tutaraq icra olunmadan geri qaytarmışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin olunmamışdır. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinin tələblərinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 3cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin müraciəti iddia ərizəsi formasında deyil, şikayət formasında tərtib olunduğundan, həmçinin cavabdehin adı və hüquqi ünvanı qeyd edilmədiyindən ərizə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46-cı maddəsinin (iddia ərizəsinin forması və məzmunu) tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının tələbi iddia ərizəsində göstərilməlidir. Məhkəmənin icraatında olan inzibati işlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixli sərəncamla ərizəni dəqiqləşdirmək ərizə verən inzibati orqana təklif olunmuş, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46.3-cü maddəsinin tələblərinə əsasən sərancamda qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün xx xxxxx 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin müraciəti iddiaçının ünvanı üzrə təqdim olunsa da, məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin «İcra sənədinin geri qaytarılması haqqında» xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsinə dair şikayəti mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar