Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-786/2025 05.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Kamil oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və X13) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Ölüm haqqında xx.xx.2025-ci il tarixli AZ-İİ ******* nömrəli şəhadətnaməyə əsasən X15 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.
2. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 96 nömrəli sərəncamı ilə Gəncə şəhəri, M.Bağı 15 saylı binanın yaşayış sahəsi 77,36 kv.m olan 5 otaqlı 7 saylı mənzilinin şəxsi hesab vərəqəsinin mərhum X6 adından qızı X3 adına keçirilməsi qərara alınmışdır.
3. xx.xx.2024-cü il tarixli 05 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən Gəncə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə kirayəçi X13 arasında Gəncə şəhəri, Mahrasa Bağı 15 nömrəli Dövlət mənzil fondunda aid yaşayış sahəsi 77,36 kv.m-dən ibarət 5 otaqlı 7 nömrəli mənzilin kirayəyəy verilməısi barədə müqavilə bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, ailə tərkibi iki nəfərdən ibarətdir: X13 – özü və İddiaçı Kamil oğlu – qardaşı.
4. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1967-ci il təvəllüdlü X13, xx.xx.1999-cu il təvəllüdlü X16, xx.xx.1991-ci il təvəllüdlü X4, xx.xx.1977-ci il təvəllüdlü X7, xx.xx.1998-ci il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.1969cu il təvəllüdlü İsmayılov X22 şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 15, mənzi 7 ünvanında qeydiyyatdadırlar.
5. X7, X16, X17, X4 və X13 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ərizələrində Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 15 ünvanında yerləşən 7 nömrəli mənzilin İddiaçı Kamil oğlunun adına bütövlüklə özəlləşdirilməsinə (sənədləşdirilməsinə) razılıq vermişlər.
6. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 15 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-33/2-3990/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər arasında ziddiyyətlər olduğu, belə ki, Yaşayış sahəsinin kirayə müqaviləsinin İddiaçı Kamil oğlunun adına tərtib edildiyi, lakin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 96 nömrəli sərəncamında mənzilin şəxsi hesab vərəqəsinin mərhum X6 adından qızı X3 adına keçirilməsinə razılıq verildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilir.
7. Azərbaycan Respublikası Dövlət X14 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-İ- 523//8/2025 nömrəli arxiv arayışında göstərilmilşdir ki, Kirovabad şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli 32 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 77,36 kv.m olan mənzil xx.xx.1976-cı il tarixli 1058 nömrəli order əsasında X9 yaşamaq üçün verilmişdir. Ailə tərkibi ibarətdir: İsmayılov Kamil (əri), İsmayılova Gültəkin (qızı), İsmayılova Zinyət (qızı), İsmayılov Yunis (oğlu), İsmayılov Turan (oğlu), İsmayılov Pənah (oğlu), İsmayılov Pərviz (oğlu), İsmayılova Göhər (qızı) və İddiaçı (oğlu).
8. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-1/2-919/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Məhrəsə bağı, bina 15, 7 nömrəli mənzil 1976-cı il tarixindən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Həmin mənzilin hansı səbəbdən Birliyin balansına keçməsi və 1976-cı ilədək hansı idarəyə məxsus olması barədə Gəncə Şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur. Əlavə olaraq bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 96 nömrəli sərəncamı verilərkən sözügedən mənzilin X6 adına ayrılmasına dair order İcra Hakimiyyətinə təhvil verilməmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı Kamil oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Mahrasa Bağı 15 saylı binanın 7 saylı mənzilinin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Mahrasa Bağı 15 saylı binanın 7 saylı mənzilindıə yaşayır. Həmin mıəınzil orderlə anası X10 verilmiş, anasının ölümündən sonra orderlə bacısı X11 adına keçmişdir. Həmin zaman ailə üzvü kimi onun və bacısının adı yazılmışdır. Mənzil orderlə bacısının adına olsa da, mənzildə o və ailə üzvləri yaşamışlar. Hazırda mınzildə qeydiyyatda olan hər bir şəxs mənzilin onun adına özəlləşdirilməsinə razıdırlar. Lakin cavabdeh orqan mənzilin şəxsi hesab vərəqəsinin X3 adına keçməsinə razılıq verilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli sərəncamı olması səbəbindən mənzilin onun adına özəlləşdirilməsindən imtina etmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və X13 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Üçüncü şəxs X18 məhkəmə iclasına gəlmiş, iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, digər üçüncü şəxs Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi isə məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq, iş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmiş və işə onların iştirakları olmdan baxılmasını xahiş etmişdir.
19. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaşının, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 6).
21. Üçüncü şəxs Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
22. Üçüncü şəxs X13 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, evin qardaşı İddiaçı Kamil oğlunun adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. O, ailə qurmazdan əvvəl həmin evdə yaşamışdır. Həmin mənzildə qardaşı öz ailəsi ilə yaşamışdır. Anası vəfat edəndə o, həmin ünvanda yaşamırdı, lakin İcra Hakimiyyətindən bildirmişdilər ki, qardaşı qeydiyyatda olmadığına görə şəxsi hesab vərəqəsi onun adına dəyişdirilə bilməz. O, qeydiyyatda olduğuna görə şəxsi hesabın onun adına dəyişdirilməsi qərara alınmışdır. Anasının adına order var idi, şəxsi hesab onun adına dəyişdiriləndə həmin orderi İcra Hakimiyyətinə təhvil vermişlər.
23. O, sonuncu məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmiş və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahilş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ölüm haqqında xx.xx.2025-ci il tarixli AZ-İİ ******* nömrəli şəhadətnamə; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 96 nömrəli sərəncamı; - xx.xx.2024-cü il tarixli 05 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsi; - Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli razılıq ərizələri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-33/2-3990/2024 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-İ- 523//8/2025 nömrəli arxiv arayışı; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5- 1/2-919/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Kirovabad şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli 32 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 77,36 kv.m olan mənzil xx.xx.1976-cı il tarixli 1058 nömrəli order əsasında X9 və ailə üzvlərinə yaşamaq üçün verilmişdir. X15 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 96 nömrəli sərəncamı ilə Gəncə şəhəri, M.Bağı 15 saylı binanın yaşayış sahəsi 77,36 kv.m olan 5 otaqlı 7 saylı mənzilinin şəxsi hesab vərəqəsi mərhum X6 adından qızı X3 adına keçirilmişdir. xx.xx.2024-cü il tarixli 05 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən Gəncə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə kirayəçi X13 arasında Gəncə şəhəri, Mahrasa Bağı 15 nömrəli Dövlət mənzil fondunda aid yaşayış sahəsi 77,36 kv.m-dən ibarət 5 otaqlı 7 nömrəli mənzilin kirayəyəy verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, ailə tərkibi iki nəfərdən ibarətdir: X13 – özü və İddiaçı Kamil oğlu – qardaşı.
27. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 15 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-33/2-3990/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər arasında ziddiyyətlər olduğu, belə ki, Yaşayış sahəsinin kirayə müqaviləsinin İddiaçı Kamil oğlunun adına tərtib edildiyi, lakin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 96 nömrəli sərəncamında mənzilin şəxsi hesab vərəqəsinin mərhum X6 adından qızı X3 adına keçirilməsinə razılıq verildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilir.
28. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
30. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
31. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
32. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
33. Hazırkı işdə də Kirovabad şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli 32 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 77,36 kv.m olan mənzil xx.xx.1976-cı il tarixli 1058 nömrəli order əsasında iddiaçının mərhum anası X9 və ailə üzvlərinə yaşamaq üçün verilmişdir..
34. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 96 nömrəli sərəncamında mənzilin şəxsi hesab vərəqəsinin mərhum X6 adından qızı X3 adına keçirilməsinə razılıq verildiyini əsas götürmüşdür.
35. Lakin hazırkı iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X12 xx.xx.2025-ci il tarixli 3-48-DA-4F/2-İ-523//8/2025 nömrəli arxiv arayışında göstərilmilşdir ki, Kirovabad şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli 32 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 77,36 kv.m olan mənzil xx.xx.1976-cı il tarixli 1058 nömrəli order əsasında X9 yaşamaq üçün verilmişdir. Ailə tərkibi ibarətdir: İsmayılov Kamil (əri), İsmayılova Gültəkin (qızı), İsmayılova Zinyət (qızı), İsmayılov Yunis (oğlu), İsmayılov Turan (oğlu), İsmayılov Pənah (oğlu), İsmayılov Pərviz (oğlu), İsmayılova Göhər (qızı) və İddiaçı (oğlu).
36. Göründüyü kimi, mərhum X6 adına order verilərkən İddiaçı Kamil oğlunun adı da ailə üzvü olaraq qeyd edilmişdir ki, belə olan halda o da həmin mənzili özəlləşdirmək hüququ olan şəxsdir və bunu cavabddeh orqandan tələb etməkdə haqlıdır.
37. X1 vəfatından sonra, İddiaçı Kamil oğlu həmin ünvanda qeydiyyatda olmadığına görə şəxsi hesab vərəqəsi onun adına deyil, bacısı X3 adına dəyişdirilmişdir.
38. Üçüncü şəxs X13 da xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, evin qardaşı İddiaçı Kamil oğlunun adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. O, ailə qurmazdan əvvəl həmin evdə yaşamışdır. Həmin mənzildə qardaşı öz ailəsi ilə yaşamışdır. Anası vəfat edəndə o, həmin ünvanda yaşamırdı, lakin İcra Hakimiyyətindən bildirmişdilər ki, qardaşı qeydiyyatda olmadığına görə şəxsi hesab vərəqəsi onun adına dəyişdirilə bilməz. O, qeydiyyatda olduğuna görə şəxsi hesabın onun adına dəyişdirilməsi qərara alınmışdır. Anasının adına order var idi, şəxsi hesab onun adına dəyişdiriləndə həmin orderi İcra Hakimiyyətinə təhvil vermişlər.
39. Həmçinin mənzildə qeydiyyatda olan qeyd edilən yetkinlik yaşına çatmış şəxslərin hər biri - X7, X16, X17, X4 və X13 xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2024-cü il tarixli ərizələrində Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 15 ünvanında yerləşən 7 nömrəli mənzilin İddiaçı Kamil oğlunun adına bütövlüklə özəlləşdirilməsinə (sənədləşdirilməsinə) razılıq vermişlər.
40. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
41. Məhkəmə onu da qeyd edir ki, aparılmış araşdırma zamanı sözügedən mənzilin dövlət mənzil fonduna aid olması müəyyən edilsə, mənzilin balanssaxlayıcısı Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi mənzilin özəlləşdirilməsinə etiraz etməmişdir.
42. Belə ki, Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda iş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir.
43. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
44. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
45. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
46. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Gəncə şəhəri, M.Bağı 15 saylı binanın yaşayış sahəsi 77,36 kv.m olan 5 otaqlı 7 saylı mənzilinin İddiaçı Kamil oğlunun adına özəlləşdirilməklə, ona bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva