Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-787/2021 15.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı oğunun, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı oğunun Cavabdehnə qarşı (üçüncü şəxs X2) üçüncü şəxsin qeydiyyatdan çıxarılmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək üçüncü şəxs - qardaşı X1 Qazax rayon Ağköynək kəndində ona məxsus evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə iddiaçıya maddəsinə əsasən Məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilərək izah edilmişdir ki, mübahisəli yaşayış evi iddiaçıya atası tərəfindən bağışlanmış və üçüncü şəxs iddiaçının yaxın qohumu (qardaşı) olduğundan, əvvəlcə üçüncü şəxsin istifadə hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Həmin məsələ isə mülki hüquqi xarakterli olduğu üçün iddiaçı aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bundan sonra iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsi və sənədlərin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs tərəfindən iddia ərizəsi və sənədlərin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına etiraz olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin olunmamış, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin müraciətə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı oğunun ərizəsi təmin olunsun. İddiaçı oğunun Cavabdehnə qarşı (üçüncü şəxs X2) üçüncü şəxsin qeydiyyatdan çıxarılmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-787/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-787/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver