Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-79/2021 27.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və üçüncü şəxsin nümayəndəsi (hüquqi varisi) X11 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X12 və X16) qarşı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 29 aprel 2016-cı il tarixli 146-1 saylı, 08 sentyabr 2016-cı il tarixli 421 saylı və 10 iyul 2018-ci il tarixli 405 saylı Sərəncamlarının ləğv olunması və məhkəmə xərcinin cavabdehdən tutulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə və Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 146-1, 421 saylı, 29 aprel 2016-cı il tarixli və 08 sentyabr 2016-cı il tarixli, 120 saylı 27.08.2014-cü il tarixli Sərəncamlarının ləğv olunması və ərazidə tikilən obyektlərin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01.09.2020-ci il tarixli qərardadı ilə sərəncamlardan şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmənin 27.10.2020-ci il tarixli qərardadı ilə X12 və X16 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 17.02.2021-ci il tarixdə iddiaçının nümayəndəsi dəqiqləşmə barədə ərizə verərək, 27.08.2014-cü il tarixli 120 saylı sərəncam qüvvədən düşdüyünə görə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 29 aprel 2016-cı il tarixli 146-1 saylı, 08 sentyabr 2016-cı il tarixli 421 saylı və 10 iyul 2018-ci il tarixli 405 saylı Sərəncamlarının ləğv olunması və ərazidə tikilən obyektlərin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin 17.02.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. 27.10.2020-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 29 aprel 2016-cı il tarixli 146-1 saylı, 08 sentyabr 2016-cı il tarixli 421 saylı və 10 iyul 2018-ci il tarixli 405 saylı Sərəncamlarının ləğv olunması və iş üzrə mütəxəssis rəyinin verilməsinə dair Kadastr və Yerquruluşu LAY TADQ MMC-yə ödənilmiş 311 (üç yüz on bir) manat məbləğində məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin 27.10.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 146-1, 421 saylı, 29.04.2016-cı il tarixli və 08.09.2016-cı il tarixli sərəncamları ilə Gəncə şəhəri, Ozan küçəsində iddiaçıya məxsus ərazidə X6 30 və 69 kv.m olmaqla qeyri-qanuni torpaq sahəsi ayrılmış, Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 15.01.2018-ci il tarixli 4 saylı qərarı ilə həmin ərazidə obyektin tikintisinə icazə və xüsusi nişan verilmiş, nəticədə həmin torpaq sahəsində tikili işləri aparılmışdır. Həmin ərazidə cavabdehin 120 saylı 27.08.2014-cü il tarixli sərancamı ilə X13 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olmaqla qeyri-qanuni torpaq sahəsi ayrılmış və həmin sahədə obyekt tikintisi aparılır. 26.11.2020-ci il tarixdə cavabdehə tikililərin sökülməsi ilə bağlı tədbir görülməsi barədə müraciət olunmuş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Sözügedən ünvanda yerləşən dövlət mülkiyyətinə aid olan və universitetin daimi istifadəsinə verilən torpaq sahəsinin fiziki və yaxud hüquqi şəxslərin mülkiyyətinə heç bir əsası olmadan verilməsi qanunvericiliyə ziddir. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X14 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. 14.10.2021-ci il tairxdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxsin nümayəndəsi (hüquqi varisi) X18 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və digər üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 29.04.2016-cı il tarixli 146-1, 08.04.2016-cı il tarixli 421 nömrəli və 10.07.2018ci il tarixli 405 nömrəli sərəncamları, Gəncə şəhəri İnzibati ərazisində yerləşən Dövlət mülkiyyətinə aid yaşayış məntəqələrnin torpaqlarından İddiaçınə daimi istifadəyə verilməsi nəzərdə tutulan 19.57 ha torpaq sahəsinin yerquruluşu planı, İddiaçı 2019-cu il tarixli 02- 1241 nömrəli məktubu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 12.02.2020-ci il tarixli 37/34-01138 nömrəli məktubu, Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 12.04.2021-ci il tarixli 14 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 01.03.2021-ci il tarixli 246(74)/3 nömrəli Arxiv Arayışı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.09.2021-ci il tarixli 152 nömrəli rəyi, Gəncə şəhəri 1 saylı Notariat ofisinin 15.10.2019-cu il tarixli 502 nömrəli məktubu və 10.01.2018-ci il tarixli vəsiyyətnamə təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 29.04.2016-cı il tarixli 146-1 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Ozan küçəsindəki 96 nömrəli binanın cənub-qərb tərəfində yerləşən 30.0 kv.m torpaq sahəsində X12 tərəfindən ticarət obyektinin yerləşdirilmsinə (layihələndirilməsinə) icazə verilmiş, 08.09.2016-cı il tarixli 421 nömrəli sərəncamı ilə 2016-cı il 29 aprel tarixli 146 nömrəli Sərəncamı ilə verilmiş icazə əsasında Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsindəki 96 nömrəli binanın cənub-qərb tərəfində yerləşən ticarət obyektinin (layihələndirilməsini) genişləndirmək üçün vətəndaş X6 həmin obyektə bitişik əlavə 69.0 kv.m torpaq sahəsi təhkim olunmuşdur. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 10.07.2018-ci il tarixli 405 nömrəli sərəncamı ilə ADAU-nun tələbə yataqxanasının yaxınlığında yerləşən 600.0 kv.m torpaq shəsində X16 tərəfindən qeyri-yaşayış binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı noyabr 2019-cu il tarixli 02-1241 nömrəli məktubundan görünür ki, iddiaçı Gəncə şəhəri, Ozan küçəsində tikintisi davam etdirilən yeni tədris korpusunun ətrafında, universitetə məxsus ərazidə qanunsuz tikililərin sökülməsi barədə müvafiq tədbir görülməsinə sərəncam verilməsini cavabdehdən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli 37/34-01138 nömrəli məktubdan görünür ki, İddiaçı Gəncə şəhəri, Ozan küçəsində tikintisi davam etdirilən yeni tədris korpusunun ətrafında, Universitetə məxsus ərazidə qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq tədbir görülməsi barədə müraciətinə əsasən qeyd edilən ərazidə X12 tərəfindən aparılan tikintinini dayandırılmasına dair 29.09.2018-ci il tarixli 0584 nömrəli qərar qəbul edilərək icra üçün sifarişçiyə və əraziyə nəzarət üçün Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş, tikinti işləri yarımçıq dayandırılmışdır. Ərazidəki digər obyekt üçün X10 fərdi yaşayış evinin tikintisi üçün Nizami rayon İcra Hakimiyyətinin 27.08.2014-cü il tarixli 120 saylı sərəncamı ilə 600 kv.m torpaq sahəsi ayrılmış və obyektin eskiz layihəsi aidiyyəti üzrə razılaşdırılmış, lakin Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamların bəndləri, o cümlədən torpaq sahəsi ilə əlaqədar bəndi müvafiq qaydada icra olunmadığı üçün obyektin tikinti işləri dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli 14 nömrəli məktubdan görünür ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 29.04.2016-cı il, 08.09.2016-cı il və 10.07.2018-ci il tarixli Sərəncamlarında göstərilmiş qeyri-yaşayış sahələrinin yerləşdirilməsinə (layihələndirilməsinə, plan və ölçüsünə) dair Gəncə şəhər İcra Hakimyyətində sənəd yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 01.03.2021-ci il tarixli 246(74)/3 nömrəli Arxiv Arayışı ilə verilmiş Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin iclasının 23.03.1950-ci il tarixli 50 nömrəli protokolundan çıxarışdan görünür ki, Şəhər Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci ildə Firdovsi küçəsi № 92, 236 nömrəli kvartalda AKTİ-nin yataqxanaının tikintisi üçün ayrılmış 0.5 hektar sahə AKTİ-yə təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.09.2021ci il tarixli 152 nömrəli rəyindən görünür ki, ekspertiza baxışı zamanı, X12 tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi 84.43 kv.m torpaq sahəsinin bütünlüklə, X15 tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi 566.84 kv.m torpaq sahəsinin isə 412.15 kv.m hissəsi iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yrquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən tərtib olunmuş, Gəncə şəhər inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqlarından İddiaçınə daimi istifadəyə verilməsi nəzərdə tutulan 19.57 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 1 saylı Notariat ofisinin 15.10.2019-cu il tarixli 502 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Ozan küçəsində yerləşən 10 saylı yeməkxananın 59 saylı köşkünün mülkiyyətçisi X12 25.10.2018-ci il tarixdə vəfat etdiyi üçün onun oğlu X2 şəhəri, Ozan küçəsində yerləşən 10 saylı yeməkxananın 59 saylı köşkünə dair onun vərəsə kimi tanınması ilə bağlı notariat ofisinə müraciət etmiş və X3 vərəsəsi kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 1 saylı Notariat ofisinin iştirakı ilə verilmiş 10.01.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X1 şəhəri, Ozan küçəsinin qərb tərəfində, ADAU-nun tələbə yataqxanasının yaxınlığında yerləşən 600.0 kv.m torpaq sahəsində inşa olunmuş mülkünü X8 vəsiyyət etmişdir. İşin faktiki hallarından göründüyü kimi mübahisələndirilən Sərəncamlarla üçüncü şəxslərə təhkim olunmuş torpaq sahələri artıq 1950-ci il tarixdən İddiaçınə daimi istifadəyə verilmişdir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 01 yanvar 2006-cı il tarixdən «İnzibati icraat haqqında» Qanun qüvvəyə minmişdir. Həmin Qanunun preambulasında deyilir ki, «Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir». - 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, 01 yanvar 2006-cı il tarixindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz «İnzibati icraat haqqında» Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. «İnzibati icraat haqqında» Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. - 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 59.1.5-ci maddəsinə əsasən aktı qəbul etmiş orqan tərəfindən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi cavabdeh mübahisələndirilən torpaq sahəsini üçüncü şəxslərə tikintinin layihələndirilməsi üçün təhkim edərkən həmin torpaq sahəsinin kimin mülkiyyətində və yaxud istifadəsində olmasını ümumiyyətlə araşdırmamış, bununla da iddiaçının hüquq və vəzifələrinə dair məsələni onun məlumatı və iştirakı olmadan həll etmişdir. Göründüyü kimi «İnzibati icraat haqqında» Qanunun yuxarıda şərh olunan tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən mübahisələndirilən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 29 aprel 2016-cı il tarixli 146-1 saylı, 08 sentyabr 2016-cı il tarixli 421 saylı və 10 iyul 2018-ci il tarixli 405 saylı sərəncamları inzibati icraat haqqında qanunun müddəalarına uyğun olmadığından qanunsuz sayılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: - 158.1.1-ci maddəsinə əsasən girov hüququ; - 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ; - 158.1.3-cü maddəsinə əsasən servitutlar. - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən torpaq sahəsinə iddiaçının istifadə hüququ olduğundan iddiaçı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 29 aprel 2016-cı il tarixli 146-1 saylı, 08 sentyabr 2016-cı il tarixli 421 saylı və 10 iyul 2018-ci il tarixli 405 saylı Sərəncamlarının ləğv olunmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan məhkəmə xərci cavabdehdən tutulmalıdır. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin X6 Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsindəki 96 nömrəli binanın cənub-qərb tərəfində yerləşən 300 kv.m torpaq sahəsində ticarət obyektinin yerləşdirilməsi üçün verilmiş 29.04.2016-cı il tarixl 146-1 nömrəli, Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsindəki 96 nömrəli binanın cənubqərb tərəfində yerləşən ticarət obyektini genişləndirmək üçün verilmiş 08.09.2016-cı il tarixli 421 nömrəli və X10 Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsinin qərb tərəfində, ADAU-nun tələbə yataqxanasının yaxınlığında yerləşən 600.0 kv.m torpaq sahəsinin qeyri yaşayış binasının yerləşdirilməsi üçün verilmiş 10.07.2018-ci il tarixli 405 nömrəli sərəncamları ləğv edilsin. İş üzrə aparılmış mütəxəssis rəyinin verilməsinə dair çəkilən 311.00 (üç yüz on bir) manat xərc cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-79/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-79/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver