Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-790/2025 29.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı cavabdehin ali təhsil üzrə diplomu Azərbaycan Respublikasında akkreditə edilməsinə dair diplomunun dövlət nümunəvi olduğundan adının adlı siyahıya əlavə edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı cavabdehin ali təhsil üzrə diplomu Azərbaycan Respublikasında akkreditə edilməsinə dair diplomunun dövlət nümunəvi olduğundan adının adlı siyahıya əlavə edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinə qarşı cavabdehin ali təhsil üzrə onun diplomunun Azərbaycan Respublikasında akkreditə edilməsinə dair diplomunun dövlət nümunəvi olduğundan adının adlı siyahıya əlavə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, Ukrayna şəhərində Avropa Universitetinin bakalavariant səviyyəsi üzrə «maliyyə kredit» ixtisası üzrə 2016-cı il tarixdə ali təhsil alaraq həmin Universiteti bitirmiş, sonradan Azərbaycan Respublikasına qayıtmış və yenidən təhsilini təkrar davam etdirmək üçün Aqrar Universitetin aqrobiznes və idarəetmə fakültəsi qiyabi təhsil formasının mühasibat uçotu və audit txtisası üzrə qiyabi təhsil almağa başlamışdır. Avropa Universitetini bitirdikdən sonra onun diplomunun akreditasiyya etmək üçün cavabdeh Azərbaycan Respublikası təhsil Nazirliyinə müraciət etmiş və iddia ərizəsinə əlavə etdiyi şəhadətnaməyə əsasən onun diplomunun tanınması təmin edilmiş və onun təhsilinin qiyabi formada davamı Aqrar Dövlət Universitetində ixtisas dəyişmə üzrə davam etmişdir. Lakin sonradan Aqrar Universitetin əmrinə əsasən onun şəhadətnaməsinin dövlət nümunəvi olmaması baxımından təhsilini davam etdirə bilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də, ona heç bir məlumat verilməmişdir. Bu baxımdan hesab edir ki, onun diplomu üzrə şəhadətləndirməsi qanuna müvafiq olduğundan onun Azərbaycan Respublikasında diplomunun tanınması və ekvavalentliyinin müəyyən edildiyindən şəhadətləndirmə siyahısına adının əlavə edilməsi qanuna müvafiq hesab edilməlidir.
3. Cavabdeh orqan tərəfindən məhkəməyə vəsatət ünvanlanmışdır.
4. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda Gəncə İnzibati Məhkəməsində qaldırdığı iddia tələbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra-Agentlik) aid hissədə mümkünsüz hesab edilməlidir. 1. Məlumat üçün bildiririk ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması icraatı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na əsasən ərizəçilərin elektron ərizə sistemi vasitəsilə müraciətləri əsasında aparılmaqdadır. Hazırkı iş üzrə aparılmış araşdırmanın nəticələrinə əsasən vətəndaş İddiaçı Ukraynada Avropa Universitetində verilmiş Dİ №004229 nömrəli bakalavr diplomu üzrə kvalifikasiyanın tanınması üçün Agentliyə elektron ərizə sistemi ilə daxil olan müraciəti aşkar olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci bəndində qeyd olunur ki, Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iş üzrə, cavabdeh kimi tanınan orqana iddiaçının qanunvericilikdə inzibati icraatın aparılması üçün müəyyən olunmuş formada müraciəti daxil olmamış, cavabdeh orqan da həmin müraciət üzrə inzibati icraat apararaq, hər hansı qərar qəbul etməmişdir. Nəticə etibarilə, inzibati orqanla vətəndaş arasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina halı üzrə mübahisə predmetinin qanunvericilikdə müəyyən olunan qaydada əsaslandırılması mövcud deyil. Məlum olduğu kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və 320.2-ci maddəsinə əsasən Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə üzrə edilmiş hərəkətlərə görə müvafiq məsuliyyət müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 265.4-cü maddəsinə əsasən Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırkı iş üzrə, vətəndaşın tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Agentliyə rəsmi qaydada müraciətinin olmaması nəzərə alınmaqla, onun hazırda məhkəməyə təqdim etdiyi şəhadətnamə nüsxələrinin saxta olması və bu sənədlərin hüquqlar əldə etmək üçün hazırlandığı və təqdim olunduğuna ciddi şübhələr mövcuddur.Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş edilir.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. İddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişlər.
8. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatıdan bildirmişdir ki, iddiaçının nə 2020-ci ildə nədə daha sonra Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinə o cümlədən Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciəti olmamışdır. Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin arxiv məlumatları Təhsildə Keyfiyyət Təminat Agentliyində mövcud olduğundan iddiaçının Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinədə müraciətinin olmadığı müəyyən olunmuşdur bu səbəbdən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı materiallarda isə belə bir müraciət və imtina mövcud deyildir.
11. Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdə qeyd edilmişdir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması icraatı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na əsasən ərizəçilərin elektron ərizə sistemi vasitəsilə müraciətləri əsasında aparılmaqdadır. Hazırkı iş üzrə aparılmış araşdırmanın nəticələrinə əsasən vətəndaş İddiaçı Ukraynada Avropa Universitetində verilmiş Dİ №004229 nömrəli bakalavr diplomu üzrə kvalifikasiyanın tanınması üçün Agentliyə elektron ərizə sistemi ilə daxil olan müraciəti aşkar olunmamışdır. Hazırkı iş üzrə, cavabdeh kimi tanınan orqana iddiaçının qanunvericilikdə inzibati icraatın aparılması üçün müəyyən olunmuş formada müraciəti daxil olmamış, cavabdeh orqan da həmin müraciət üzrə inzibati icraat apararaq, hər hansı qərar qəbul etməmişdir. Hazırkı iş üzrə, vətəndaşın tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Agentliyə rəsmi qaydada müraciətinin olmaması nəzərə alınmaqla, onun hazırda məhkəməyə təqdim etdiyi şəhadətnamə nüsxələrinin saxta olması və bu sənədlərin hüquqlar əldə etmək üçün hazırlandığı və təqdim olunduğuna ciddi şübhələr mövcuddur.Həmçinin cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında qeyd olunanalrı bildirərək iddiaçı tərəfindən təqdim olunmuş şəhadətnamənin saxta olduğunu qeyd etmişdir.
10. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia elektron baza məlumatında müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində mümkün sayılmamalıdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Təhsildə X1rşı cavabdehin ali təhsil üzrə onun diplomunun Azərbaycan Respublikasında akkreditə edilməsinə dair diplomunun dövlət nümunəvi olduğundan adının adlı siyahıya əlavə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva