Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-799/2025 15.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı mənzil uçotuna alınması haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı onun mənzil uçotuna alınması haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.1985-ci il tarixli X-ЖГ 484924 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1985-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 2531 nömrə ilə qeyd edilmişdir. X2, anası isə X4r.
2. Ölüm haqqında xx.xx.1992-ci il tarixli İV-ЖГ 357522 nömrəli şəhadətnaməyə əsasən X12 xx.xx.1992-ci il tarixdə bədən orqanlarının güllə yarası səbəbindən ölmüşdür.
3. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 882 nömrəli sərəncamı ilə Gəncə şəhəri, İ mikrorayon 6a saylı binadan yaşayış sahəsi 39,6 kv.m olan 15 saylı üç otaqlı mənzil şəhid ailəsi X5 verilməsi haqqında zavod rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2001-ci il tarixli 08 saylı birgə qərarının təsdiq edilməsi və aşağıda adları göstərilən ailə üzvləri ilə birlikdə adına order yazılması qərara alınmışdır:
4. X8 – özü;
5. X9 – qızı;
6. X10 – qızı.
7. Ölüm haqqında xx.xx.2012-ci il tarixli AZ-İ 589130 nömrəli şəhadətnaməyə əsasən X8 xx.xx.2012-ci il tarixdə kəskin ürək qan damar çatmamazlığı səbəbindən ölmüşdür.
8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 822 nömrəli mətubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi üzrə şəhid olmuş və vəfat etmiş hərbi qulluçuların qeydiyyatı kitabına əsasən 1960-cı il təvəllüdlü X6 adı keçmir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-110/2 nömrəli arxiv arayışında göstərilmişdir ki, X11 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 14 nömrəli nizami hissə üzrə əmrilə (əmrdə soyadı Mehtiyev yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin Təşkilat Səfəbərlik İdarəsindən Mərkəzi Arxivə daxil olmuş 1994-cü il tarixə aid “döyüş əməliyyatları başladığı müddətdə Azərbaycan Silahlı Qüvvələrin qaytarılmaz itkinlərin” siyahısı qovluğunda xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1960-cı il təvəllüdlü, N nömrəli hərbi hissənin sıravisi X7 xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunun Arqolar kəndində həlak olması və xx.xx.1992-ci il tarixdə Gəncə şəhəri Bağman kəndində dəfn olunması barədə məlumat vardır.
10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2018-ci il tarixli M/2757 nömrəli məktubunda bildirilmişdir ki, təkrar araşdırmalar zamanı müəyyən olmuşdur ki, N saylı hərbi hissədə xidmət keçən əsgər X11 hərbi xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1992-ci il tarixdə Ağdərə rayonu ərazisində həlak olmuşdur (Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsinin "1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı" və Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli arayışı). Əlavə olaraq bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 84/317 nömrəli arayışına əsasən, mərhum X7 həyat yoldaşı - X8 xx.xx.2012-ci il tarixədək (vəfat edənədək) şəhid ailəsi kimi Prezident təqaüdü alıb. Məlum olduğu kimi, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu səbəbdən, mərhum X11 qayıtmaz itkinlərin uçot sənədlərinə (aidiyyəti jurnal və siyahılara) şəhid hesab edilən şəxs kimi əlavə olunmalı, ailəsi tələb olunan arayışla təmin edilməli və Xidmət rəisinin müvafiq göstərişini rəhbər tutaraq ailəsi diqqət mərkəzində saxlanılmalıdır.
11. İddiaçı xx.xx.2023-cü il tarixdə 008961 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlkaın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
13. İddiaçı mənzil uçotuna daxil edilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 5-1/1-M-166-068/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, X3 adına mənzil uçotu ilə bağlı hər hansı sənəd aşkarlanmamışdır. Odur ki, mərhum X1nın adı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxs kimi siyahıda aşkarlanmadığı üçün şəxsin vəfat etməsi ilə əlaqədar həmin uçotun onun adına dəyişdirilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirlir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhidin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları şəhid ailəsinin üzvləri hesab edilirlər.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-230965/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində olan məlumata əsasən X5 xx.xx.2007-ci il tarixdən şəhid ailəsi üzvü kimi Prezident təqaüdü təyin edilmiş və sözügedən təqaüdün ödənişi xx.xx.2012-ci il tarixdən ölüm səbəbi ilə dayandırılmışdır. II. Məhkəmədə icraat
15. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun mənzil uçotuna alınması haqqında qərar qəbul etmək öhdəliyinin cavabdehon üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, rəhmətlik X2 25 oktyabr 1992-ci il tarixdə Ağdərə istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. X1 2012-ci ildə rəhmətə getmişdir. Anasının adına olan Cavabdehndə qeydə alınmış mənzil uçotunu isə aşkar edə bilmirlər. Halbuki, mənzil uçotu olmuşdur. Hər bir halda şəhid ailəsi olaraq onu da hüququdur ki, mənzil uçotuna götürülsün. Onu da qeyd edir ki, həqiqətən də yaşayış sahəsinə ehtiyacı var. Hal-hazırda qeydiyyatda olduğu ünvanda 64 kv.m yaşayış sahəsində 12 nəfər qeydiyyatdadırlar. Odur ki, cavabdehə pretenziya ərizəsi ilə müraciət etmiş, lakin cavabdeh imtina məktubu göndərmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və yamümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
26. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
27. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, anasının əvvəllər mənzil uçotuna alınması barədə sənədlər aşkar edilmədiyindən o, anasının adına olan uçotun onun adına dəyişdirilməsi barədə tələblə deyil, məhz özünün şəhid ailəsinin üzvü kimi mənzil uçotuna alınması barədə tələblə çıxış edir.
28. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X1nın şəhid ailəsi kimi mənzil uçotuna alınması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətində hər hansı sənəd aşkarlanmamışdır. İddiaçı öz iddiasında qeyd edir ki, anası F.Əliyeva Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınmışdır. İddiaçı iddia etdikləri ilə bağlı məhkəməyə əsaslı sübut təqdim etməmişdir. İddiaçı mərhum X1nın şəhid ailəsi kimi Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində alınmadığı üçün şəxsin vəfat etməsi ilə əlaqədar həmin uçotun İddiaçı adına dəyişdirilməsi mümkün deyil. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhidin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları şəhid ailəsinin üzvləri hesab edilirlər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı “mənzil uçotuna alınmağı haqqında qərar qəbul etmək öhdəliyinin Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.1985-ci il tarixli X-ЖГ 484924 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.1992-ci il tarixli İV-ЖГ 357522 nömrəli şəhadətnamə; - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 882 nömrəli sərəncamı; - Ölüm haqqında xx.xx.2012-ci il tarixli AZ-İ 589130 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 822 nömrəli mətubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-110/2 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2018-ci il tarixli M/2757 nömrəli məktubu; - xx.xx.2023-cü il tarixli 008961 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı; - Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/1-M-166-068/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-230965/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
31. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 008961 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İddiaçı mənzil uçotuna daxil edilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 5-1/1-M-166-068/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhidin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları şəhid ailəsinin üzvləri hesab edilirlər.
32. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını əsaslı və qanuni hesab edir.
33. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə: Bənd 1.1. Şəhid dedikdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bənd 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
34. Göründüyü kimi, Şəhid ailə üzvü hesab olunan şəxslərin dairəsi qaunvericilikdə konkret olaraq müəyyən edilmişdir və orada yalnız şəhidin 18 yaşına çatmamış və ya 18 yaşına çatanədək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarının şəhid ailəsi üzvü hesab olunduğu təsbit edilmişdir.
35. Hazırki işdə iddiaçı xx.xx.1985-ci il təvəllüdlüdür və onun 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs olması da iş materialları ilə müəyyən edilmir. Həmçinin, o, şəhid ailə üzvünün vəsiqəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni 37 yaşında təmin edilmişdir.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva