Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-8/2022 29.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı inzibati aktların ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 29.11.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin inzibati aktlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan 02 nömrəli, 12.04.2022-ci il tarixli məktubla bildirilmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ilə borcun məbləği ilə bağlı şifahi olaraq razılığa gəlinmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 29.04.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" QSC barəsində cavabdeh tərəfindən 28.01.2022-ci il tarixli, **********153893 nömrəli qərar qəbul edilmiş, iddiaçı həmin qərarla müəyyən edilmiş vergi borcunu ödəmiş və hazırda vergi öhdəliyi mövcud deyildir. Tərəflər arasında mübahisə predmenti mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının göstərdiklərini nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Belə olan halda inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Madə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü və Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin inzibati aktlarının ləğv edilməsini tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-8/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-8/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver