Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-8/2024 22.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X7, Üçüncü şəxs X7 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə(üçüncü şəxs X11) qarşı xx.xx.2009-cu il tarixli, AN 116862 saylı torpaq sahəsinin plan və ölçü sənədinin və xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı qeydin qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə(üçüncü şəxs X11) qarşı xx.xx.2009-cu il tarixli, AN 116862 saylı torpaq sahəsinin plan və ölçü sənədinin və xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı qeydin qismən ləğv edilməsi, yəni istifadəsində olan torpaq sahəsinin 23.3 kv.m üst-üstə düşən hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildə notarial qaydada alqı-satqı yolu ilə Gədəbəy rayonunun Novosaratovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evini almış, hal-hazıra qədər sözügedən mülk onun istifadəsindədir. Həmin mülkə dair iddiaçı tərəfindən X15, Gədəbəy rayon X3 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsində, Gədəbəy rayon İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyində sənədləşmələr aparılmışdır. 1999-cu ildə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Gədəbəy rayon Novosaratovka kəndində kütləvi surətdə aparılmış həyətyanı torpaq sahələrin plan ölçü sənədlərinin hazırlanması zamanı yanlışlığa yol verilərək faktiki istifadəsində olan torpaq sahəsinin bir qismi 3-cü şəxs X9 məxsus torpaq sahəsinin plan və ölçü sənədinə salınmışdır. Bu isə torpaq sahəsinin istifadəsində aralarında mübahisəyə səbəb olmuşdur. Gədəbəy rayon X3 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ona məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə plan-ölçü sənədləri əlavə edilməklə texniki pasport verilmişdir. Həmin texniki pasport əsasında faktiki istifadəsində olan 0.25 ha torpaq sahəsinin bir qismi ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Gədəbəy rayon Novosaratovka kəndində 3-cü şəxs kimi göstərilən X9 və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsi üst-üstə düşmüşdür. 3-cü şəxs X9 verilmiş çıxarışda bu hal təkrarlanmışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli X2 xx.xx.2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarış əsasında X7 və ailə üzvlərinin adına mülk kimi qeyd edilmiş həyətyanı torpaq sahəsi ilə Gədəbəy rayon X3 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən iddiaçının adına verilmiş texniki pasportla faktiki istifadəsində olan 0.25 ha torpaq sahəsi 23.3 kv.m hissədə üst-üstə düşür. Beləliklə aydın olur ki, X9 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli 09 nömrəli qərarı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. 01 iyun 2009-cu il tarixdə həmin torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilərkən iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsinin bir hissəsi( 23.3kv.m olan hissə) həmin plan və ölçü sənədinin koordinatrlarına daxil edilmiş, bununla da onun qeyd olunan torpaq sahəsinə olan hüquqları pozulmusdur. Bundan sonra o, cavabdeh orqana müraciət edərək üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməyərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxs X4 və onun ailə üzvlərinin adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Üçüncü şəxs X10 məhkəməyə ərizə təqdim edərək, məhkəmə texniki-tikinti ekspertizasının təyin edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-175/2022 nömrəli qərardad ilə inzibati iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5497 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsinin inventarlaşdırıcı mühəndisi İlqar Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mübahisələndirilən və reyestr nömrəsi **********64-10301 saylı texniki pasport üzrə İstifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə əsasən şimaldan JN-2273S №-li Şəhadətnamənin subyektləri, cənubdan isə JN-241A №- li, yəni reyestr nömrəsi **********14-10301 saylı texniki pasport üzrə X9 məxsus torpaq sahəsi ilə həmsərhəddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsinin inventarlaşdırıcı mühəndisi İlqar Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və X7 hüquqmüəyyənedici sənədlər üzrə istifadələrində olan torpaq sahələrinin 15.43 kv.m hissəsi üst-üstə düşür. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə qiymət verilə bilər. Üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında vəsatət təqdim edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-900/2017 saylı, 03 iyul 2017ci il tarixli qətnaməsindən X11 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq yekun məhkəmə qərarı qəbul edilənə kimi hazırki iş icraatın dayandırılması barədə qərardad qəbul edilməsuni xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-900/2017 nömrəli qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-22/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı qeydin ləğv edilməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. Üçüncü şəxs X7 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında vəsatət təqdim edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-810/2023 saylı, 17 mart 2023-cü il tarixli qərardadından X11 tərəfindən verilmiş kassasiya şikayətinə baxılaraq yekun məhkəmə qərarı qəbul edilənə kimi hazırki iş icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-810/2023 saylı, 17 mart 2023-cü il tarixli qərardadı qanuni qüvvəsini alanadək dayandırılılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-8/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı qeydin ləğv edilməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlmişdir. İddiaçı nümayəndəsi X12 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı xx.xx.2009-cu il tarixli, A№ 116862 saylı torpaq sahələrinin plan və ölçü sənədinin və xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı qeydin qismən ləğv edilməsi, yəni torpaq sahəsinin 15 kv.m üst-üstə düşən hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə üçüncü şəxs X11 tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, yeni həcmdə verilmiş iddia tələbini qəbul etdiyini bildirmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X14 yeni həcmdə verilmiş iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********53 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - işə əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(042)-553/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X9 qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin və reyestrdən çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. - işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)- 180/2020 saylı qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(042)- 553/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək cavabdeh X7 adına xx.xx.2017-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarı ləğv edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3804/2021 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-180/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndəilmişdir. -işə əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli 2(041)- 1177/2014 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş , X7 adına Azərbaycan Respublikası Dövət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli AN 116862 saylı torpaq sahəsinin plan və ölçüsünə dair sənəd qismən, yəni Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən İddiaçı istifadəsində olan və hasara alınmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilmişdir. -işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)- 1418/2015 saylı qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli 2(041)- 1177/2014 saylı qətnaməsi saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(102)-369/2016 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-1418/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********50 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti; - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********82 nömrəli məktubuna əlavə etdiyi etiraz - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsininxx.xx.2021-ci il tarixli, **********80 nömrəli məktubuna əlavə edilmiş sənədlərin suəti Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, İddiaçı nümayəndəsi X12 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) xx.xx.2009-cu il tarixli, AN 116862 saylı torpaq sahələrinin plan və ölçü sənədinin və xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı qeydin qismən, yəni İddiaçı istifadəsində olan torpaq sahəsinin 15 kv.m üst-üstə düşən hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mübahisələndirilən və reyestr nömrəsi **********64-10301 saylı texniki pasport üzrə İstifadəsində olan 0.22 ha həyətyanı torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə əsasən şimaldan JN-2273S №-li Şəhadətnamənin subyektləri, cənubdan isə JN-241A №- li, yəni reyestr nömrəsi **********14- 10301 saylı texniki pasport üzrə X9 məxsus torpaq sahəsi ilə həmsərhəddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsinin inventarlaşdırıcı mühəndisi İlqar Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və X7 hüquqmüəyyənedici sənədlər üzrə istifadələrində olan torpaq sahələrinin 15.43 kv.m hissəsi üst-üstə düşür. Göründüyü kimi iddiaçının ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin (hazırki halda 15 kv.m) sonradan digər subyektə verilməsi, eləcə də müvafiq çıxarışla sözügedən torpaq sahəsi üzərində həmin subyektin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması qanunsuz olmuş və bununla da iddiaçının hüquqları pozulmuşdur. İş üzrə üçüncü şəxs X11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, üçüncü şəxs xx.xx.2009-cu il tarixli, A№ 116862 saylı torpaq sahəsinin plan və ölçü sənədinin və xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı qeydin qismən ləğv edilməsini, yəni torpaq sahələrinin 15.0 kv.m üst-üstə düşən hissədə ləğv edilməsinə etiraz etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeyd Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 120 kv.m hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. xx.xx.2009-cu il tarixli, A№ 116862 saylı torpaq sahəsinin plan və ölçü sənədinin və xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı qeydin qismən ləğv edilməsi, yəni torpaq sahələrinin 15.0 kv.m hissəsi üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-8/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-8/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver