Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-800/2021 01.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN- 0061 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-409 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvlərin aradan qaldırılaraq soyadının “Şərifova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN- 0061 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-409 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvlərin aradan qaldırılaraq soyadının “Şərifova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsinə məxsus Ağstafa rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 31 yanvar tarixli, 01 saylı qərarı ilə verilmiş JN-0061 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında nəzərdə tutulan pay torpaq sahəsi və JN- 409F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməylə verilmiş həyatyanı torpaq sahələri vardır. Həmin torpaq sənədlərində soyadı düzgün qeyd edilməmişdir. Bütün sənədlərində, şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, diplomunda soyadı Şərifova kimi qeyd edilmişdir. Yalnız torpaq sənədlərində səhv olaraq “Hüseynova” kimi qeyd edilmişdir. Yaşadıqları ev, həyətyanı torpaq sahəsi birgə nikah dövründə əldə etdikləri əmlakdır və ərindən boşandığından birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında bölünməlidir. Torpaq sənədlərindəki səhvlik bu bölgünün aparılmasını mümkünsüz hesab edir. Bunun üçün adıçəkilən torpaq sənədlərinə olan səhvlər aradan qaldırılmalı və iddiaçının soyadı düzgün qeyd edilməlidir. Bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 01 iyun 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasını iştiakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylıTovuz Ərazi İdarəsinin 30.01.2020-ci il tarixli, **********34 nömrəli məktubu; - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariusda təsdiq olunmuş surəti; - Ağstafa rayon Qeydiyyat Şöbəsinin 10 mart 2021ci il tarixli 05/69-334/76 nömrəli arayış ; - 22 aprel 2017-ci il tarixli AZ-İ№ 247912 nömrəli Nikahın pozulması haqqında şəhadətnamə; - İ-İE 540212 nömrəli doğum haqqında şəhadətnamə. - JN-0061 Kod 50208018 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surəti. - JN-409F Kod 50208018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surəti. - 30.06.1983-cü il tarixli 782581 nömrəli Diplomun surəti. - Məhkəmənin sorğusu əsasında alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.05.2021-ci il tarixli **********15 nömrəli məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, İddiaçı Ağstafa rayonu, Xətai kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında olan yanlışlıqların aradan qaldırılması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylıTovuz Ərazi İdarəsinə müraciət etmiş, lakin inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-409 nömrəli şəhadətnamə və torpağın müliyyətə verilməsinə dair JN-61 nömrəli dövlət aktı tərtib edilmişdir. Ərazi İdarəsi arxivndə eləcədə elektron baza məlumatlarında iddiaçının və ya iddiaçının ərizəsində qeyd etdiyi şəxslərin adı, soyadı, ata adalarının texniki səhv kimi yazılması ilə əlaqədar heç bir məlumat aşkarlanmamışdır. Verilmiş sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən ediməsi, hüquq əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. . Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı öz iddia ərizəsində Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN-0061 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-409 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvlərin aradan qaldırılaraq soyadının “Şərifova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin imtinaya dair məktubundan isə müəyyən olunur ki, mübahisə predmeti olan şəhadətnamlərdə iddiaçının iddiaçının adının, soyadının və ata adının texniki səhv yazılması barədə heç bir məlumat yoxdur. Əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, ddia ərizəsində göstərilmiş şəhadətnamələrdə iddiaçının soyadı “Şərifova” əvəzinə onun keçmiş əri, Afiq hüseynovun soyadı ilə, “Hüseynova” kimi qeyd edilmişdir. İmtina əsaslarını araşdıran məhkəmə hesab edir ki, İnzibati orqanın imtinası əsaslıdır və bu səbəbdən də iddiaçının iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd etmək isdəyir ki, hüquqi əhəmiyyətli olan müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1 bəndinə əsasən, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərinin(pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və.s) deyil, məhz hüquqmüəyyəndici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericilklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN-0061 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-409 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvlərin aradan qaldırılaraq soyadının Şərifova kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31.01.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş JN-0061 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və JN-409 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvlərin aradan qaldırılaraq soyadının “Şərifova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-800/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-800/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver