Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-800/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin pensiya təminatında nəzərə alınması, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində ona pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğin əsas götürülməsi, 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2014-cü il tarixli 09/11-551 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən əmək haqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini – Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə müvəqqəti təyin edilmişdir.
2. İddiaçı dövlət qulluqçusu kimi xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 232/1, 232/3, 232/4, 232/5, 232/6 və 232/7 nömrəli arxiv arayışlarından görünür ki, Musayev X4 Rayon İcra Hakimiyyəti başçısı Aparatında ümumi şöbənin müdiri vəzifəsində işləyərək 1999-cu il, 2009-cu il, 2010-cu il, 2011-ci il, 2012-ci il və 2013-cü il üzrə 12 ay əmək haqqı almışdır.
4. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-13622/2023 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanaraq, pensiyanın məbləği 1084,12 manat müəyyən edilmişdir.
5. Gədəbəy Rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-46/2-85/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixinə Gədəbəy rayonunda əhali sayı 100807 (bir yüz min səkkiz yüz yeddi) nəfər olmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 228503/3/23 nömrəli məktubunda bildirilmişdir ki, ona xx.xx.2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 715,00 manat qulluq stajına görə əlavəsi 173,96 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 143,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 238,33 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 71,50 manat olmaqla orta aylıq əmək haqqı 1421,79 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 9 ay 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1421,79 manat) 76,25 faizi-1084,12 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.
7. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-160xx/xx/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında sözügedən Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanıb. Sözügedən dövrdə müraciətində göstərdiyi "vəzifə maaşının 1,1 misli həcmində əlavə" mövcud olmadığından ona ödənilməyib. Bununla əlaqədar, həmin əlavənin pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
8. Gədəbəy Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5-44/2-M-60/2-060/2/2024 nömrəli məktubunda bildirilmişdir ki, ona pensiya təyin edilən vaxt icra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan işçinin aylıq əməkhaqqı 730,00 (yeddi yüz otuz) manat vəzifə maaşından və 146,00 (bir yüz qırx altı) manat dəniz dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəkliyə görə, 109,50 (bir yüz doqquz manat 50 qəpik) manat hakimiyyət səlahiyyətinə görə və 803,00 (səkkiz yüz üç) manat dövlət qulluqçularının əməkhaqqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən vəzifə maaşına 1,1 həcmdə müəyyən edilmiş artım əmsalına görə verilən əlavələrdən ibarət olmuşdur. Onu da qeyd edilir ki, göstərilən əlavələrdən başqa dövlət qulluqçusuna qulluq stajına və ona verilmiş ixtisas dərəcəsinə uyğun olaraq əlavə haqqlar da ödənilir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-62372/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək pensiya kapitalı qeydə alınmışdır.
10. Məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-44/2-246/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gədəbəy RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1611 nömrəli Fərmanı ilə 730 (yeddi yüz otuz) manat məbləğində müəyyən edilmişdir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-134639/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.11-ci maddəsinə əsasən, sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçı 26 iyun 2023-cü il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Onun hazırda əmək pensiyası 1303,18 manat təşkil edir. Adıçəkilən şəxsin əmək pensiyasının hesablanması zamanı xx.xx.2009xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində qulluq keçdiyi müddət əsas götürülüb. Dövlət qulluqçularının vəzifə maaşlarının 1 dekabr 2013-cü il tarixindən artırılması ilə əlaqədar əhalisinin sayı 50-100 min nəfər olan rayonların icra hakimiyyəti başçılarının aparatlarında şöbə müdiri vəzifəsi üzrə vəzifə maaşı 430,00 manat məbləğində müəyyən edilib. İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması üçün vaxtilə təqdim etdiyi ona ödənilmiş əmək haqqına dair Gədəbəy Rayon Dövlət Arxivinin 7 iyul 2023-cü il tarixli 232/7 nömrəli arxiv arayışının 2013-cü ilin dekabr ayında 430,00 manat məbləğində mükafat ödənildiyi qeyd olunub. Nəticədə müəyyən edilib ki, İddiaçı Gədəbəy Rayon İcra Hakimiyyətində qulluq keçdiyi şöbə müdiri vəzifəsi əhalisinin sayı 50-100 min nəfər olan rayonların icra hakimiyyəti başçılarının aparatlarında şöbə müdiri vəzifəsinə uyğundur. Sözügedən şöbə müdiri vəzifəsi üzrə vəzifə maaşı müvafiq qanunvericilik aktlarına əsasən (surətləri əlavə olunur) 1 mart 2018-ci il tarixindən 475,00 manat, 1 sentyabr 2019-cu il tarixindən isə 715,00 manat təşkil edib. Buna uyğun olaraq da, İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün orta aylıq əmək haqqısı hesablanarkən vəzifə maaşı 715,00 manat olaraq nəzərə alınıb. Eyni zamanda bildiririk ki, İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə Goranboy Rayon İcra Hakimiyyətinin 2 may 2024-cü il tarixli 5-44/2-M-60/2-060/2/2024 nömrəli məktubunda həmin İcra Hakimiyyətində şöbə müdiri vəzifəsi üzrə vəzifə maaşının 730,00 manat olduğu qeyd edilib. Bununla əlaqədar olaraq, həmin vəzifə üzrə vəzifə maaşının hansı tarixdən etibarən 715,00 manatdan 730,00 manata artırılmasına dair tərəflərindən sorğu göndərilib. Bundan başqa da, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə adıçəkilən dövlət qulluğu stajına dair məlumatların dəqiqləşdirilməsi üçün sorğu göndərilib. Qeyd olunanları nəzərə alaraq, müvafiq sorğuları cavablandırıldıqdan sonra İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır. II. Məhkəmədə icraat
12. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin artırılması, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində nəzərdə tutulan 730 manat məbləğində nəzərə alınması və əmək stajının 53 gün az hesablanmasının aradan qaldırılması öhəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirmişdir. xx.xx.1996-cı il tarixdə 153 nömrəli sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1999-cu il tarixdə 160 nömrəli sərəncamla həmin vəzifədən azad edilib Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında ümumi şöbə müdiri (hazırda sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi adlanır) vəzifəsinə təyin olunmuşdur. xx.xx.2003-cü il tarixdə 128 nömrəli sərəncamla "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq 1-ci dərəcə Dövlət Qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2014-cü il tarixdə 77 nömrəli sərəncamla həmin vəzifədən azad olmuşdur. xx.xx.2014-cü il tarixdə 09/11-551 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2016cı il tarixdə 09/18-501 nömrəli əmrlə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə 39 nömrəli əmrlə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə 36 nömrəli əmrlə həmin vəzifədən azad olunub, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə 168 nömrəli əmrlə yaşa görə pensiyaya çıxdığına görə həmin vəzifədən azad olunmuşdur. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 iyun tarixli 2301 nömrəli sərəncamı ilə "X1 görə" medalı almışdır. Azərbaycan Respublikasının müharibə veteranıdır. Bir övladı Türkiyə Respublikasının İzmir şəhərində Tibb sahəsi üzrə doktorant təhsili alır, bir övladı məktəblidir. 65 yaşı tamam olduğuna görə dövlət qulluqçusu kimi pensiya təyin olunması üçün Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. "Dövlət Qulluqçularına pensiya təyin edilməsi üçün Dövlət məvacibinin hesablanması Qaydaları"na müvafiq olaraq işlədiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində olan sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Azarbaycan Respublikasi Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Mərkəz tərəfindən ona 23 il 9 ay 2 gün dövlət qulluğu stajı hesablanaraq bir ayda 1084.12 manat məbləğində pensiya təyin olunmuşdur. (hazırda məsləhətçi vəzifəsinə düşən məbləğdə). Ona pensiya təyinatı aparılarkən Azərbaycan Respublikasının müvafiq qanunlarına düzgün əməl olunmadığına görə o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Respublikanın digər ali orqanlarına müraciət edərək onun pensiya təyinatına yenidən baxılıb, təyinat aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərdiyi müraciətə cavab olaraq birinci instansiya məhkəməsinə müraciət edilməsi ona tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 yanvar 2024-cü il tarixli 3-17-1/2-M- 160xx/xx/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmışdır. Həmin dövrdə "Vəzifə maaşının 1.1 misli həcmində əlavə" mövcud olmadığından ona pensiya təyin edilərkən nəzərə alınmamışdır. Ona pensiya təyinatı aparılarkən "Dövlət Qulluqçularına pensiya təyin edilməsi üçün Dövlət məvacibinin hesablanması Qaydaları" haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş həmin qaydanın 2-ci bəndi əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonunca artımlar nəzərə alınmaqla müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu qaydaların 3-12 bəndinə əməl olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydalarında" dəyişiklik edilməsi haqqında 28 iyun 2022-ci il tarixli 1725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə "2-1 bəndinə Dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt Dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur" bəndinin tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli "Dövlət Qulluqçularının əməkhaqlarının artırılması" haqqında Fərmanının 1-ci maddəsinin 1.1-ci bəndinə əsasən şöbə müdirinin aylıq vəzifə maaşına 1.1 misli həcmində olan əlavəni ona şamil etmirlər ki, o, 2009-2013-cü illərdə bu artımı almamışdır. O da, həmin məmurlara müraciətində bildirmişdir ki, Gədəbəy rayonu üçün şöbə müdirinin əsas əmək haqqı ona pensiya təyin olunan tarixdə 730 manatdır, 2022-ci ilin fevral ayından 1.1 misli əlavə olunmuşdur. Orqan da pensiya təyinatı apararkən bunu 715 manat qəbul etmişdir. "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı əhalisinin sayı 100 mindən çox olan sütunda yerləşmişdir. Bundan əlavə Gədəbəy Rayon İcra Hakimiyyətinin 02 may 2024-cü il tarixli məktubuna əsasən şöbə müdirinin əsas aylıq əmək haqqı 730 manatdır. Onu da bildirir ki, o, 2009-2013-cü illərdə şöbə müdiri kimi 715 manat əsas əmək haqqı almamışdır. Orqan onda bunu hansı qanuna əsasən yazmışdır. Ona şöbə müdiri kimi fəaliyyət göstərdiyi vaxtda almadığı vəzifə maaşına uyğun pensiya təyin edilməsi də qanunvericiliyin tələbinə ziddir, çünki həmin illərdə onun vəzifə maaşı 715 manat olmamışdır. Əgər ona 2009-2013-cü illərdə şöbə müdiri kimi aylıq əmək haqqı 715 manat qəbul edilirsə onda şöbə müdirinin əmək haqqına əlavə kimi 1.1 dəfə artımda nəzərə alınmalıdır. Onu da qeyd edir ki, o, dövlət qulluqçusu kimi 2022-ci ilin 01 fevral tarixindən 2023-cü ilin 25 iyun tarixinədək dövlət qulluqçularının əmək haqqlarına əlavə kimi müəyyən edilmiş 1.1 misli həcmində olan artımı almışdır və bunun müqabilində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Beləliklə, ona pensiya hesablanarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin "Əmək haqqı" adlanan 154-cü maddəsinin 1-ci bəndinin tələbləri kobud sürətdə pozulmuşdur. Belə ki, həmin maddənin 1-ci bəndində aydın sürətdə göstərilir ki, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi üzrə müəyyən edilmiş, işcinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə isəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin "Orta əmək haqqı və onun hesablanması qaydası" adlanan 177-ci maddəsinin 1-ci bəndi orta əmək haqqına belə anlayış verir: "Orta əmək haqqı işçiyə vəzifəsi (peşəsi) üzrə işə götürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənişlərin bu məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir". Deməli orta əmək haqqı işçiyə vəzifəsi üzrə verilən məvacibdən və onun tərkibinə daxil olan əlavə ödənişlərdən ibarətdir. Eyni zamanda "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun "Dövlət məvacibi" adlanan 22-ci maddəsinin 22.2-ci bəndinin tələbləri də kobud sürətdə pozulmuşdur. Həmin maddənin 22.2-ci bəndində aydın sürətdə göstərilib ki, Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində "Normativ hüquqi aktlar" adlanan 7-ci bəndində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Nəhayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Plemununun qərarında xüsusi vurğulanır ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər ( və vəsaitlərdəki, artımlar) nəzərə alınır ki, həmin şəxs-Əmək pensiyaları haqqında Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdən) almış olsun. - Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Bu tələblər isə yuxarıda qeyd olunduğu kimi onun tərəfimdən ödənilmişdir. Ona görə də ona pensiya hesablanarkən qaldırdığı qanuni tələblər nəzərə alınmalıdır. Bundan əlavə onun əmək kitabçasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı Sosial Yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə xx.xx.2014-cü il tarixdə təyin olunmağı barədə işə girmə əmrinin tarixini səhv olaraq əmək kitabçasında xx.xx.2014-cü il tarixi kimi qeyd olunmuşdur. O, işə əmrin sürətini əlavə etmişdir, lakin nəzərə alınmamışdır. Əmək kitabçasında 1999-cu ildə "Yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərinə uyğun olaraq sərəncam verib vəzifələrin adı dəyişən zaman sərəncamlar arasında 23 gün fərq yaranmışdır. 1999-cu ilin əmək haqqı barədə cədvəlini işə əlavə etmişdir, lakin nəzərə alınmamışdır və ona pensiya təyinatı aparılarkən 53 gün az əmək staji hesablanmışdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin pensiya təminatında nəzərə alınması, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində ona pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğin əsas götürülməsi, 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən İddiaçı hüququnun varandığı xx.xx.2023-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müxtəlif tarixlərdə Mərkəzi Filala müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın müraciətlərə cavab olaraq iddiaçıya fərqli tarixlərdə ünvanladığı məktublarla, həmçinin son olaraq xx.xx.2024cü il tarixli 3-17-1/2-M-88172/8/2024 nömrəli məktubla bildirilmişdir ki, onun əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və sartlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət quiluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dovlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyındəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azarbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial siğortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında sözügedən Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 5.7-cı bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cu maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin taləblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. iddiaçının əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanmışdır. Sözügedən dövrdə onun müraciətində qeyd etdiyi "vəzifə maaşının 1,1 misli həcmində əlavə" mövcud olmadığından bununla əlaqədar həmin alavənin əmək pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və sərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud siğortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sozlə. siğortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə qəlinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Həmçinin bildirilir ki, sosial təminat hüququnun məzmununa nəzər salınsa, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bununla yanaşı öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir.
25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2014-cü il tarixli 09/11-551 nömrəli əmri; - Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 232/1 nömrəli, xx.xx.2023cü il tarixli 232/3 nömrəli, xx.xx.2023-cü il tarixli 232/4 nömrəli, xx.xx.2023-cü il tarixli 232/5 nömrəli, xx.xx.2023-cü il tarixli 232/6 nömrəli, xx.xx.2023-cü il tarixli 232/7 nömrəli arxiv arayışları; - “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-13622/2023 nömrəli qərarı; - Gədəbəy Rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-46/2-85/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 228503/3/23 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-160xx/xx/2024 nömrəli imtina məktubu; - Gədəbəy Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 5-44/2-M-60/2-060/2/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-62372/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş cədvəl; - Məhkəməninm sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-44/2-246/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-134639/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ona xx.xx.2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 715,00 manat qulluq stajına görə əlavəsi 173,96 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, yüksəkliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 143,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 238,33 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 71,50 manat olmaqla orta aylıq əmək haqqı 1421,79 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 9 ay 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1421,79 manat) 76,25 faizi-1084,12 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.
30. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixlərdə cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 160xx/xx/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında sözügedən Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 5.7-ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanıb. Sözügedən dövrdə müraciətində göstərdiyi "vəzifə maaşının 1,1 misli həcmində əlavə" mövcud olmadığından ona ödənilməyib. Bununla əlaqədar, həmin əlavənin pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
31. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qismən qanuni və əsaslı hesab edir.
32. Belə ki, iddiaçının hazırki iddia tələbi 3 hissədən ibarətdir: 1) 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövrün sosial sığorta stajına daxil edilməsi; 2) Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində ona pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğin əsas götürülməsi; 3) “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin pensiya təminatında nəzərə alınması.
33. Məhkəmə iddia tələbinin 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1996-cı il tarixdə 153 nömrəli sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.1999-cu il tarixdə 160 nömrəli sərəncamla həmin vəzifədən azad edilib Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında ümumi şöbə müdiri (hazırda sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi adlanır) vəzifəsinə təyin olunmuşdur. xx.xx.2003-cü il tarixdə 128 nömrəli sərəncamla "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq 1-ci dərəcə Dövlət Qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2014-cü il tarixdə 77 nömrəli sərəncamla həmin vəzifədən azad olmuşdur. xx.xx.2014-cü il tarixdə 09/11-551 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2016-cı il tarixdə 09/18-501 nömrəli əmrlə həmin vəzifədən azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə 39 nömrəli əmrlə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə 36 nömrəli əmrlə həmin vəzifədən azad olunub, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Qaradağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə 168 nömrəli əmrlə yaşa görə pensiyaya çıxdığına görə həmin vəzifədən azad olunmuşdur.
34. Lakin, iddiaçının əmək kitabçasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Gədəbəy rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini-Ünvanlı Sosial Yardım və sosial müavinətlər sektorunun müdiri vəzifəsinə xx.xx.2014-cü il tarixdə təyin olunmağı barədə işə girmə əmrinin tarixi səhv olaraq əmək kitabçasında xx.xx.2014-cü il tarixi kimi qeyd olunmuşdur. Halbuki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17- 1/2-62372/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək pensiya kapitalı qeydə alınmışdır.
35. Digər tərəfdən iddiaçının əmək kitabçasında 1999-cu ildə "Yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərinə uyğun olaraq sərəncam verib vəzifələrin adı dəyişən zaman sərəncamlar arasında 23 gün fərq yaranmışdır. Lakin, iddiaçının 1999cu ildə əmək haqqı alması barədə cədvəldə onun həmin ildə işləməsi öz təsdiqini tapsa da, ona pensiya təyinatı aparılarkən 53 gün az əmək staji hesablanmışdır.
36. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilərək, onun 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövr onun sosial sığorta stajına daxil edilməlidir.
37. İddia tələbinin Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində ona pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğin əsas götürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin olunmalıdır.
38. Belə ki, Gədəbəy Rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-46/2- 85/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixinə Gədəbəy rayonunda əhali sayı 100807 (bir yüz min səkkiz yüz yeddi) nəfər olmuşdur.
39. Həmçinin, məhkəmənin sorğusuna Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-44/2-246/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gədəbəy RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin vəzifə maaşı Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1611 nömrəli Fərmanı ilə 730 (yeddi yüz otuz) manat məbləğində müəyyən edilmişdir.
40. Göründüyü kimi, "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı əhalisinin sayı 100 mindən çox olan sütunda yerləşmişdir. Gədəbəy rayonu üçün şöbə müdirinin əsas əmək haqqı iddiaçıya pensiya təyin olunan tarixdə 730 manat olmuşdur. Lakin buna baxmayaraq cavabdeh orqan pensiya təyinatı apararkən bunu 715 manat qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin həmin hərəkəti qanunsuz olmuşdur.
41. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin pensiya təminatında nəzərə alınması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
42. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.
43. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir.
44. Həmin Qanunun 1.0.19-cu maddəsinə əsasən əmək haqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əmək haqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır.
45. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 2-ci hissəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında sözügedən Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 5.7ci bəndinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən dövlət məvacibi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar (pensiya təyinatı tarixinədək) nəzərə alınır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar" müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
48. Eyni zamanda həmin qərarda təsbit olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
49. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı təqdim etdiyi xx.xx.2009xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqına uyğun hesablanıb. Sözügedən dövrdə iddiaçının müraciətində göstərdiyi "vəzifə maaşının 1,1 misli həcmində əlavə" mövcud olmadığından ona ödənilməyib. Bununla əlaqədar, həmin əlavənin pensiyasına tətbiq edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
50. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində İddiaçı pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğin əsas götürülməsi, onun 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı 30 iyun 1999-cu il tarixdən 23 iyul 1999-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləyərək əmək haqqı aldığı dövr onun sosial sığorta stajına daxil edilməklə və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin vəzifə maaşının ştat cədvəlində iddiaçıya pensiya təyin edilən vaxt mövcud olmuş 730 manat məbləğ əsas götürülməklə, İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 01 mart tarixli 1611 nömrəli “Dövlət qulluqçularının əmək haqlarının artırılması” haqqında Fərmanın 1-ci maddəsinin 1.1 bəndində göstərilən dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavənin İddiaçı pensiya təminatında nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva