Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-801/2022 31.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X15) qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli 20 nömrəli qərarının X9 aid hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 11.12.2007-ci il tarixli, 2-363/2007 saylı qətnaməsi ilə mərhum X2 miras qalmış Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən, ümumi sahəsi 100.8 kv.m, yaşayış sahəsi 45.4 kv.m, koməkçi sahəsi 55.4 kv.m, torpaq sahəsi 0.25 ha olan miras mülkü vərəsələr arasında bərabər hissələrə bölünmüş, vərəsələr X12, X16, X10, X5, X6, X11 və iddiaçı X3 düşən 1/11 hissə hesabı ilə 7/11 miras mülkdən düşən hissə iddiaçı X1 verilmiş və 7/11 hissə üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 25.02.2009-cu il tarixli, 2(042)-56/2009 saylı qətnaməsi ilə Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən ümumi sahəsi 100.8 kv.m, yaşayış sahəsi 45.4 kv.m, köməkçi sahəsi 55.4 kv.m, torpaq sahəsi 0.25 ha olan miras mülkün hərrac yolu ilə satılması, paya düşən hissələrin qiymətləndirilib 7/11 hissə İddiaçı qızna 1/11 hissə X9 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən, ümumi sahəsi 136.6 kv.m olan fərdi yaşayış evinin 8/11 hissəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış, 3/11 hissə isə açıq saxlanılmışdır. Lakin həmin çıxarışda miras mülk olaraq iddiaçının mülkiyyət hüququ üzərində tanınmış 0.25 ha torpaq sahəsi qeyd edilməmişdir (çıxarışda torpaq sahəsi kimi 0.0229 ha bələdiyyə mülkiyyəti qeyd edilmişdir). Hansı ki, məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsi miras əmlak olaraq qiymətləndirilmiş və iddiaçının həmin torpaq sahəsi üzərində də 8/11 hissə mülkiyyət hüququ tanınmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə dair cavabdeh X7 adına kadastr planı tərtib edilmişdir. Belə ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan 0.25 ha torpaq sahəsinin 8/11 hissəsinin ona verilmiş ********** qeydiyyat nömrəli, 06.07.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışda öz əksini tapmaması, bu səbəbdən çıxarışda düzəlişlər aparılması barədə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə onun mülkiyyət hüququ tanınmış həmin 0.25 ha torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli. 20 nömrəli qərarı ilə X7 adına verilmişdir. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli. 20 nömrəli qərarı ilə Gədəbəy rayonu. Yenikənd kəndində X7 adına 1644.22 kv.m və 1156.76 kv.m həyətyanı torpaq sahələri ayrılmış, həmin torpaq sahələrinə dair keçmiş DT və XK tərəfindən AN-087735 və AN-087736 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri hazırlanmışdır. İddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002ci il tarixli, 20 nömrəli qərarının X9 aid olan hissədə ləğv edilməsi barədə ərizə ilə DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin onun müraciətilə bağlı müsbət qərar qəbul edilməmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda mübahisələndirilən torpaq sahəsi Gədəbəy rayon Məhkəməsinin 2- 363/2007-ci il tarixli qətnaməsi əsasında miras əmlak kimi bölünmüşdür. Həmin sahə iddiaçının atasının olduğuna görə islahat zamanı yalnız Bakirə verilə bilməzdi, ona görə də islahatın nəticəsi ləğv edilməlidir. Üçüncü şəxs X15 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, həmin sahə islahatdan əvvəl də onun istifadəsində olmuşdur, hazırda da istifadə edir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli 20 nömrəli qərarı ilə 0.25 ha torpaq sahəsi X9, X13, X14, X4, X8 verilmiş və həmin qərar əsasında qeyd olunan şəxslərin adına 02.03.2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli 20 nömrəli qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxdığına görə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-801/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-801/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver