Məhkəmə qərarları › İş №2-1(114)-805/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-805/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-805/2025 04.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək anası X4 qulluq etdiyi dövrün və xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Kolibri” kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" İstehsal Kommersiya şirkətindəki əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. Doğum haqqında xx.xx.1959-cu il tarixli İ-ИE 722682 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 644 nömrə ilə qeyd edilmişdir. X1, anası X5r.

3. xx.xx.1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Azəristilik Təchizat İdarəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X8, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Kür” Kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" İstehsal Kommersiya şirkətində işləmişdir.

4. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)- 1452/2012 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı 10 fevral 2000-ci il tarixdən 05 may 2012-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar sərbəst özünü idarə edə bilməyən anası X4 qulluq etməsi faktı müəyyən edilmişdir.

5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-84777/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın (qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən şəxslər) sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.2000-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək X4 qulluq etdiyi dövrlər də nəzərə alınmaqla) 24 il 6 ay 11 gün təşkil edir. Məlumat üçün bildirilir ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "Kolibri" kiçik müəssisəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" İstehsal Kommersiya şirkətində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "Kolibri" kiçik müəssisəsinin və xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" İstehsal Kommersiya şirkətinin arxiv sənədləri X10 filialına təhvil verilmədiyindən sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi mümkün hesab edilməyib. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq ona xx.xx.2023cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-1712//1/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Kolibri” kiçik müəssisəsində və xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" istehsal kommersiya şirkətində işləməsi, əmək haqqı alıb-almaması barədə sorğusuna cavab olaraq bildirilir ki, “Kolibri” kiçik müəssisəsinin və "xxxx" istehsal kommersiya şirkətinin arxiv sənədləri X10 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmadı.

7. Məhkəmənin sorğusuna Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-23/2-179/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" İstehsal Kommersiya Şirkəti (sonradan "xxxx" İstehsal-Kommersiya) xx.xx.1996-cı il tarixdən Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət reyestrində “Kolibri” kiçik müəssisəsinə dair məlumat mövcud deyildir. Bununla yanaşı, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə onu maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq statistik identifikasiya kodun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyi xahiş olunur.

8. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-20393/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “Kolibri” kiçik müəssisəsi adlı hüquqi şəxsin qeydiyyata alınması barədə heç bir məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirlir ki, "xxxx" İstehsal-Kommersiya Şirkəti olmasına baxmayaraq şirkətin möhüründə adının "xxxx" İstehsal-Kommersiya Şirkəti olduğu aşkar edilmişdir. "xxxx" İstehsal-Kommersiya Şirkəti isə vergi xx.xx.1993-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında uçota alınmışdır.

9. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-45959/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-G-xx-xx/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, elektron uçot məlumat bazasına əsasən "xxxx" İstehsal-Kommersiya Şirkətinin (VÖEN: **********) fəaliyyəti hal-hazırda aktiv vəziyyətdədir. Şirkətin hüquqi ünvanı AZ2008, Gəncə şəhəri, Zülfü Hacıyev, ev 69C-dir. II. Məhkəmədə icraat

10. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, anasına baxdığı 2012-ci ildən 2022-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 03 oktyabr 2012-ci il tarixli 2(043)-1452/2012 saylı qətnaməsi ilə İddiaçı 10 Fevral 2000-ci il tarixdən 05 may 2012-ci il tarixdə qədər xəstəliyi ilə əlaqədar sərbəst özünü idarə edə bilməyən anası X4 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilmişdir. Qeyd edir ki, o, anasına 10 fevral 2000-ci il tarixdən 2022-ci ilə qədər anası xəstə olduğu üçün o, anasına evində baxmışdır, anası özünü idarə edə bilmirdi, qulluğa ehtiyacı vardı, ona görə də o neçə illər anasına qulluq etmişdir, onu teztez çimizdirirdi, anasının qulluğunda durmuşdur, işləyə bilməmişdir. sıənim əmək kitabçasına əlavə etməyi DSMF-na xahiş etsə də, DSMF xahişini nəzərə almamışdır. DSMF onun anasına qulluq etməyinin 2012-ci ilə qədər əmək stajına yazmışdır, lakin o, 2022-ci ilə qədər yəni vəfat edənə qədər anasına baxmışdır. DSMF-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, "əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. O, anasına qulluq etdiyi, yəni baxdığı illərin əmək kitabçasına yazılmasını istəyir, yəni 2000-ci ildən 2022-ci ilə qədər buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2012ci il tarixdən xx.xx.2022-ci il tarixədək anası X4 qulluq etdiyi dövrün və xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Kolibri” kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" İstehsal Kommersiya şirkətindəki əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməklə xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.

24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.1959-cu il tarixli İ-ИE 722682 nömrəli şəhadətnamə; - xx.xx.1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)- 1452/2012 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-84777/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-1712//1/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Dövlət Statistika Komitəsi Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-23/2-179/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-20393/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-45959/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-G-xx-xx/2024 nömrəli cavab məktubları.

Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-84777/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın (qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən şəxslər) sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.2000-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək X4 qulluq etdiyi dövrlər də nəzərə alınmaqla) 24 il 6 ay 11 gün təşkil edir. Məlumat üçün bildirilir ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "Kolibri" kiçik müəssisəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" İstehsal Kommersiya şirkətində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "Kolibri" kiçik müəssisəsinin və xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" İstehsal Kommersiya şirkətinin arxiv sənədləri X10 filialına təhvil verilmədiyindən sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi mümkün hesab edilməyib. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq ona xx.xx.2023cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

29. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini qismən əsassız hesab edir.

30. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

34. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

36. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

37. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

38. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması da məhkəmə araşdırması ilə toplanmış sənədlərlə öz təsdiqini tapmışdır.

39. Belə ki, iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Azəristilik Təchizat İdarəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X8, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Kür” Kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" İstehsal Kommersiya şirkətində işləmişdir.

40. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(043)- 1452/2012 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı 10 fevral 2000-ci il tarixdən 05 may 2012-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar sərbəst özünü idarə edə bilməyən anası X4 qulluq etməsi faktı müəyyən edilmişdir.

41. Həmin əmək fəaliyyəti dövrlərindən əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.2000-ci il tarixdən xx.xx.2012-ci il tarixədək X4 qulluq etdiyi dövrlər də nəzərə alınmaqla) 24 il 6 ay 11 gün sığorta stajı mübahisə olunmadan qəbul edilmişdir.

42. Cavabdeh orqan tərəfindən mübahisə olunan və iddiaçının sosial sığorta stajı kimi qəbul edilməyən dövr onun xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "Kolibri" kiçik müəssisəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" İstehsal Kommersiya şirkətində işlədiyi əmək fəaliyyəti dövrü və xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək anası X4 qulluq etdiyi dövrdür.

43. Cavabdehin iddiaçının həmin əmək fəaliyyəti dövrlərini qəbul etməməsinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "Kolibri" kiçik müəssisəsinin və xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" İstehsal Kommersiya şirkətinin arxiv sənədləri X10 filialına təhvil verilmədiyindən sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir.

44. Məhkəmə qeyd edir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

45. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X13) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.

48. İddiaçı da xx.xx.1994-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək "xxxx" İstehsal Kommersiya şirkətində işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. Həmin müəssisə iddiaçının işlədiyi dövrdə də, hazırda da mövcud olmuş, fəaliyyət göstərmişdir.

49. Qeyd olunan hal isə iddiaçının həmin dövrdə "xxxx" İstehsal Kommersiya şirkətində işlədiyini bir daha sübut edir.

50. Ona görə də, cavabdeh orqan həmin dövrün iddiaçının sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır.

51. Məhkəmə iddia tələbinin xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Kolibri” kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

52. Belə ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyini qeyd etdiyi “Kolibri” kiçik müəssisəsi adlı hüquqi şəxsin mövcudluğu və həmin dövrlərdə fəaliyyət göstərməsi iş materialları ilə müəyyən edilməmişdir.

53. Məhkəmənin sorğusuna Dövlət Statistika Komitəsi Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-23/2-179/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət reyestrində “Kolibri” kiçik müəssisəsinə dair məlumat mövcud deyildir.

54. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-20393/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən “Kolibri” kiçik müəssisəsi adlı hüquqi şəxsin qeydiyyata alınması barədə heç bir məlumat aşkar edilməmişdir.

55. Göründüyü kimi, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyini qeyd etdiyi “Kolibri” kiçik müəssisəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi üçün həmin müəssisənin həqiqətən mövcud olması və iddiaçının orada əmək fəaliyyəti ilə məşğul olması tələb olunur ki, iş materiallarında bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün deyildir.

56. Məhkəmə iddia tələbinin xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək anası X4 qulluq etdiyi dövrün sığorta stajına daxil edilməsi hissəsini də əsaslı saymır və bu mövqeyini onunla əsaslandırır ki, X9 vəfat etdiyindən iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək anası X4 qulluq etməsi faktının müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmalıdır, hazırkı vəziyyətdə isə iddiaçının belə bir sənədi yoxdur.

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;...

58. Belə olan halda məhkəmə hesab edir ki, həmin dövr də onun sosial sığorta stajına daxil edilə bilməz.

59. Buna baxmayaraq, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il (24 il 6 ay 11 gün+10 il 11 ay 13 gün) sosial sığorta stajını toplamışdır.

60. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

61. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

62. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə:

63. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Bulaq-B (V)” İstehsal Kommersiya şirkətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək anası X4 qulluq etdiyi dövrün və xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Kolibri” kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar