Məhkəmə qərarları › İş №2-1(114)-809/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-809/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-809/2022 21.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə qarşı cavabdehin N1.09.N0N1-ci il tarixli, NN nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsi və hərbi qulluqçulara verilmiş birdəfəlik pul təminatının verilməsinin bərpası tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin N1.09.N0N1-ci il tarixli, NN nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsi və hərbi qulluqçulara verilmiş birdəfəlik pul təminatının verilməsinin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 10.0N.N0NN-ci il tarixli məhkəmə iclasında buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim etmiş, Məhkəmənin 10.0N.N0NN-ci il tarixli qərardadı ilə əmrdən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbindən göründüyü kimi tələb iki hissədən: əmrin ləğvi və hərbi qulluqçulara verilən birdəfəlik pul təminatının verilməsinin bərpası hissələrindən ibarət olmuşdur. Məhkəmənin N1.04.N0NN-ci il tarixli qərardadı ilə tələb ikinci hissədə, yəni, hərbi qulluqçulara verilmiş birdəfəlik pul təminatının verilməsinin bərpasına dair hisədə mümkün sayılmamışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AR MN N nömrəli hərbi hissə komandirinin N5.08.N0N1-ci il tarixli, N51 nömrəli əmri əsasında Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müalicəyə göndərilmişdir. Hipertonik kriz. Hipertoniya xəstəliyi, 1-ci mərhələ. Serebrovaskulyar xəstəlik nəticəsində 1-ci mərhələ xroniki dissikulyator ensefaloptiya.Tranzitor böyrək çatışmazlığı diaqnozu ilə müalicə olunduqdan sonra N nömrəli hərbi hissənin komandirinin N1.09.N0N1-ci il tarixli, N78 nömrəli əmri ilə öz vəzifələrinin icrasına başlamışdır. N5.08.N0N1-ci il tarixdən N1.09.N0N1-ci il tarixədək göstərilən diaqnoz ilə Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş XN bölməsində müalicə keçdiyi dövrdə N nömrəli hərbi hissə komandirinin N1.09.N0N1-ci il tarixli, NN saylı əmri ilə ona «töhmət» elan edilmişdir. Töhmətlə bağlı onu bildirir ki, töhmətə səbəb əmrdə göstərildiyi kimi, 01.09.N0N1-ci il tarixdə keçirilmiş «çöl çıxışlarının təşkili və məşğələlərin» keçirilməsində buraxılmış nöqsanlar olmuşdur. Həmin dövrdə isə o Bakı şəhərində Baş Klinik Hospitalında müalicədə olmuş, buna sübut N nömrəli hərbi hissə komandirinin onun müalicəyə göndərilmə və vəzifəsinin icrasına başlamağı barədə əmrləri, epikrizdən çıxarışları vardır. N4.11.N0N1-ci il tarixdə tərəfindən N nömrəli hərbi hissə komandirinə raport yazaraq ona Müdafiə Nazirinin müavini - X4 N1.09.N0N1- ci il tarixli, NN nömrəli əmrinə əsasən «Çöl çıxışların təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsinə zəif nəzarət etdiklərinə görə» «Töhmətin» verilməsi onun Hospitalda müalicədə olduğu dövrdə olduğu üçün müvafiq tədbirin görülməsi barədə N nömrəli hərbi hissə komandirinə, komandanlığa raportla müraciət etməsini xahiş etmiş, raportuna əsasən vəsatət qaldırılsa da, vəsatət. cavabsız qalmışdır. Müdafiə Naziri müavinin 143 saylı əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19.10.N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” əsasnamə ilə ona birdəfəlik pul mükafatının verilməsi dayandırılmışdır. Qeyd olunan əmrlərin qanunsuz olduğu üçün ona təyin olunmuş birdəfəlik pul təminatı verilməlidir. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin NN.3-cü maddəsi). Məhkəmə araşdırmasını predmetini X4 143 nömrəli, 31.1N.N0N1-ci il tarixli Əmrindən çıxarış, Müdafiə Nazirliyinin Baş X3 bölməsinin N0.09.N0N1-ci il tarixli, 58N4 nömrəli çıxarış epikrizi, N nömrəli hərbi hissə komandirinin N nömrəli, N1.09.N0N1-ci il tarixli əmri, N4.11.N0N1-ci il tarixli raport, N nömrəli hərbi hissənin komandirinin N51 və N78 nömrəli, N5.08.N0N1 və N1.09.N0N1-ci il tarixli əmrlərindən çıxarışlar, iddiaçıya məxsus MN ******* nömrəli vəsiqə təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 3N.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı əsaslıdır. Müdafiə nazirinin X1 31.1N.N0N1-ci il tarixli, 143 nömrəli əmrindən çıxarışdan görünür ki, “N0N1-ci tədris ilində qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrini vicdanla yerinə yetirməsinə və nöqsansız intizamlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatının ödənilməsi haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin 19.10.N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin N7.1-ci və N7.5.1-ci yarımbəndlərinə əsasən Quru qoşunları və tabeliyində olan birlik birləşmə və hərbi hissədə N0N1-ci ildə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasında nümunəvi xidmət göstərdiklərinə, xidməti vəzifələrini vicdanla yerinə yetirdiklərinə görə birdəfəlik pul mükafatı ödənilməsi barədə əmr qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N1.09.N0N1-ci il tarixli, NN nömrəli əmrinə əsasən 01.09.N0N1-ci il tarixdə N nömrəli hərbi hissənin N-ci bank taborunun N-cı tank bölüyü və N nömrəli hərbi hissənin N-ci tank taboru ilə çöl çıxışlarının təşkili və məşğələlərin keçirilməsi yoxlanılmış və həmin yoxlamanın nəticəsində iddiaçı polkovnik İddiaçı töhmət elan edilmişdir. Müdafiə Nazirliyinin Baş XN bölməsinin N0.09.N0N1-ci il tarixli, 58N4 nömrəli çıxarış epikrizində göstərilmişdir ki, İddiaçı NN.08.N0N1-ci il tarixdə daxil olmuş, N0.09.N0N1-ci iil tarixdə yazılmışdır. Hipertonik kriz. Hipertoniya xəstəliyi, 1-ci mərhələ. Serebrovaskulyar xəstəlik nəticəsində 1-ci mərhələ xroniki dissikulyator ensefaloptiya.Tranzitor böyrək çatışmazlığı diaqnozu ilə hospitalda müalicə olunmuş və 1N.09.N0N1-ci il tarixdə xəstəlliyi ilə əlaqədar olaraq ona 15 gün müddətinə məzuniyyət verilmişdir. N4.11.N0N1-ci il tarixdə iddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə yazılmış verilmiş raportdan görünür ki, idiaçı N nömrəli hərbi hissə komandirinin N5.08.N0N1-ci il tarixli N51 nömrəli nizami hissə üzrə əmrinə əsasən Silahlı Qüvvələrin Baş Klinik hospitalına müalicə və müayinəyə getmiş, N1.09.N0N1-ci il tarixli N78 nömrəli nizami hissə üzrə əmrinə əsasən müalicədən qayıtdığı halda X4 N1.09.N0N1- ci il tarixli, NN nömrəli əmrinə əsasən «Çöl çıxışların təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsinə zəif nəzarət etdiklərinə görə» «Töhmət» ilə cəzalandırılmışdır. N nömrəli hərbi hissə komandirinin N5.08.N0N1-ci il tarixli, N51 nömrəli nizami hissə üzrə əmrdən çıxarışa əsasən iddiaçı əsasən Silahlı Qüvvələrin Baş Klinik hospitalına müalicə və müayinəyə getmiş və N nömrəli hərbi hissə komandirinin N1.09.N0N1-ci il tarixli, N78 nömrəli nizami hissə üzrə əmrdən çıxarışa əsasən müalicədən qayıtmış və vəzifəsinin icrasına başlamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə N1.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə N1.N. qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə N4.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə N4.N. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə N1.4. inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə NN.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə NN.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə N7.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə N7.N. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə N7.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə işin yuxarıda şərh olunan faktiki əsasən bu nəticəyə gəlir ki, mübahisələndirilən inzibati aktın (N1.09.N0N1-ci il tarixli, NN nömrəli əmr) qəbul edilməsinə əsas 01.09.N0N1-ci il tarixində, N nömrəli həbi hissənin N-ci tank taborunun Ncı tank bölüyü və N nömrəli həbi hissənin N-ci tank taboru ilə çöl çıxışlarının təşkili və məşğələlərin keçirilməsinin yoxlanılması zamanı çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı keçirilməsinə zəif nəzarət edilməsi olsa da, işin faktiki hallarıyla müəyyən edilir ki, iddiaçı həmin vaxt Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə inzibati akt qəbul olunarkən göstərilən hallar araşdırılmamış, nəticədə cavabdeh tərəfindən qanunsuz inzibati akt qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır(İPM-nin N8.N-ci maddəsi). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə qarşı cavabdehin N1.09.N0N1-ci il tarixli, NN nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsi barədə iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N8-N9, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə Komandirinin N1.09.N0N1-ci il tarixli, NN nömrəli əmri İddiaçı aid olan hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti N5N) apelyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar