Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-812/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1959-cu il tarixdə Goranboy rayonun Faxralı kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarında “Çini qablar” “Farfor” zavodunun 178 nəfər işçisinə torpaq sahəsinin verilməli olduğu qeyd edilmişdir. Həmin zavodun arxiv sənədləri, həmçinin idarə və müəssisələrin vətəndaşlara torpaq sahəsinin ayrılması haqqında adlı siyahılar X6 filialına təhvil verilməmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin 3 nömrəli MRTTT Bağçılıq üzrə təsdiq olunmalı siyahısında iddiaçının da qeyd olunmuşdur. İddiaçıya Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokolqərarından çıxarışa və “Farforist” BYB HT-nin xx.xx.1988-ci il tarixli 02 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 2725 nömrə ilə uçota alınmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X8 ərizə ilə cavabdehə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubu ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək bildirilmişdir ki, aparılan araşdırma zamanı “Farforist” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahələrinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri XDS-nin İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı protokola əsasən, bağçılıq təsərrüfatlarının inkişafı üçün Gəncə şəhərinin qərb hissəsindən 98 ha torpaq sahəsi ayrılmışdır. “Farforist” BYB HT-nin xx.xx.1988-ci il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçıya ayrılıb verilmişdir. Hüquqmüəyyənedici sənədlərə əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə iddaçı müraciət edərək, xx.xx.2012-ci il tarixli 2725 nömrə ilə uçota alınmış A№418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin torpaq sahəsi ayrılan vaxtdan iddiaçının daimi istifadəsindədir. İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-800/2023 nömrəli etirazını təqdim etmiş, etirazda imtinanın əsasları təkrarlanmış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10, 9, 23,12, 2, 11-ci maddələrinə istinad edilmişdir. Üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişlər. İddiaçının və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının naturada təqdim etdiyi, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 474.0 kv.m, habelə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsi, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaq sahələridir. Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirib-dəyişdirilməməsi barədə, idarənin elektron baza materialları və arxiv sənədlərində məlumat aşkarlanmadı. Əraziyə baxış keçirilərkən, naturada təqdim olunan 474.0 kv.m faktiki sahənin 360 kv.m hissəsi A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 400 kv.m torpaq sahəsində yerləşir. Məhkəmə iclasında iştirak etmiş Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı 74 kv.m torpaq sahəsini artıq istifadə edir. Mütəxəssis rəyi tərtib edilən zaman həmin torpaq sahəsi üzərində heç kimin hüquqları qeydə alınmamışdır. Şəhər üzrə islahat keçirilmədiyi üçün rəy hazırlanarkən 2016-cı ildə tərtib edilmiş bazaya istinad edilmişdir. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 10/6003 nömrəli ekspert rəyi də mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 11 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 0,04 ha. torpaq sahəsi ayrılmış, bununla bağlı xx.xx.2012-ci il tarixdə A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsünü tərtib edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. A seriyalı 418133 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunmuş 400 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərci “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X2, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-812/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-812/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver