Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-815/2020 11.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, iddiaçı İsgəndərov Tapdıq Abbasəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin onun adına qeydiyyata alınması və plan ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı İsgəndərov Tapdıq Abbasəli oğlu iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 1083 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsinin ona verilməsi, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,onun müraciəti əsasında Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 1383 nömrəli sərəncamı ilə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi nəzərə alınmaqla Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsində ona fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək müvafiq sərancamla ona verilmiş yuxarda qeyd olunan torpaq sahəsinin qeydə alınması və plan ölçü sənədinin verilməsini xahiş etmişdir. Lakin, inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi bunu etməkdən imtina etdiyinə görə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsi ilə bağlı 2-1(083)- 1222/2019 nömrəli inzibati işə hakim Kənan Vəliyevin sədrliyi ilə xx.xx.2019-cu ildə baxılmış, iddiasına baxılması mümkün sayılmayaraq ona izah olunmuşdur ki, torpaq sahəsinin qeydə alınması və plan ölçü sənədinin verilməsi tələbi ilə cavabdeh orqana müraciət etməklə plan ölçü sənədinin verilməsini tələb edilə bilər. Məhkəmənin həmin qərardadına əsasən o, yenidən ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə xx xxxxxx 2019-cu il tarixdə müraciət edərək müvafiq sərancamla ona verilmiş yuxarda qeyd olunan torpaq sahəsinin qeydə alınmasını və plan ölçü sənədinin verilməsini xahiş etsə də, cavabdeh orqan hüquq müəyyənedici sənəd təqdim edilməməsini əsas gətirərək ərizəsinin icrasının mümkün olmaması barədə ona xx.xx.2019-cu il tarixli, **********27 saylı imtina məktubu göndərmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş materialları araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçı hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(114)-478/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-478/2019 nömrəli qərardadında iddia tələbinin mümkünlük şərtlərinin yoxlanılması zamanı işin faktiki halı kimi müəyyən edilmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(83)-1409/2016 nömrəli qərarı ilə iddiaçı İsgəndərov Tapdıq Abbasəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 1(83)-1222/2019 nömrəli qərarı ilə iddiaçı İsgəndərov Tapdıq Abbasəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «Torpaq sahəsinin plan və ölçüsü» sənədinin verilməsi tələbinə dair iddiası mümkünsüz sayılmışdır. Həm qərar həm də qərardaddan apelyasiya şikayəti verilməmiş, qərar və qərardad qanuni qüvvəsini almışdır. Belə olan halda eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hazırda da iddiaçı tərəfindən mümkün sayılmayan iddia tələbi və ona əlavə edilmiş sənədlər heç bir dəyişiklik və ya hər hansı bir əlavə edilmədən yenidən verildiyindən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı İsgəndərov Tapdıq Abbasəli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin onun adına qeydiyyata alınması və plan ölçü sənədinin verilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-815/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-815/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver