Məhkəmə qərarları › İş №2-1(114)-815/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-815/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-815/2024 19.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və Şəmkir rayonu Keçili Bələdiyyəsi) torpaq sahəsinin konfiqurasiya və yerinin faktiki naturada istifadə etdiyi torpaq sahəsinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-085A “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 ha torpaq sahəsinin konfiqurasiya və yerinin məntəqəsinin torpaqları kateqoriyasına aid faktiki naturada istifadə etdiyi torpaq sahəsinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə ona Yuxarı Keçili(hazırda Keçili) kəndi ərazisindən 0,08 ha torpaq sahəsi verilmiş, lakin şəhadətnamə faktiki naturada istifadə etdiyi torpaq sahəsinə deyil, mərhum valideynlərinə verilmiş torpaq sahəsinə verilmişdir. Cavabdeh orqana torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmiş, lakin cavabdeh orqan müayinə keçirmiş və onun faktiki torpaq sahəsinin başqa ərazidə yerləşdiyindən onun müraciətinə imtina edilmişdir. Yenidən cavabdeh orqana müraciət edərək torpaq sahəsinin konfiqurasiya və yerinin məntəqəsinin torpaqları kateqoriyasına aid faktiki naturada istifadə etdiyi torpaq sahəsinə uyğunlaşdırılmasını xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasını əsassız hesab edir və məhkəmədən JN-085A “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 ha torpaq sahəsinin konfiqurasiya və yerinin məntəqəsinin torpaqları kateqoriyasına aid faktiki naturada istifadə etdiyi torpaq sahəsinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-815/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-815/2024 nömrəli qərardadı ilə Şəmkir rayonu Keçili Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 19 dekabr 2024-cü il tarixı təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, JN- 085A “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 ha torpaq sahəsinin konfiqurasiya və yeri ilə, faktiki naturada yerləşən torpaq sahəsinin konfiqurasiyası və yeri arasında uyğunsuzluq mövcuddur. Belə ki, sənədlərdə qeyd olunan torpaq sahəsi, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən 615 metr aralı kəndin digər hissəsində tamamilə ayrı konfiqurasiyadadır. Qeyd edilən torpaq sahəsi başqa vətəndaş tətəfindən istifadə edilməklə , üzərində istixana talvar qurğusu inşa edilmişdir. Torpaq sahəsi elektron baza xəritəsinə bələdiyyə mülkiyyətində olan yararsız ərazi kimi, yeni uçot xəritəsində isə yaşayış məntəqəsinin torpaqları kimi göstərilmişdir.Həmçinin torpaq sahəsinin 0,1571 ha hissəsi 110 KV-luq yüksək gərginlikli elektrik xəttinin, 0,017 ha hissəsi isə 10 KV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd edilənləri əsas gətirən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-M-04xx-xx/2023 nömrəli məktubdan görünür ki, JN-085A “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 ha torpaq sahəsinin konfiqurasiya və yeri ilə, faktiki naturada yerləşən torpaq sahəsinin konfiqurasiyası və yeri arasında uyğunsuzluq mövcuddur. Belə ki, sənədlərdə qeyd olunan torpaq sahəsi, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən 615 metr aralı kəndin digər hissəsində tamamilə ayrı konfiqurasiyadadır. Qeyd edilən torpaq sahəsi başqa vətəndaş tətəfindən istifadə edilməklə , üzərində istixana talvar qurğusu inşa edilmişdir. Torpaq sahəsi elektron baza xəritəsinə bələdiyyə mülkiyyətində olan yararsız ərazi kimi, yeni uçot xəritəsində isə yaşayış məntəqəsinin torpaqları kimi göstərilmişdir.Həmçinin torpaq sahəsinin 0,1571 ha hissəsi 110 KV-luq yüksək gərginlikli elektrik xəttinin, 0,017 ha hissəsi isə 10 KV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. iddiaçının cavabdeh orqana müraciətinə müsbət cavab verilməmişdir. İş materiallarına əlavə edilmiş JN-085A saylı şəhadətnamədən müəyyən olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə İddiaçı Şəmkir rayonu Yuxarı Keçili kəndinin ərazisindən 0,08 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3- 40/2-2279/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN- 085A “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 ha torpaq sahəsi İddiaçı və digərlərinin faktiki istifadəsində olan 0,2144 ha torpaq sahəsinin koordinatlar ilə üst-üstə düşür. Həmin sahə 0,0723 hektardır. JN-085A “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,08 ha torpaq sahəsi yerləşmə mövqeyi faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlar ilə üst-üstə düşür. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla üçüncü şəxs qismində cəlb edilmiş X1 istifadəsindədir və sonuncu torpaq sahəsinin üzərində istixana quraşdırmışdır. Bundan əlavə müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının müraciəti əsasında torpaq sahəsi müayinə edilmiş və sənədlərdə qeyd olunan torpaq sahəsi, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən 615 metr aralı kəndin digər hissəsində tamamilə ayrı konfiqurasiyada olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və Şəmkir rayonu Keçili Bələdiyyəsi) torpaq sahəsinin konfiqurasiya və yerinin faktiki naturada istifadə etdiyi torpaq sahəsinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar