Məhkəmə qərarları › İş №2-1(114)-815/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-815/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-815/2025 09.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «adın siyahıya daxil edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı «adın siyahıya daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək İ Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin adlı siyahısına adının əlavə edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Qurdlar kəndindən məcburi köçkün düşmüşdür. Bu səbəbdən ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu, Şelli Qurdlar kənd sakinlərindən ibarət könüllü dəstə ilə birlikdə 1990-cı ildən 1992-ci ilin mart ayına kimi kəndlərin düşməndən müdafiə edilməsində iştirak etmişdir. Sonuncu dəfə Xocalı faciəsi zamanı Şelli-Qaraqaya-Əskəran istiqamətində olan döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlər zamanı iriçaplı silahlardan güllə yarası almış və Gəncə şəhərində yerləşən hərbi hospitalda 35-40 gün yataraq müalicə almışdır. Bu barədə müvafiq epikrizi vardır. Həmçinin ANS TV –nin əməkdaşları tərəfindən çəkilmiş video kadrlar da mövcuddur. Bu səbəbdən adının İ Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin siyahıya salınması üçün cavabdeh orqana müraciət etsə də, bundan imtina olunmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı məhkəmə tərəfindən olunan hüquqi yardıma əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək adının İ Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin adlı siyahısına əlavə edilməsi üçün Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 4.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, İddiaçı məqsədi İ Qarabağ döyüşlərində iştirak etdiyi üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsindən ibarətdir. Məhz bunun üçün adının həmin döyüşlərdə iştirak etmiş şəxslərin adlı siyahısına əlavə edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan isə imtina edərək bildirmişdir ki, sözügedən dövrə dair Cavabdehndə hər hansı sənəd mövcud deyil. Həmçinin məhkəmənin sorğusuna əsasında Cavabdeh bildirmişdir ki, özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak edənlərin post kitabları müddətin bitməsi ilə əlaqədar Dövlət Arxivinə təhvil verilmişdir. Göründüyü kimi mövcud mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Çünki, İ Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünün qorunması uğrunda yaradılmış özünümüdafiə dəstələri ilə bağlı adlı siyahı tərtib edilmiş və saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmişdir. Hazırda həmin siyahıya hər hansı şəxsin adının əlavə edilməsi cavabdeh orqanın səlahiyyətlərindən kənar bir məsələdir. Bu səbəbdən də hazırki mübahisənin inzibati mübahisə olaraq məhkəmə müstəvisində həlli inzibati prosessual qanunveiricilik baxımından yolverilməzdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçının döyüşlərdə iştirakını təsdiq edən sübutlarla birgə müvafiq olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi onun çatmaq istədiyi məqsədə nail olmağın ən alternativ yoludur. Hansı ki, belə bir müraciət edilmiş və həmin qurumun xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının müraciətinə komissiyanın müraciətində baxılıb nəticəsi barədə məlumat veriləcəkdir. Bütün bu halları sistemli təhlil edən məhkəmə hesab edir ki, tələbi mümkünlük şərtlərinə cavab vermir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı «adın siyahıya daxil edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar