Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-818/2020 07.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X1 Ermənistan Respublikası ilə həmsərhəd olan Tovuz rayonu, Əlibəyli kəndində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atılan tank mərmisindən aldığı zərbə nəticəsində həlak olmuşdur. Bu barədə Tovuz rayonu Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında xx.xx.2020-ci il tarixli, 28 nömrəli arayış verilmişdir. Anasının Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atılan tank mərmisi nətcəsində həlak olması, CavabdehBaşçısının Əlibəyli kənd X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 88 nömrəli arayış ilə təstiq olunmuşdur. CavabdehBaşçısının Aparatının Hüquq Şöbəsinin müdiri Svetlana Verdiyevanın imzaladığı 7-13/17 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, X1 xx.xx.1992-ci il tarixdə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən atılan tank mərmisindən aldığı zərbə nəticəsində həlak olmuşdur. Daha sonra həmin məktubda iddiaçıya şəhid ailəsi statusunun alınması məqsədi ilə aydiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, İddiaçı öz ərizəsində qeyd etdiyi kimi, onun anası X1 xx.xx.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atılan mərmi nəticəsində həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təstiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 saylı qərarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri şəhidin arvadı (əri), valideyinləri, 18 yaşına çatmamış və 18 yaşından yuxarı əlil övladları, qardaşları və bacıları - uşaq evində tərbiyyə olunanlar, qanunla onları saxlayan şəxs olmadığı halda babalar və nənənlər, hesab olunurlar. Sənədlərdən göründüyü kimi, İddiaçı anası həlak olanda, onun və digər bacı, qardaşlarının yaşı 18-dən yuxarı olduğu üçün şəhid ailəsi statusu ala bilməyiblər. Ona görədə iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki-mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” (bundan sonra mətndə Qaydalar) 2-ci bəndinə əsasən şəhid ailə üzvləri şəhidin (2.1.1) arvadı (əri), (2.1.2) valideyinləri, (2.1.3) 18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları, (2.1.4) qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar, (2.1.5) babaları və nənənləri (qanunla onları saxlayan şəxs yoxdursa) hesab olunur. (2.1.6) 2.1.3 və 2.1.4 bəndələrində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2-ci bəndinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının anası X1 həlak olanda iddiaçının yaşı 18-dən yuxarı olduğuna görə onun şəhid ailəsi statusu almaq üçün subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80. maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı şəhid ailəsi statusunun verilməsinin Cavabdehnə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usamədin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-818/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-818/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver