Məhkəmə qərarları › İş №2-1(114)-819/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-819/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-819/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 11 saylı X6) qarşı (üçüncü şəxs xxxx” ASC) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MMC cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 11 saylı X3rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxs “xxxx” ASCnin adına tərtib olunmuş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin mülkiyyətində olan Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, 160 saylı ünvanda yerləşən yanacaq doldurma məntəqəsi hərrac yolu ilə “xxxx” ASC-nin mülkiyyətinə keçirilmişdir. Lakin DƏDRX-nin 11 saylı X6 tərəfindən mülkiyyət hüququna dair çıxarış tərtib olunarkən ciddi pozuntuya yol verilmişdir. Belə ki, qeyri-yaşayış binası 21.4 kv.m-dir və girov olaraq yalnız qeyri-yaşayış binası qoyulmuş, lakin cavabdeh orqan üçüncü şəxsin adına mülkiyyət hüququna dair çıxarış tərtib edərkən 0.0776 ha torpaq sahəsinə və qeyri yaşayış binasına bütövlükdə mülkiyyət hüququna dair çıxarış tərtib etmişdir. Halbuki satış predmeti yalnız girov qoyulmuş qeyri-yaşayış binası olmuşdur. Bununla da cavabdeh üçüncü şəxsin adına tərtib etmiş olduğu çıxarışla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək qeyd olunan yanlışlığın aradan qaldırılması və çıxarışın ləğv olunmasını xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Üçüncü şəxs xxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi bank qanuni əsaslarla mübahisəli sahəyə mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2007-ci il tarixli, ********* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində 0.0776 ha torpaq sahəsində yerləşən 160 nömrəli 3 girişli, 21.4 kv.m ümumi, 17.8 kv.m əsas, 3.6 kv.m köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə “xxxx” MMC-nin adına dövlət reyestrində qeydiyyata alınmışdır. -Hərracın Yekunları barədə xx.xx.2019-cu il tarixli, 31/02 nömrəli Protokolundan görünür ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində 0.0776 ha torpaq sahəsində yerləşən 160 nömrəli 3 girişli, 21.4 kv.m ümumi, 17.8 kv.m əsas, 3.6 kv.m köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binası (YDM) hərracda “xxxx” ASC tərəfindən əldə edilmişdir. -xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində 0.0776 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası torpaq sahəsi ilə birlikdə “xxxx” ASC-nin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “xxxx” MMC Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.0776 ha torpaq sahəsini deyil, həmin sahədə yerləşən qeyri-yaşayış sahəsini ipoteka ilə yüklülüyünə razılıq vermiş, eləcə də, keçirilmiş hərrac zamanı yalnız Şəmkir şəhəri, Səməd Vurğun küçəsində 0.0776 ha torpaq sahəsində yerləşən 160 nömrəli birmərtəbəli qeyri-yaşayış binası (YDM) “xxxx” ASC tərəfindən əldə edilmişdir. Lakin cavabdeh orqan hərracın yekunları barədə protokolla müəyyənləşmiş yeni mülkiyyətçinin (“xxxx” ASC-nin) hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alarkən qeyri-yaşayış binası ilə yanaşı, əmlakın yerləşdiyi torpaq sahəsini də tam şəkildə Bankın adına dövlət qeydiyyatına almışdır. Göründüyü kimi cavabdeh orqan qeyri-yaşayış binasını onun fəaliyyətini təmin edən hissədən kənarda qalan torpaq sahəsi ilə birlikdə “xxxx” ASC-nin adına dövlət reyestrində qeydiyyata alaraq “xxxx” MMC-nin mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin əmlakla bağlı xx.xx.2019-cu il tarixli, ********** nömrəli hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatı ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Şəmkir şəhəri, Səməd Vurğun küçəsində 0.0776 ha torpaq sahəsində yerləşən 160 nömrəli 3 girişli, 21.4 kv.m ümumi, 17.8 kv.m əsas, 3.6 kv.m köməkçi sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına dair “xxxx” ASC-nin adına aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar