Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-82/2020 29.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 və vəkil X1, Cavabdeh nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X11) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx xxxxxx 2015-ci il tarixli, 1318 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2015-ci il tarixli, 1318 saylı sərəncamı ilə Gəncə şəhəri, N.Nərimanov prospekti 44 nömrəli binanın qarşı tərəfində yerləşən 5,0 kv.m ticarət sahəsindən ibarət mağazanın iş üzrə 3-cü şəxs X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bu sahə əvvəllər iddiaçının istifadəsində olmuşdur və onun evinə bitişik bir yerdir. İddiaçı həmin yerdə tikdirdiyi tikilinin ətrafında alkapanla işlər görüb tikilinin ətrafını normal formaya salmış, yerə daşlar döşətmişdir. Keçmiş İcra Hakimiyyəti Başçısı Elmar Vəliyev tərəfindən iddiaçının tikilisi uçuruldulmuş, sonradan polis işçiləri ilə iş üzrə üçüncü şəxs uçurulmuş yerə gəlib ona bildirmişlər ki, bu yeri ona veriblər. İddiaçı buna etiraz etsə də faydası olmamışdır. İddiaçı indiyə kimi iş üzrə 3-cü şəxsə tikinti aparmaq üçün verilmiş sərəncamı əldə edə bilməmişdir. 3-cü şəxsin tikilisinə görə iddiaçının evində rütubət əksik olmur. Bu yerin 3-cü şəxsə verilməsi onun və ailə üzvülərinin yaşayış şəraitini pisləşdirmişdir. Ona görə də məlum sərəncam məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə iddiaçının prosessual müddətinin üzürlü hesab edilməsi barədə ərizəsi təmin edilmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli obyektə bitişik oğluna məxsus tikilidən əvvəllər yaşamaq üçün istifadə etmiş, o və oğlu orada yaşamışlar, 2015-ci ildən isə qeyri-yaşayış sahəsi kimi icarəyə vermişlər. 2015-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti mübahisəli obyekti Ülvi Ələsgərova vermişdir. Həmin sərəncamı 2019-cu ilin iyul ayında əldə edə bilmişdir. Həmin obyektin onun və yaxud oğlunun adına rəsmiləşdirilməsi üçün əvvəllər heç bir orqana müraciət edilməmişdir. Obyekt yaşayış binansının 1-ci mərtəbəsində yerləşir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin obyekti uzun müddət iddiaçı istifadə etmişdir, həmçinin hazırda başqasının işlətməsi onun hüquqlarını pozur. Cavabdehin nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin mağazanın iddiaçıya heç bir aidiyyəti yoxdur, ona görə də obyektin hər hansı şəxsə verilməsini mübahisələndirmək hüququ yoxdur. Üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 8087 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 1 yaşayış otağından ibarət yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. -X5 müvafiq ərizəsinin surətindən görünür ki, sonuncu Cavabdehndən Gəncə şəhəri, N.Nərimanov prospekti, 44 nömrəli binanın qarşı tərəfində yerləşən 5,0 kvm torpaq sahəsində mağazanın sənədləşməsinə icazə verilməsini xahiş etmişdir. -Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Memarlıq Tikinti şöbəsinin xx.xx.2015ci il tarixli, 233-1 nömrəli məktubunun surətindən görünür ki, X5 müvafiq xahişinə əsasən Gəncə şəhəri, N.Nərimanov prospekti, 44 nömrəli binanın qarşı tərəfində yerləşən 5,0 kvm ticarət sahəsindən ibarət mağazanın rəsmiləşdirilməsi və X4 adına qeydiyyata alınmasının məqsədəuyğun olduğu bildirilmişdir. -Cavabdeh Başçısının xx xxxxxx 2015-ci il tarixli, 1318 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov prospekti, 44 nömrəli binanın qarşı tərəfində yerləşən 5,0 kvm ticarət sahəsindən ibarət mağazanın X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X8 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Başçısının xx xxxxxx 2015-ci il tarixli, 1318 nömrəli sərəncamı ilə Gəncə şəhəri, N.Nərimanov prospekti, 44 nömrəli binanın qarşı tərəfində yerləşən 5,0 kvm ticarət sahəsindən ibarət mağazanın X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır. İddiaçı sözügedən obyektin ona məxsus olmasını iddia etsə də, həmin obyektə dair iddiaçının hər hansı hüquqları müvafiq qaydada qeydə alınmamış, sadəcə deməsinə görə istifadə etmiş, həmçinin həmin obyektin onun adına sənədləşdirilməsi barədə müvafiq orqana müraciət də etməmişdir. Göründüyü kimi cavabdeh orqan həmin obyektin üçüncü şəxs X11 adına sənədləşdirilməsi zamanı iddiaçının mənafeyinə toxunan qanun pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğvi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-82/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-82/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver