Məhkəmə qərarları › İş №2-1(114)-820/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-820/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-820/2023 23.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı qızının cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı (üçüncü şəxs Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, 8 nömrəli qohum evində qeydiyyatı formaldır. O, Göygöl rayonu Füzuli, hazırki Qızılqaya qəsəbəsi 6 saylı evdə ailə üzvləri ilə birlikdə 1986-cı ildən qeydiyyatsız yaşayır. Həmin mənzilin kommunal xərclərini də özü vaxtı-vaxtında ödəmişdir. Həmin evdə qanuni əsasla yaşayır. Həyat yoldaşı, oğlu, gəlini və nəvəsi həmin evdə rəsmi qeydiyyatda yaşamaları yalnız ona görədir. Onları həmin evə ailə üzvləri kimi iddiaçı qeyd etdirmiş, özü isə qeydiyyatı olmadan, yəni faktiki yaşamışdır. Onu həmin evə qanunsuz olaraq neçə illərdir qeydiyyata almamışlar. Həyat yoldaşının, uşaqlarının və nəvəsinin həmin evdə rəsmi qeydiyyata alınmaqla yaşamaları sübut edir ki, onun istənilən vaxt ora qeydiyyata düşmək hüququ olmuşdur və bu gün də var. Həmin evə o Radioyayım, Radioəlaqə və X3 rəisinin göstərişi ilə köçürülmüş və sonradan rəisin əmri ilə şəraiti yaxşılaşdırılaraq əlavə olaraq bir otaqda verilmişdir. Hazırda da həmin iki otaqda və artırmada yaşayırlar. Əvvəllər mənzili işlədiyi idarənin balansında olmuş hazırda isə Mənzil Kommunal İstehsalat Birliyinin balansındadır. Hazırda yaşadığı evə qeydiyyata düşmək istəyir, lakin cavabdeh orqan onun müraciətindən imtina etmişdir. Məhkəmənin şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Göygöl Mənzil Kommunal X4 nümayəndəsi X10 iddianınn təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AZE seriyalı 14086976 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu, Fizuli qəsəbəsində qeydiyyatdadır. - AZE seriyalı 07026886 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Fizuli qəsəbəsində qeydiyyatdadır. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami küçəsi, 9-dön, ev 8 üvnanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qızılqaya qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 117 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ünvan 3üvəqqəti olaraq qeydiyyatsız yaşayır. Göygöl rayon Qızılqaya qəsəbə nümayəndəliyində ev təsərrüfatlarının uçotu kitabında 16 saylı şəxsi hesab vərəqində digər ailə üzvləri alınıb və hal-hazırda həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. - Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal X4 xx.xx.2022-ci il tarixli, 533 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Göygöl rayonu, Fizuli qəsəbəsi 6 saylı mənzildə 1986-cı il tarixdən qeydiyyatsız yaşayır və 1994cü il tarixdən göstərilən ünvanın kommunal borclarını hal-hazıra kimi İddiaçı ödəmişdir. - Göygöl Mənzil Kommunal X4 xx.xx.2023-cü il tarixli, 31 nömrəli məktubdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayırlar. Həmçinin üçüncü şəxs iddiaçının həmin ünvana daimi yaşayış qeydiyyatına alınmasına etiraz etmir. - Azərbaycan Respublikası Göygöl Mənzil Kommunal X4 rəisi tərəfindən təsdiq edilmiş ev kitabçasından çıxarışdan müəyyən olunur ki, Əliyev X12 qəsəbəsində yaşayır. - Cavabdeh xx.xx.2022-ci il tarixli, 163-24709Ə-3222 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ünvan 6 ünvanda qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında 1986-cı il tarixdən qeydiyyatsız qeydiyyatsız yaşayır. İddiaçının qeydiyyatda düşmək arzusunda olduğu mənzil üçüncü şəxsin balansındadır və sonuncu da iddiaçının həmin ünvana daimi yaşayış qeydiyyatına alınmasına etiraz etmir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi cavabdeh orqan yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən yenidən cavabdeh orqana qeydiyyata düşmək ilə bağlı müraciət olunması üçün şərait yaradılmış, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddiaçının Gəncə şəhəri Kəpəz rayonu 3-cü mikrorayon bina 19, mənzil 1-ə qeydiyyata düşməsinə etiraz etməməsinə dair cavabdeh orqana məktub ünvanlamış, lakin cavabdeh eyni əsasla iddiaçının müraciətinin icrasında yenidən imtina etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilməli və İddiaçı ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar