Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-821/2024 18.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 13 yanvar 2022-ci il tarixdən 317,61 manat məbləğində hesablanmışdır.
2. Daha sonra İddiaçı pensiyasının 57 yaşının tamam olduğu 13 yanvar 2019-cu il tarixdən təyin edilərək yenidən hesablanmasını və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, bununla əlaqədar olaraq, əmək pensiyasının xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən yenidən hesablanmış və iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək, iddiaçının pensiya hüququnun yarandığı tarixə (xx.xx.2019-cu il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 50755,96 manat sığorta kapitalı əsasında əmək pensiyası həmin tarixə 9xx.xx.2019-cu il) 222,61 manat (50755,96:228 ay (64 il-57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilmişdir.
3. Daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən iddiaçının əmək pensiyası 315,65 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 362,05 manata çatdırılmışdır.
4. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-223350/3/2023 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən ona 8 dekabr 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 13 yanvar 2022-ci il tarixindən 317,61 manat məbləğində hesablanmışdır. Həmçinin əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 3370,81 manat pul vəsaiti hesablanıb. Həmin 3370,81 manat pul vəsaiti 2022-ci ilin dekabr ayından etibarən pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 il) arasındakı ayların sayı qədər artırılır. Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Sonradan əmək pensiyasının 57 yaşının tamam olduğu 13 yanvar 2019-cu il tarixindən təyin edilərək yenidən hesablanmasını və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyası 4 may 2023-cü il tarixində Qanunun 32.1-1-ci maddəsinə əsasən tərəflərindən xx.xx.2020-ci il tarixindən yenidən hesablanıb. Belə ki, pensiya hüququnun yarandığı tarixə (xx.xx.2019-cu il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 50755,96 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada əmək pensiyası həmin tarixə (xx.xx.2019-cu il) 222,61 manat (50755,96:228 ay (64 il -57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilib. Həmçinin, əmək pensiyası üzrə keçmiş müddət üçün əlavə olaraq ona ödənilməli olan 5428,12 manat pensiya məbləği hesablanmışdır. Həmin 5428,12 manat pensiya məbləği cari ilin may ayından etibarən pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən əmək pensiyası 315,65 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 362,05 manat təşkil edir.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-16031/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən 8 dekabr 2022ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 13 yanvar 2022-ci il tarixindən 317,61 manat məbləğində hesablanmışdır. Sonradan adıçəkilən şəxs əmək pensiyasını 57 yaşının tamamlandığı 13 yanvar 2019-cu il tarixindən təyin edilərək yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ödənilməsi ilə bağlı xx.xx.2023- cü il tarixində müraciət etmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyası 4 may 2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 32.1- 1-ci maddəsinə əsasən tərəfimizdən xx.xx.2020-ci il tarixindən yenidən hesablanıb. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 36 il 4 ay 12 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 4 ay 12 gün (xx.xx.1979xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 11 il), güzəştli iş stajı isə 18 il 4 ay 29 gün (xx.xx.1986xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı əmək stajına dair məlumatların Fondun X1 mütəxəssisi tərəfindən "xxxx" ASC-in “Gəncə Gil-Torpaq” İstehsalat Sahəsində dəqiqləşdirilməsi zamanı adıçəkilən şəxsə 1994-cü il üzrə 1 ay, 1998-ci il üzrə 1 ay, 1999-cu il üzrə isə 4 ay (ümumilikdə 6 ay) əmək haqqı ödənilmədiyi müəyyən edilib. Qeyd edilən fakt "xxxx" ASC-in “Gəncə Gil-Torpaq” İstehsalat Sahəsinin 28 oktyabr 2022-ci il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də, qeyd olunan dövrlər adıçəkilən şəxsin ümumi iş stajına daxil etmək mümkün deyil. Adıçəkilən şəxsə xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18327,63 manat, həmin tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 32428,33 manat olmaqla, cəmi pensiya kapitalı 50755,96 manat təşkil edir. Qanunun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 25 il 4 ay 12 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18327,63 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2019-cu il tarixinə indeksləşdirilərək 32428,33 manat pensiya kapitalı qeydə alınmışdır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən 17943,60 (xx.xx.2006-cı il tarixə olan pensiya kapitalı) + 36546,54 manat (xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2019-cu il tarixə fərdi hesabında olan kapital) olmaqla cəmi 54490,14 manat pensiya kapitalı : 144 =378,40 manat aylıq pensiya və sonrakı illərdəki indeksləşdirmə nəzərə alınmaqla (16.6%, 11.4%, 3.4%+16.67 manat yardım, 14.7%) indeksləşdirilərək 602,05 manata çatdırılmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il tarixdə doğulmuşdur. 01 09.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixə kimi Azərbaycan Politexnik İnstitutunun əlvan metalların metallurgiyası ixtisası üzrə tam kursu əyani təhsil formasında bitirərək, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1986-cı il tarixdən hal-hazıradək fasiləsiz olaraq əmək fəaliyyəti var. İşlədiyi müəssisə Gəncə (keçmiş Kirovabad) “X8” zavodu, sonra Gəncə “Gil-torpaq istehsalat” kombinatı, daha sonra "Azər Alüminium” ASC adlarında fəaliyyət göstərmişdir. İşlədiyi sahələrin hamısı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə, vəzifə və göstəricilərə uyğundur, qanunçuluqda nəzərdə tutulan tələblərə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. İlk olaraq cavabdeh təşkilat ona 60 yaşı tamam olan gündən imtiyazlı iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyası etmişdir. Uzun yazışmadan sonra qanunauyğun olaraq əmək pensiyası güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən təyin olundu. Lakin bu dəfə də hesablama düzgün aparılmamışdır. Cavabdehə dəfələrlə bu barədə müraciəti olsa da öz bildiyini edir, ona görə də məhkəməyə müraciət hüququndan istifadə etmək qərarına gəlmişdir. Belə ki, o, xx.xx.1986-cı il tarixdən fasiləsiz olaraq xx.xx.2005-ci il tarixədək (cəmi 18 il 07 ay 01 gün) yuxarıda qeyd etdiyi müəssisədə müxtəlif vəzifələrdə güzəştli hesab olunan iş sahələrində işləmişdir (imtiyazlı iş stajı haqqında arayış təqdim olunub, pensiya işinə əlavə edilib). Ümumi iş stajı isə xx.xx.2006-cı il tarixədədək 25 il 07 ay 16 gündür, cümlədən güzəştli şərtlərlə 18 il 07 ay 01 gün təşkil edir. Deməli onun xx.xx.2006-cı il tarixə ümumi və xüsusi iş stajı Qanunun tələblərinə uyğun olaraq yetərincədir, güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2019-cu ildən yaranır. xx.xx.2019-cu il tarixdə minimum pensiya 119,76 manat olmuşdur. 01.01 2006-cı il tarixə mövcud iş stajının pensiya kapitalı ilə ifadəsi xx.xx.2019-cu il tarixə 25,58*701,47= 17943,60 pensiya kapitalı edir. xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixə isə fərdi hesabında 36546,54 manat pensiya kapitalı toplanmışdır. Beləliklə, onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən 57 yaşım tamam olduğu xx.xx.2019-cu il tarixdən 17943,60 (xx.xx.2006-cı il tarixə olan pensiya kapitalı) + 36546,54 (xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixə fərdi hesabında olan kapital) 54490,14 manat pensiya kapitalı : 144=378,40 manat aylıq pensiya təşkil edir. Pensiyası sonrakı illərdə (16.6 %, 11.4%, 3.4% +16.67 maddi yardım,14.7%) indeksləşdirilərərk 602,05 manata çatdırılaraq ödənilməlidir
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-223350/3/2023 nömrəli məktubla iddiaçıya verilmiş cavabda onun əmək pensiyasının 04 may 2023-cü il tarixdə qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablandığı və keçmiş dövr üzrə pul vəsaitinin əmək pensiyasının üzərinə əlavə edilərək ödənildiyi bildirilmişdir. Bildirilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən iddiaçının əmək pensiyası 315.65 manat, 29.1-ci maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar 362,05 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixdə kişilər üçün 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Sözügedən Qanunun 32.1-1 -ci maddəsinə əsasən "əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bildiririk ki, iddiaçı sonradan əmək pensiyasının 57 yaşının tamam olduğu 13 yanvar 2019-cu il tarixdən təyin edilərək yenidən hesablanmasını və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi ilə bağlı müraciət etmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası 4 may 2023-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanmışdır. Belə ki, iddiaçının pensiya hüququ yarandığı tarixə (xx.xx.2019-cu il) onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 50755,96 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hesablanaraq iddiaçının əmək pensiyası həmin tarixə (xx.xx.2019-cu il) 222,61 manat (50755.96:228 ay (64 il - 57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Həmçinin, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün əlavə olaraq ona ödənilməli olan 5428,12 manat pensiya məbləği hesablanmışdır. Həmin 5428,12 manat pensiya məbləği cari ilin may ayından etibarən iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci ıl tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub- olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinın fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Belə olan halda, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının "Əmək pensiyaları haqqında" Qanuna əsasən yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.
18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etiraz və etirazda əlavədə qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-223350/3/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-16031/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 13 yanvar 2022-ci il tarixdən 317,61 manat məbləğində hesablanmışdır. Daha sonra İddiaçı pensiyasının 57 yaşının tamam olduğu 13 yanvar 2019-cu il tarixdən təyin edilərək yenidən hesablanmasını və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, bununla əlaqədar olaraq, əmək pensiyasının xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən yenidən hesablanmış və iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək, iddiaçının pensiya hüququnun yarandığı tarixə (xx.xx.2019-cu il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 50755,96 manat sığorta kapitalı əsasında əmək pensiyası həmin tarixə 9xx.xx.2019-cu il) 222,61 manat (50755,96:228 ay (64 il-57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən əmək pensiyası 315,65 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 362,05 manata çatdırılmışdır.
23. İddiaçı pensiyasının düzgün hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-223350/3/2023 nömrəli məktubla müraciətindən imtina edilmişdir.
24. Hazırda iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən 17943,60 (xx.xx.2006-cı il tarixə olan pensiya kapitalı) + 36546,54(xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı xx.xx.2019-cu il tarixə fərdi hesabında olan kapital) olmaqla cəmi 54490,14 manat pensiya kapitalı : 144 =378,40 manat aylıq pensiya və sonrakı illərdəki indeksləşdirmə nəzərə alınmaqla (16.6%, 11.4%, 3.4%+16.67 manat yardım, 14.7%) indeksləşdirilərək 602,05 manata çatdırılmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş edir.
25. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixdə kişilər üçün 64 yaş) arasındakı ayların sayı qədər artırılır.
27. Sözügedən Qanunun 32.1-1-ci maddəsinə əsasən "əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”.
28. Hazırki işdə iddiaçı əmək pensiyasının 57 yaşının tamam olduğu 13 yanvar 2019-cu il tarixdən təyin edilərək yenidən hesablanması və keçmiş dövr üzrə pul vəsaitinin müəyyən edilərək ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası 4 may 2023-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən yenidən hesablanmışdır.
29. Belə ki, iddiaçının pensiya hüququ yarandığı tarixə (xx.xx.2019-cu il) onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 50755,96 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hesablanaraq iddiaçının əmək pensiyası həmin tarixə (xx.xx.2019-cu il) 222,61 manat (50755.96:228 ay (64 il - 57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilmişdir.
30. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci ıl tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir.
32. Eyni zamanda, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18327,63 manat, həmin tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 32428,33 manat olmaqla cəmi pensiya kapitalı 50755,96 manat təşkil edir.
33. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
34. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
35. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 25 il 4 ay 12 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18327,63 manat müəyyən edilmişdir. İddiaçının həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2019-cu il tarixinə indeksləşdirilərək 32428,33 manat pensiya kapitalı qeydə alınmışdır. Ümumilikdə iddiaçının pensiya kapitalı 50755,96 manat təşkil edir.
36. Həmin kapital - 50755,96 manat məbləğ iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyinə görə (maddə 45) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına bölünmüşdür ki, həmin müddət 228 ay təşkil etmişdir.
37. Yəni, iddiaçı pensiya kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayı kimi 144-ə bölünməsini tələb etsə də, cavabdeh orqan qanunvericinin göstərişinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayının üzərinə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayları da gələrək (iddiaçının pensiya hüququ əldə etdiyi dövr xx.xx.2019-cu il tarix olduğundan həmin dövrdə kişilər üçün pensiya yaş həddi 64 yaş olmuşdur) iddiaçının pensiya kapitalını 228 aya (64 il - 57 il=84 ay+144 ay) bölərək, pensiya məbləğini müəyyən etmiş və daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən pensiyanın məbləğini 315,65 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 362,05 manata çatdırmışdır.
38. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
39. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva