Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-822/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh etibarnamə üzrə nümayəndələri X5 və X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Cavabdehnə xx.xx.2019-cu il tarixli ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi barədə müraciətinin cavablandırılmasında ifadə olunan hərəkətsizliyinin qanunsuz sayılması, cavabdehin üzərinə 1997-2005-ci illər üçün istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-3099/2019 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə 1997-2003-cü illər üçün istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildən 2008-ci ilədək Azərbaycan Respublikasının Cavabdeh Baş X3 nəzdində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektlərinin X3 X6 dəstəsində gəmi komandiri kimi zabit vəzifəsində xidmət etmişdir. Xidmət dövründə o, növbəti məzuniyyətlərdən istifadə etməmişdir. Dəfələrlə xidmət dövründə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi ilə bağlı cavabdeh quruma müraciət etsə də, cavab almamış, xx.xx.2018-ci il tarixdə müraciətinə cavabdehin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müraciətinə müvafiq qaydada baxılacağı bildirilsə də, cavab olmadığından, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenidən bununla bağlı müraciət etmişdir. Lakin, hazıradək ona heç bir cavab verilməmişdir. Hesab edir ki, cavabdehin müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyi qanunsuz sayılmaqla, onun üzərinə istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensiyasının ödənilməsi vəzifəsi qoyulmalıdır. O, əvvəllər hərbçi kimi digər silahlı qüvvələrdə xidmət etmiş və həmin qurumlardan istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləğlərini tam almışdır. 1997-ci ilin yanvar ayından 2008-ci ilədək Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidmətində zabit kimi xidmət aparmışdır. Xidmət apardığı illərdə 1997, 1998, 1999, 2000, 2001, 2002 və 2003-cü illər üçün məzuniyyətə buraxılmamışdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbində əsaslandırıcı norma olaraq həbi qulluqçulara şamil edilən normativ sənədlərə istinad edilir. Halbuki, iddiaçı FHN-də xidmət etdiyi dövrdə hərbi qulluqçu statusunda olmamışdır. O, DİN-nin, daha sonra isə 2005-ci ildən etibarən FHN-nin xüsusi rütbəli əməkdaşı olmuşdur və bu şəxslərin əmək münasibətləri ilə əlaqədar məsələlər hərbi qulluqçulara dair sənədlərlə deyil, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu və Əmək Məcəlləsi ilə tənzimlənir. İddiaçının tələbinin mahiyyətini təşkil edən istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya ödənilməsi məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144cü maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində isə qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının 2008-ci ildə xidmətdən azad edildiyini və işdən çıxma ilə bağlı son haqq-hesabını da həmin dövrdə almış olduğunu nəzərə alsaq, o, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda, iddiaçının işdən çıxdığı 2008-ci ildən etibarən qeyd olunan məsələ ilə bağlı DYMX-nə bir neçə dəfə müraciət etdiyini, habelə ona yazılan cavab məktublarının qeydiyyat tarixini nəzərə alsaq, o, məhkəməyə müraciət hüququnu çoxdan itirmişdir. İddiaçının xidmət etdiyi şöbə tərəfindən verilən məlumata əsasən İddiaçı 2004 və 2005ci illərin məzuniyyətindən istifadə etmiş, digər illərə görə məzuniyyətdən isə yazılı qaydada müraciət etməklə könüllü olaraq özü imtina etmişdir. İddiaçı FHN-nin yaradılması tarixini də nəzərə almamışdır. Belə ki, FHN Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 1182 nömrəli Sərəncamı əsasında yaradılmışdır və əvvəlki dövrlərə dair pul tələblərinin FHN tərəfindən ödənilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 digər nümayəndə ilə eyni məzunda izahat verdi və tələbin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Göründüyü kimi iddia ərizəsində iddiaçı tərəfindən 1997-2003-cüillərüzrəistifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbiirəlisürülmüşdür. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia, yəni öhdəliyin icrası haqqında iddiadır və inzibati prosessual qanunvericilikdə hazırki iddianın qaldırılması üçün hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət şəxsin hüququnun inzibati orqan tərəfindən pozulduğunu iddia etdiyi zaman qüvvədə olan mülki-prosessual və əmək qanunvericiliyində nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan inzibati orqanın hərəkətiszliyi İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl olmuşdur. Yəni iddiaçı ilə əmək hüquq münasibətlərinə xitam verildiyi tarix xx.xx.2006-cı il olmuş, hazırkı iddia tələbində iddiaçı 1992-2006-cı illər üzrə orqan tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 1. maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 34. maddəsinə əsasən Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 2.3. maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qullu ğunun xüsusi növüdür. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 1. maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.3. maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məccəlsinin 296. maddəsinin 4. bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi dövlət qulluğu haqqında qanunun müddəlarına əsasən qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək qanunvericiliyində isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi nəzərdə tutulub. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. İddiaçının iddia ərizəsində qeyd olunduğu və iş materiallarına əlavə olunan məhkəmə aktlarından da göründüyü kimi ilkin müraciəti məhz 2018-ci ildə olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsitələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-822/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-822/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver