Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-822/2021 20.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********956800 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən çörək bişirmə sexini və “Bərəkət” kafesini icarə müqaviləsi əsasında işlədir. xx.xx.2020-ci il tarixdə qeyd olunan çörək bişirmə sexində və kafedə vergi orqanının əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və vergi orqanının xx.xx.2020-ci il tarixli **********1783 nömrəli qərarı ilə 1000 (bir min) manat, **********1785 nömrəli qərarı ilə 6000 (altı min) manat, **********1787 nömrəli qərarı ilə 1000 (bir min) manat, **********1796 nömrəli qərarı ilə 4000 (dörd min) manat, xx.xx.2020-ci il tarixli **********1899 nömrəli qərarı ilə 3000 (üç min) manat olmaqla cəmi 1500 (on beş min) manat cərimə olunması barədə qərar çıxarılmışdır. Bundan sonra iddiaçı qeyd olunan qərarlardan yuxarı vergi orqanına inzibati şikayət vermiş və Dövlət Vergi Xidməti tərəfindən şikayət qismən təmin edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1783, **********1785, **********1787 və **********1796 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmış, xx.xx.2020-ci il tarixli VN seriyalı 002737 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1899 nömrəli qərar 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qərar 1000 (bir min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********956800 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən inzibati şikayətlə ləğvini istədiyi qərarların ləğv olunması barədə iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır, iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Eyni zamanda mübahisələndirmə haqqında iddia qaldırmazadan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu səbəbdən iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********956800 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrindən Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati şikayətlər qismən təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1783, **********1785, **********1787 və **********1796 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmış, xx.xx.2020-ci il tarixli VN seriyalı 002737 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1899 nömrəli qərar 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qərar digər hisədə, yəni 1000 (bir min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, məhkəmənin elektron informasiya sistemində olan məlumatdan görünür ki, iddiaçı inzibati şikayətlə ləğvini istədiyi qərarların ləğv olunması barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(114)-2082/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, eləcə də iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Göründüyü kimi iddiaçı məhkəmə qaydasında mübahisələndirdiyi vergi orqanının xx.xx.2020-ci il tarixli **********1783 nömrəli, **********1785 nömrəli, **********1787 nömrəli və **********1796 nömrəli, xx.xx.2020-ci il tarixli **********1799 nömrəli qərarlarından sonradan yuxarı vergi orqanına- Dövlət Vergi Xidmətinə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli inzibati şikayətlər vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: -barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; -barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); -şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). -32.3-cü maddəsinə əsasən ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. İddiaçı tərəfindən qaldırılmış iddia növünə görə mübahisələndirmə haqqında iddia hesab edilir. İnzibati Prosessual Məcəllənin 32.3-cü maddəsinin məzmunundan görünür ki, şikayət instansiyasının qərarı öhdəlik yaratdığı halda mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********956800 nömrəli qərarında isə əksinə iddiaçının vəziyyətini yüngülləşdirən nəticəyə gəlinmişdir. Belə ki, həmin qərarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1899 nömrəli qərar (hansı ki, həmin qərarla iddiaçıya 3000 (üç min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir) 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qərar digər hisədə, yəni 1000 (bir min) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, şikayət instansiyasının mübahisələndirilən qərarı iddiaçı üçün əlavə öhdəlik yaratmamış, əksinə mövcud vəziyyətini yüngülləşdirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-822/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-822/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver