Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-823/2020 25.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bərdə rayon Çələbilər Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Ədliyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi və X10) qərarın və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, X32, X16, X11, X17, X2, X18, X8, X38, X33, X34, X19, X4, X27, X9, X28, X20, X21, X22, X12, X29, X13, X23, X24, X14, X25, X1, X35 və X26 xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bərdə rayon Çələbilər Bələdiyyəsinin xx.xx.2003-cü ildə 04 saylı iclas qərarı və xx.xx.2003-cü il tarixli icarə müqaviləsi ilə heyvandarlığın inkişafı məqsədilə 7.0 ha örüş torpaq sahəsinin 25 il müddətinə X5 icarəyə verilməsi barədə qərarının, eləcə də icarə müqaviləsinin ləğv edilməsi və Bərdə rayon Çələbilər Bələdiyyəsinin ehtiyyat fonduna qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, X10 2003-cü ildən həmin sahədən istifadə edir, 2013-cü ildə onlara məlum olmuşdur ki, həmin sahə Çələbilər kəndinin ərazisidir, qərarla verilmiş sahə 0,29 hektardır, onun 0,7 ha hissəsi Çələbilər kəndinin ərazisinə aiddir. Üçüncü şəxs X3 vəkili X6 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı kimi qeyd olunan şəxslərin əksəriyyəti iddianı müdafiə etmirlər, adları formal yazılmışdır, digərləri isə iddiaçının qohumlarıdır. Təmsil etdiyi şəxs qanuni əsaslarla sahəni icarəyə götürmüşdür, ona görə də həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq digər iddiaçılar, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bərdə rayon Çələbilər Bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 08 nömrəli iddia ərizəsinə münasibətdə qeyd edilmişdir ki, iddia tələbinə heç bir etirazları yoxdur. Üçüncü şəxslər Ədliyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 2-301 nömrəli iddia ərizəsinə münasibətdə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Bərdə rayon Çələbilər Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı iclas qərarı və xx.xx.2003-cü il tarixli icarə müqaviləsi ilə heyvandarlığın inkişafı məqsədilə 7.0 ha örüş torpaq sahəsi 25 il müddətinə X5 icarəyə verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Bərdə rayon Çələbilər Bələdiyyəsinin xx.xx.2003-cü ildə 04 saylı iclas qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Həmçinin qeyd edilməlidir ki, tələbin “icarə müqaviləsinin ləğv edilməsi” hissəsi inzibati məhkəmə icraatının pretmeti deyildir. Odur ki, hazırki halda qeyd olunan iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bərdə rayon Çələbilər Bələdiyyəsinə qarşı qərarın və icarə müqaviləsinin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-823/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-823/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver