Məhkəmə qərarları › İş №2-1(114)-827/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-827/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-827/2020 24.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı ödənilməmiş Prezident təqaüdünün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixədək ödənilməmiş Prezident təqaüdünün birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində müxtəlif rayonların ərazilərində döyüşlərdə iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərkən mərmi partlaması nətcəsində kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri almış, uzun müddət müalicələr aldıqdan sonra 1995-ci il tarixdə hərbi xidmətdən xəstəliyə görə əlil kimi ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1211 nömrəli Qərarında qeyd olunmuşdur ki, xəstəliyinin səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin X6 Komissiyasının xx.xx.2019-cu il tarixli 411000AACZY saylı rəyi ilə onun əmək qabiliyyətinin olmadığı müəyyən edilmiş və ona hərbi xidmət vəzifələrinin icrası zamanı yaralanmağı ilə əlaqədar olaraq 2-ci qrup müharibə əlilliyi verilmişdir. İddiaçı hesab edir ki, 1994-cü ilin fevral ayında döyüş əməliyyatları zamanı aldığı hərbi travma səbəbindən əlil olduğuna görə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanının qüvvəyə mindiyi xx.xx.2008-ci il tarixdən ona əlillik təyin edilərək ödənilməmiş təqaüdün birdəfəlik ödənilməlidir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin yanvar ayınadək 14 saylı X2 işləmiş, ona görə pensiya hüququ yarandığı vaxt həmin hüquqdan istifadə etməmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, X6 Komissiyasında sonuncu müayinəyə dair məlumatda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyin ilkin təyinat tarixi xx.xx.2019-cu il tarixdən müəyyən edildiyi üçün iddiaçıya həmin tarixdən Prezident təqaüdü təyin edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus xx.xx.2000-ci il tarixli, 039462 nömrəli vəsiqənin surətindən görünür ki, sonuncuya xx.xx.2000-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1211 nömrəli Qərarından görünür ki, İddiaçı xəstəliyinin səbəbi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -X6 Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlillik verilmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixədək ödənilməmiş Prezident təqaüdünün birdəfəlik ödənilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1211 nömrəli Qərarında iddiaçının 1994-cü ilin fevral ayında aldığı xəsarətlər “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi məyyən edilmiş və X6 Komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq qərarı ilə ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Bundan sonra iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməyə başlanılmışdır. İddiaçı qeyd olunan təqaüdün verilməsinə əsas olmuş Fərmanın qüvvəyə mindiyi tarixdən xx.xx.2019-cu il tarixədək ona ödənilməmiş təqaüdün ödənilməsini tələb etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Fərmanın 2.1-ci hissəsində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir. -4-cü hissəsində qeyd olunmuşdur ki, bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi haqında xx xxxxx 2019-cu il tarixli 639 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə preambulada “əlil olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmiş və Fərmanın 2019-cu il aprelin 1-dən tətbiq edilməsi qeyd olunmuşdur. Qeyd olunan normanın məzmunundan aydın olur ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanının 2019-cu il aprelin 1-dək qüvvədə olan redaksiyasında əlilliyi müəyyən edilmiş müharibə əlili deyil, ümumiyətlə müharibədə əlil olan şəxslər nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə əlillik təyin edilərkən artıq əlilliyin yaranma səbəbləri 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədarbaş verməsi müəyyən edilmiş və iddiaçının əlilliyinin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə” qeydi ilə xx.xx.2019-cu il tarixdə şəhadətləndirilməsi onun əlilliyinin yaranma əsaslarını, tarixini və səbəbini dəyişdirməmişdir. Odur ki, cavabdehin iddiaçıya ödənilən Prezident təqaüdünün əlillik dərəcəsinin verildiyi gündən etibarən ödənilməsi ilə bağlı arqumenti əsassızdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyə görə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş Prezident təqaüdünün birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyə görə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş Prezident təqaüdünün birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Şəmkir rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar