Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-83/2024 29.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X19 (bundan sonra mətndə iddiaçılar) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 fərdi yaşayış evinə dair X9 adına verilmiş Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X11 adına verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı qeydin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və həmin ərizə xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1714/2023 nömrəli qərardadla icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X18 üçüncü şəxs qismində iş üzrə icraata zəruri qaydada cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Məlahət Zeynalabdı qızına, əri X22 və uşaqlarına qarşı “evdən çıxarılma” tələbinə dair iddia qaldırmış, o isə qarşılıqlı iddia ərizəsi ilə çıxarışın ləğv edilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. İddiaçı X12 iddiasını onula əsaslandırmışdır ki, ünvan 1 fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh Müşfiq Vəliyev onun qardaşı oğludur, sonuncu evə başqa şəxsləri gətirərək qanuna zidd hərəkətlər etdiyindən birgə yaşamağı qeyri mümkündür. Həmin evi adına rəsmiləşdirdikdən sonra evdən çıxmağımızı tələb etsə də, biz evdən çıxmamış və nəticədə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. ünvan 1 fərdi yaşayış evi 1960-cı ildə onun qaynatası X13 nənəsi Xanım tərəfindən tikilmişdir. Belə ki, qaynatası Vəli Vəliyevin nənəsinin həmin mübahisəli evin yaxınlığında evi olmuş, həmin ev satılmış və ünvan 1 ünvanda iki otaq tikilmiş, həmin ev iki hissəyə bölünərək qaynatası X16 və qaynatasının qardaşı olan X10 verilmişdir. Qaynatasının qardaşı olan X17 və qaynatası X21 özlərinin yaşadığı bir otaqlı evdə yaşayaraq evlənib ailə qurmuş və Məmməd Vəliyev öz ailəsi ilə 1974-cü il tarixədək orada yaşamışdır. Cavabdeh X18 həmin mübahisəli ev tikilən zaman Rusiya Federasiyasında hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra Rusiya Federasiyasında Rusiya vətəndaşı ilə ailə qurmuş və ailə qurduğu xanımla 1974-cü ildə Gəncə şəhərinə qayıtmış, qaynatasının qardaşı X4 Vəliyev qayıtdıqdan sonra özünün yaşadığı bir otaqlı evi sonuncuya verərək 1974-cü ildə öz ata evinə yaşamaq üçün getmişdir. Cavabdeh X18 1974-cü ildən ünvan 1 fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin evin digər bir otaqlı hissəsində isə qaynatası X21 ailə üzvləri ilə birlikdə yaşamışlar. O, 2005-ci ildə X23 ilə ailə qurduqdan sonra həmin mübahisəli mülkə gəlin gəlmiş və hal-hazırda həmin mübahisəli mülkdə uşaqları ilə birlikdə yaşayır. Lakin qaynatası sağlığında həmin mübahisəli mülkün onun yaşadığı hissəsində bir sıra tikinti işləri apararaq evi böyütmüşdür. Eyni zamanda cavabdeh Polad Vəliyevin yaşadığı evdə qaynatasının qardaşı Məmməd Vəliyev də 1974cü ilədək yaşadığı dövrdə bir sıra tikinti işləri apararaq evi böyütmüşdür. Onlarla cavabdeh Polad Vəliyevin yaşadığı ev iki hissəyə hələ 1960-cı ildən bölünərək giriş-çıxış yolları ayrılmışdır. O, gəlin gələn zaman onlarla cavabdehin işıq, qaz, su xətti ayrı olaraq hərə öz kommunal xərclərini ödəmişdir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinin 21 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eksiz-layihəsinə əsasən hal-hazırda ünvanı ünvan 3i olmadan inşa edilmiş ümumi sahə 305.0 kvm, o cümlədən yaşayış sahəsi 150.6 kvm, zirzəmi 39.0 kvm, həyət tikilisi 37.4 kvm, talvar 128.5 kvm tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. X14 Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0.07 ha torpaq sahəsində yerləşən tikili “A”-da 113.6 kvm altı yaşayış otaqları, 88.5 kvm köməkçi sahə, 39.0 kvm y/zirzəmi, tikili “B”-də 33.4 kvm iki yaşayış otaqları, 60.8 kvm köməkçi sahə, tikili “C”-də 16.7 kvm hamam, tikili “Ç”-də 20.7 kvm hamam, tikili “T1”-də 128.5 kvm talvar) xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin 26 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokoluna baxıldığını və X5 adı həmin protokolda aşkar edilmədiyi bildirilmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, X12 onların və öz yaşadığı ünvan 1 fərdi yaşayış evinə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən saxta sənədlə çıxarış almışdır. Halbuki, X1 şəhəri Stalin adına kolxozda işləmədiyi bir vaxtda, hətta 1959-cu ildə 19 yaşı olmaqla hərbi xidmətdə olduğu bir dövrdə həmin mübahisəli evə mülkiyyət hüququnu saxta sənədlə əldə etməsi bir daha təsdiq olunur. O, X2 sənədlə ünvan 1 fərdi yaşayış evinə dair texniki pasport və çıxarış alaraq mülkiyyət hüququnu qanunsuz əldə etməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi göndərmişdir. İş üzrə məhkəmə baxış iclası 29 mart 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumat verilmiş, İddiaçı1 məhkəmə iclasına gəlmiş, lakin digər iddiaçı və üçüncü şəxs gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 3440/2023 nömrəli etirazda qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır. Araşdırma zamanı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışın qanunvericiliyin tələbləri nəzərə alınmaqla verildiyi müəyyən edilmişdir. Belə ki, Kirovabad şəhər Bağmanlar qəsəbəsi “Stalin” adına kolxozun xx.xx.1959-cu il tarixli, 2 saylı ümumi iclas protokulundan çıxarış, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport və Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş tikililərin qeydiyyata alınması haqqında xx.xx.2013-cü il tarixli, 943 saylı sərəncamına əsasən, X9 adına qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, **********72-10301 reyestr nömrəli hüquqların Dövlə: qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hesab olunmuşdur ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq vericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Bununla yanaşı, iddia tələbindən göründüyü kimi iddiaçılar X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin etibarsız olduğunu etmişdilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsınin 2 2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarında izah olunmuşdur kr, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri pövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfincdlən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Ftespublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindər irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin“İnzibativəmülkinüquqmünasibətlərindənirəligələnmübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin əsasında aparılmışdırsa, bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Cavabdeh orqan iddia tələbini qəbul etməyərək bildirmişdir ki, müvafiq əmlaka dair hüquqmüəyyənedici sənədlər qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş və dövlət reyestrindən verilmiş çıxarış qanuni əsaslarla verilmişdir. Cavabdeh orqan hesab edir ki, iddiaçıların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinın 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazını bildirərək, iddianın rədd edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 X14 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. -iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X9 yaşayış yeri ünvan 6-dür. -iş materiallarına əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il, 943 nömrəli Sərəncamı ilə ünvan 6 ünvanında yerləşən X14 məxsus torpaq sahəsində razılaşdırılmış layihə sənədi əsasında inşa edilmiş ümumi sahə - 305,0 kv.m, o cümlədən yaşayış sahəsi – 150,6 kv.m, zirzəmi – 39,0 kv.m, həyət tikilisi – 37,4 kv.m, talvar – 128.5 kv.m tikililəri qeydiyyata alınmışdır. -iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 41 nömrəli arxiv arayışından və Göygöl Rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-48-16-RA/2-A-75-8/2023 nömrəli məktubdan görünür ki, Kirovabad şəhər Bağmanlar qəsəbəsi “Stalin” adına kolxozun arxiv fondunda olan 1959-cu ilə aid protokol kitabında kolxoz üzvlərinin 10 mart 1959-cu il tarixli 02 saylı ümumi yığıncağının qərarına əsasən vətəndaş X14 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçılarnın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən iddiaçıların mübahisələndirdiyi xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğvini tələb etmək üçün subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. İddia ərizəsindən görünür ki iddiaçıların iddia tələbi xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğvinə yönəlmişdir. Lakin, yuxarıda qeyd olunanlardan görünür ki, ünvan 6 ünvanı xüsusi mülkiyyət hüququ ilə X14 məxsusdur. X18 isə iddiaçı X8 babasının qardaşı, digər İddiaçı1 isə ərinin babasının qardaşıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar iddia qaldırsalar da, həmin iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və X19 oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçılarnın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və X8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X18) qarşı qeydin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-83/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-83/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver