Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-832/2025 14.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, milli ordunun sıralarında N993-cü ildən N997-ci ilədək xidmət etmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İmtinanın səbəbi kimi, N saylı hərbi hissədə xidmət keçdiyi və tərxis olunduğu dövrün atəşkəs dövrünə təsadüf etməsi kimi qeyd edilmişdir. Qeyd edilənləri əsas gətirən iddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-4/2-37N4/2024 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, N726 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçının döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti barədə məlumatlar aşkar olunmamış, yəni iddiaçının N988-ci fevral ayının N-dən N2 may N994-cü il tarixədək olan dövrdə hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının hərbi xidməti N2 may N994-cü il tarixdən sonrakı dövrə atəşkəs elan olunmuş dövrə təsadüf edir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, N726 nömrəli arxiv arayışından görünür ki, N No-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N994-xx.xx.N998: səh.-75, sıra-9) xx.xx.N993-cü il tarixində Tovuz RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı komandirin xx.xx.N995-ci il tarixli N No-li əmrilə hərbi hissənin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli 3 No-li əmrilə ehtiyata tərxis edilərək komandirin xx.xx.N997-ci il tarixli 47 No-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Tovuz RHK-ı tərəfindən təhvil verilmiş, N975-ci il təvəllüdlü, İddiaçı Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” qanununa zidd olaraq bir başa hərbi hissəyə göndərildiyinə görə N No-li hərbi hissə komandirinin NN fevral N994-cü ül tarixli N9 No-li əmrilə (əsas: səh.-32, $N, sıra-N07) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Tovuz RHK-nın sərəncamına göndərilmişdir. N No-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 No-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, sıravi İddiaçı Qazax qarnizonu prokurorunun xx.xx.N995-ci il tarixli N9 No-li göstərişinə əsasən, komandirin N6 aprel N995-ci il tarixli N No-li əmrilə (əsas: səh.-NNN, $5, sıra-4) yenidən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək 4-cü bölüyün 2-ci tağımının 3-cü manqasında “atıcı-qumbaraatan köməkçisi” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli 3 No-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğu üçün 4-cü taborun tank əleyhinə tağımının tank əleyhinə manqasının baş operatoru, əsgər İddiaçı N No-li hərbi hissə komandirinin N6 fevral N997-ci il tarixli 47 No-li əmrilə (əsas: səh.-N26, $5, sıra-23, qeyd: əmrdə hərbi rütbəsi “əsgər” yazılmışdır) xx.xx.N997-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata dayanmaq üçün Tovuz RHK-na göndərilmişdir. Qeyd edirik ki, N2 N-li hərbi hissə komandirinin may-dekabr N993cü il, yanvar, mart-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, döyüşlərdə iştirak etməsi və yaralanması barədə əlavə məlumat aşkar edilməmişdir. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2020-ci il tarixli, N/S-7N5 nömrəli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-NN594 nömrəli arayışına əsasən N2 nömrəli hərbi hissədə xidmət keçməyi və tərxis olunmağı atəşkəs dövrünə, yəni xx.xx.N995-xx.xx.N997-ci illərə təsadüf etdiyindən ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - iş materiallarına əlavə edilmiş AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-43-60/2-N307/2024 saylı cavab məktubunda vətəndaş İddiaçı məxsus Uçot kartasından müəyyən olunur ki, o, N saylı hərbi hissədə xx.xx.N995-ci il tarixdən xx.xx.N997-ci il tarixədək xidmət etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, N726 nömrəli arxiv arayışından görünür ki, N No-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N994-xx.xx.N998: səh.-75, sıra-9) xx.xx.N993-cü il tarixində Tovuz RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı komandirin xx.xx.N995-ci il tarixli N No-li əmrilə hərbi hissənin siyahısına daxil olması və Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli 3 No-li əmrilə ehtiyata tərxis edilərək komandirin xx.xx.N997-ci il tarixli 47 No-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Tovuz RHK-ı tərəfindən təhvil verilmiş, N975-ci il təvəllüdlü, İddiaçı Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” qanununa zidd olaraq bir başa hərbi hissəyə göndərildiyinə görə N No-li hərbi hissə komandirinin NN fevral N994-cü ül tarixli N9 No-li əmrilə (əsas: səh.-32, $N, sıra-N07) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Tovuz RHK-nın sərəncamına göndərilmişdir. N No-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 No-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, sıravi İddiaçı Qazax qarnizonu prokurorunun xx.xx.N995-ci il tarixli N9 No-li göstərişinə əsasən, komandirin N6 aprel N995-ci il tarixli N No-li əmrilə (əsas: səh.-NNN, $5, sıra-4) yenidən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək 4-cü bölüyün 2-ci tağımının 3-cü manqasında “atıcı-qumbaraatan köməkçisi” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli 3 No-li əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğu üçün 4-cü taborun tank əleyhinə tağımının tank əleyhinə manqasının baş operatoru, əsgər İddiaçı N No-li hərbi hissə komandirinin N6 fevral N997-ci il tarixli 47 No-li əmrilə (əsas: səh.-N26, $5, sıra-23, qeyd: əmrdə hərbi rütbəsi “əsgər” yazılmışdır) xx.xx.N997-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata dayanmaq üçün Tovuz RHK-na göndərilmişdir. Qeyd edirik ki, N2 N-li hərbi hissə komandirinin may-dekabr N993cü il, yanvar, mart-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, döyüşlərdə iştirak etməsi və yaralanması barədə əlavə məlumat aşkar edilməmişdir. Bununla yanaşı, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-43-60/2- N307/2024 saylı cavab məktubunda vətəndaş İddiaçı məxsus Uçot kartasından müəyyən olunur ki, o, N saylı hərbi hissədə xx.xx.N995-ci il tarixdən xx.xx.N997-ci il tarixədək xidmət etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun N2 nömrəli hərbi hissədə xidmət keçməyi və tərxis olunmağı atəşkəs dövrünə, yəni xx.xx.N995xx.xx.N997-ci illərə təsadüf etdiyi olmuşdur. Odur ki, məhkəmə inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun N8-ci maddəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalananlardan aydın olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.N, 75 və N-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-832/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-832/2025
14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver