Məhkəmə qərarları › İş №2-1(114)-833/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-833/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-833/2021 18.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Üçüncü şəxs X4 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat, **********19-10301 reyestr nömrəli çıxarışın təsdiqlənmiş surətindən məlum olur ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 147 ünvanında yerləşən ev İddiaçı xüsusi mülkiyyəti kimi 06.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 25.09.2020-ci il tarixli, 362861 nömrəli arayışına əsasən X7 və X1 şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 147 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh 29.09.2020-ci il tarixli, 120- 19066M-3220 nömrəli məktubu ilə X4 və X3 iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 147 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İmtina «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla onunla əsaslandırmışdır ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh üzərinə X4 və X3 ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 147 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Quliyev küçəsi, ev 147 mülkiyyət hüququ üzrə ona məxsusdur. Üçüncü şəxslər onun yaxın qohumlarıdır. X7 onun gəlini olmuşdur. Oğlu ilə birgə nikahlarından X5 doğulmuşdur. Sonradan oğlu ilə Gülmirə Məmmədova arasında olan nikah pozulmuşdur. Onlar boşandıqdan sonra ona məxsus olan ünvanda yaşamırlar. Üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxmalarını tələb etsə də, həmin şəxslər müəyyən bəhanələr gətirərək qeydiyyatdan çıxmırlar. Hazırda cavabdehlər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. Bu barədə Cavabdehnə müraciət etsə də, müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X4 himayəsində iki azyaşlı övladı var və onun Gəncə şəhərində yaşamağa yeri yoxdur. Bundan başqa üçüncü şəxs həmin evə gəlin köçməklə yaşayıb və həmin mülkün təmir olunmasıda iştirak edərək vəsait xərcləmişdir. X14 cavabdehlər X9 və İddiaçı qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək iki azyaşlı uşaqları – 20.08.2012-ci il təvəllüdlü X5 və 06.03.2015-ci il təvəllüdlü X8 ilə birlikdə qeydiyyatda olduğu Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 147 ünvanında yerləşən evə köçürülməsi barədə iddia qaldırmışdır. Həmin iddia üzrə məhkəmə iclası 01.06.2021ci il tarixə saat 11:45-ə təyin edilmişdir. Ona görə də, hazırkı iş üzrə İddiaçı tələbi əsassızdır, məhkəmədən iddia tələbinin təmin olunmaması ilə bağlı qərar qəbul edilməsini xahiş edir. İddiaçıya və cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06.02.2020-ci il tarixli, ********** qeydiyyat, **********19-10301 reyestr nömrəli çıxarışın təsdiqlənmiş surəti; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 25.09.2020-ci il tarixli, ******* nömrəli arayışı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh 29.09.2020-ci il tarixli, 120-19066M-3220 nömrəli imtina məktubu; - AZ-İ 357987 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiqlənmiş surəti; - Gəncə şəhəri, Sadıllı qəsəbəsi, 177 saylı küçə üçlüyünün 04.03.2021-ci il tarixli 348 nömrəli arayışı; - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli 2(043)- 183/2019 nömrəli qətnaməsi; - İddiaçı X4 cavabdehlər X9 və İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli bildirişi. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 147 ünvanında yerləşən ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06.02.2020-ci il tarixli, ********** qeydiyyat, **********19-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdehnə müraciət edərək, xüsusi mülkiyyətində olan mənzildən X4 və X3 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan onu qeydiyyatdan çıxartmamış və iddiaçıya məhkəməyə müraciət etməsi təklif olunmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunan normaya görə qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının altı əsasını müəyyən etmişdir: - şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarında Plenum hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarla həmçinin müəyyən olunmuşdur ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri məhz məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. İş materiallarından məlum görünür ki, üçüncü şəxs X7 himayəsində olan azyaşlı uşaqları ilə birlikdə qeydiyyatda olduğu Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, ev 147 ünvanında yerləşən evə köçürülməsi barədə cavabdehlər X9 və İddiaçı qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən mülki iş üzrə məhkəmə iclasının 01.06.2021-ci il tarixə saat 11:45-ə təyin edilməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli bildirişinin surəti iş materiallarına əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olmasını, həmçinin üçüncü şəxsin həmin mülkə dair əmlak hüquqlarının olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı qeydiyyatdan çıxarılma tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar