Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-834/2023 01.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 doğum akt qeydində sonuncunun anasının adının “Ruqsarə” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 21 avqust 1984-cü ildə Goranboy rayonunun Qarqucaq kəndində doğulmuş, hal-hazırda da həmin kənddə yaşayır. X2 15 sentyabr 1940-cı ildə doğulmuşdur, 14 iyun 2008-ci ildə ölmüşdür. Atası - X8 rayon Dövlət Arxivindən əldə etdiyi AZ SSR X20 Komissarlığı 27 nömrəli X18 yazılmasında qeyd edilibdir ki, atası 15 sentyabr 1940-cı ildə doğulmuşdur, valideynlərinin hər ikisi də azərbaycanlı olmaqla, atası 35 yaşı tamam olmuş X17, anası 25 yaşı tamam olmuş X6r. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İH başçısının Qarqucaq kənd İƏDÜ nümayəndəliyinin verdiyi 19 oktyabr 2022-ci il tarixli 26 saylı arayışında qeyd edilibdir ki, X2 ölən günədək Qarqucaq kəndində yaşamış mərhum X4 oğludur. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İH başçısının Qarqucaq kənd İƏDÜ nümayəndəliyinin verdiyi 05 noyabr 2022-ci il tarixli 279 saylı arayışında qeyd edilmişdir ki, X2 xx.xx.2008-ci ildə vəfat etmişdir, ölən günədək Goranboy rayonunun Qarqucaq kəndində yaşamış, ölümündən sonra qalan vərəsələrindən biri də odur. Cavabdeh tərəfindən 16 iyul 2021-ci ildə təkrar verilən AZ-İİ 189002 olan “Ölüm haqqında” şəhadətnamədə göstərilmişdir ki, X9 18 noyabr 2004-cü ildə Goranboy rayonunun Qarqucaq kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin 11 ayının 19 günüdə 10 nömrə ilə qeyd edilmişdir. X1 anasının adı sənədlərdə müxtəlif cür yazıldığından o atası Sultanəhməd Əhmədova mərhum anasından qalan miras paya öz vərəsəlik hüququnu təsdiq etdirə bilmir. İddiaçı hazırki tələbi ilə cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 01 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli, 05/Q-35/13 nömrəli məktub göndərərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İX-ЖГ 485109 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsidq edilmiş surəti; - AZ-İİ 311644 nömrəli “ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surəti; - AZ-İ 309073 nömrəli “ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Goranboy Rayonu İcra Hakimiyyəti başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 274 nömrəli, xx.xx.2022-ci il tarixli 279 nömrəli və xx.xx.2022-ci il tarixli 26 nömrəli arayışları; - İİİ-ЖГ 386195 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq edilmiş surəti; - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-605/15 nömrəli məktubu; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-15-RA/2-3584/2023 nömrəli arxiv arayışı; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırda iddiaçının iddia tələbinə hüquqi marağının əsasını miras əmlakına paya olan hüququnun müəyyən edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlərin düzəldilməsi və vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatların göstərilməsi vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi hallarına aiddir. Həmin Müddəaların 5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Həmin Müddəaların 6-cı maddəsinə əsasən Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Həmin Müddəaların 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -2.8.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. İX-ЖГ 485109 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsidq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuş, ata qrafasında X10 qeyd edilmişdir. Azərbaycan Respublikası Goranboy Rayonu İcra Hakimiyyəti başçısının Qarqucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 274 nömrəli, xx.xx.2022-ci il tarixli 279 nömrəli və xx.xx.2022-ci il tarixli 26 nömrəli arayışların məzmunundan görünür ki, iddiaçı X3 nəvəsi və vərəsəsidir. AZ-İİ 311644 nömrəli “ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İİİ-ЖГ 386195 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətində iddiaçının nənəsinin adı “Ruqsarə” kimi qeyd edilmişdir. X4 iddiaçının nənəsi olması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Məhkəmə işin faktiki hallarına yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq edərək qeyd etməyi zəruri hesab edir ki, X5 1940-cı il tarixli, 27 nömrəli doğum akt qeydində dəyişiklik edilərək ana qrafasında “X7” əvəzinə “X9” kimi qeyd edilməlidir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı X5 1940-cı il tarixli, 27 nömrəli doğum akt qeydində dəyişiklik edilərək ana qrafasında “X7” əvəzinə “X9” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 1940-cı il tarixli, 27 nömrəli doğum akt qeydində dəyişiklik edilərək ana qrafasında “X7” əvəzinə “X9” kimi qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-834/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-834/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver