Məhkəmə qərarları › İş №2-1(114)-836/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-836/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-836/2020 02.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X2rşı (üçüncü şəxs X3) çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X2rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxs 160 ha örüşotlaq sahəsinə dair X1 adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışın və xx.xx.2019-cu il tarixli, A№ 403276 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq sənədlərin hazırlanıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, keçmiş DT və XK-nin Gədəbəy rayon şöbəsinin xx xxxx 2014-cü il tarixli, 995 nömrəli rəyi əsasında Gədəbəy RİHB-nin xx.xx.2014-cü il tarixli 197 saylı sərəncamı ilə Gədəbəy rayonunun istifadəsində olan Dövlət yay otlaqları fondundakı 18-h saylı hissədən 10 il müddətinə ona müqavilə əsasında icarəyə verilmiş 154,0 ha torpaq sahəsi 3 ildən sonra Gədəbəy RİH-nin xx.xx.2017-ci il tarixli, 99 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli 01 nömrəli torpaq icarə müqaviləsi əsasında Gədəbəy rayonunun ərazisində yerləşən “Haçayal” adlanan yaylaq sahəsindən 160 ha örüş otlaq torpaq sahəsi ayrılaraq 15 il müddətinə X1 icarəsinə verilmiş, həmin sənədlər əsasında onun icarə hüquqları dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, A№ 403276 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı hesab edir ki, üçüncü şəxsin adına verilmiş çıxarış və torpaq sahəsinin planı və ölçüsü ləğv edilməli, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmalı və müvafiq sənədlərin hazırlanıb ona verilməlidir. İddiaçı hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X3 hazırlıq icraatı iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini qanuni əsaslarla icarəyə götürmüşdür, əksinə iddiaçı onun icarəsində olan sahəni zəbt edib istifadə edir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, həmin sənədin verilməsinə əsas Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 99 saylı sərəncamı və xx.xx.2017-ci il tarixli 01 nömrəli torpaq icarə müqaviləsi olmuşdur. Bu səbəbdən mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədlər qüvvədə olduğu halda onun əsasında verilmiş sənədin mübahisələndirilməsi iddianın mümkünlülük şərtlərinə cavab vermir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırki halda iddiaçı pozulmasını iddia etdiyi hüquqlarının bərpası məqsədilə ilkin olaraq mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı (Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 99 saylı sərəncamı) mübahisələndirməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X2rşı çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasıtələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar