Məhkəmə qərarları › İş №2-1(114)-840/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-840/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-840/2025 04.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.

2. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixli 54 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən “Kaspiy” kombinatında mühəndis-usta işinə qəbul olunmuş, xx.xx.1982-ci il tarixli 98 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən öz istəyi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983-cü il tarixli 30k nömrəli əmrlə Kirovabad tökmə zavodunda işə qəbul edilmiş, xx.xx.1982-ci il tarixli 250 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən yastı alüminium külçələr sahəsinə birinci dərəcəli əridici qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 327 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən zavodun adı dəyişdirilib, 610 nömrəli əmrlə xx.xx.1986-cı il tarixdən 2-ci dərəcəli tökməçi qəbul edilmiş, xx.xx.1988-ci il tarixli 164 nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən Əlvan metalların emalı üçün dəmir və əlvan tökmə sexində ikinci dərəcəli yerüstü kran maşınisti köçürülmüş, xx.xx.1990-cı il tarixli 441 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən Azərbaycan SSR ƏTM-nin 36 maddəsinin 5 bəndinə əsasən "xxxx" X3 keçməsi ilə əlaqədar olaraq əmək müqviləsinə xitam verilmiş, xx.xx.1991-ci il tarixli 01 nömrəli əmrlə xx.xx.1991-ci il tarixdən "xxxx" kiçik müəsissəsində çuquntökmə sahəsinə üçüncü dərəcəli kran sürücüsü işinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 02 nömrəli əmrlə xx.xx.1992-ci il tarixdən müəssisənin adı dəyişdirilərək “Alunit” AİBM müəssisəsi olmuşdur. xx.xx.1994-cü il tarixli 136 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən dördüncü dərəcəli kran sürücüsü işinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli 151/01 nömrəli əmrlə xx.xx.1997-ci il tarixdən tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar işindən azad edilmişdir.

3. "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli 13-5-3/2-0176/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Tökmə İstehsalatı - ərinti və metal əridiciləri, metal tökücüləri peşələrində Əlvan və qiymətli metalların emalı və təkrar emalı sexi-kran maşinistləri peşəsində (iş yerinin, peşənin adı) (peşəyə təyin edilmə və azad edilmə əmrlərinin ( sərəncamlarının ) nömrələri, işə başladığı və işdən çıxdığı tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, Əmr № 250 xx.xx.1982, Əmr№ 327 xx.xx.1984, Əmr№ 610 xx.xx.1986, Əmr№ 164 xx.xx.1988, Əmr№ 441 xx.xx.1990 (gün, ay, il) (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Xammalı kristal şəklində peçə yükləyir, maye metal olana qədər nəzarət edir, metal əriyəndən sonra hazır məhsul almaq üçün əridilmiş metalı çömçəyə tökür-əridici peşəsindən (peşə üzrə işin xüsusiyyətləri) ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının bölmə 11, yarımbölmə 11a bəndinə ərinti və metal əridiciləri peşəsi (1110100a-16626) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının bölmə 11, yarımbölmə 11a bəndinə metal tökücüləri peşəsi (1110100a-12176) peşə koduna uyğundur.

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 3-17-1/2-D-179047/2024 nömrəli imtina cavabı ilə ona bildirmişdir ki, tutduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (17 il 5 ay 25 gün (xx.xx.1980-xx.xx.1982-cı il, xx.xx.1982- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17438,56 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

5. Məhkəmənin sorğusuna Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-2- 1/2-7044/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində Azərbaycan- İsveç "Alunit" Birgə müəssisəsinin xx.xx.1992-ci il tarixdə 73 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından inventarlaşmadan keçmək və VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Reyestrdə "xxxx" X5 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

6. Məhkəmənin sorğusuna Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-19163/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Xidmətdə mövcud olan informasiya bazasında “Alunit” AİBM və "xxxx" X3 dair hər hansı bir məlumat aşkar edilmədi. Bu müəssisələr barədə məlumatlar (yaradılma tarixi, hüquqi ünvanı, VÖEN, tabeçiliyivə sair) tərəfindən dəqiqləşdirilərək təqdim edildikdən sonra sorğuya yenidən baxıla bilər. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Gəncə (Kirovabad) şəhərində “Alunit” AİBM müəssisəsində işlədiyi dövrün əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28 avqust 1982-ci ildən Gəncə (Kirovabad) şəhərində "Alunit" AİBM müəssisəsində zərərli aliminum əritmə sexində 15 oktyabr 1997-ci ilədək adı çəkilən müəssisədə işləmişdir. Həmin vaxtlar əmək qanunvericiliyində göstərilirdi ki, hər kəs aliminium ərimə sexinə 12 il 6 ay işləsə, maaşından asılı olmayaraq əmək pensiyasına göndərilirdi. O, adıçəkilən müəssisədə 15 ildən artıq işləmişdir. İşlədiyi dövr əmək kitabçasına qeyd edilib. O, Azərbaycan Respublikası ƏƏSMN-yi tabeliyində olan DSMF-nin Gəncə şöbəsinə müraciət etmiş, müraciəti cavabsız qalmışdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla isə hazırki iddia tələbi “hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinəö dəyişdirilmişdir. III. Prosessual məsələlər

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

12. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

13. Cavabdeh tərəfindən məhkəmə iclasında etiraz təqdim olunmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 4-cü bəndi).

14. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

15. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, əmək kitabçasında qeyd edilən dövrdən əlavə başqa əmək fəaliyyəti olmamışdır.

16. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, onun mümkün sayılmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

21. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na (2 nömrəli əlavə) əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması; - d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması.

22. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və xx.xx.2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur.

23. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt isə ödənilmir. Belə ki, onun ümumi iş stajı 25 ildən az (17 il 5 ay 25 gün (xx.xx.1980-xx.xx.1982-cı il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

24. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17438,56 manat təşkil edir.

25. Göründüyü kimi, iddiaçı ona hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajına malik olmadığından, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyil.

26. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

27. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar