Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-843/2020 01.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx N993-cü il tarixdə Şəmkir rayon Hərbi Komissarlığından ölkənin ərazi bütövlüyünün təmin olunması üçün erməni qəsbkarlarına qarşı döyüşlərə qatılmış, N saylı hərbi hissənin tərkibində qulluq etməklə, hər cür təminatla təmin edilərək 3-cü MAT-ra təyin edilmişdir. Əvvəlcə sıravi əsgər olsa da, sonradan kiçik çavuş olmuşdur. xx xxxxxx N994-cü il tarixdə Müdafiə nazirinin müvafiq əmrinə əsasən xidmətini N nömrəli hərbi hissədə davam etdirmişdir. xx xxxx N997-ci il tarixdə isə hərbi xidməti başa çatdığına görə kiçik çavuş kimi həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Belə ki, xx xxxx N997-ci il tarixdə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Şəmkir rayon hərbi komissarlığına göndərilərək, tərxis olunmuş hərbçi kimi qeydiyyata alınmışdır. İlk dəfə Füzuli rayonunun Mahmudlu kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş, bir müddət həmin hərbi hissədə xidmətdə olduqdan sonra onunla birlikdə döyüşlərdə iştirak edən xüsusi təyinatlıları hərbi qulluğu davam etdirmək üçün Murovdağa aparmışlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, NN/N264 nömrəli iddia ərizəsinə etirazda qeyd etmişdir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.20N6-cı il tarixli, N/M-7953 nömrəli və xx.xx.20N7-ci il tarixli, N/M-NN58 nömrəli məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N6060 nömrəli məktubunun surəti; - iddiaçıya məxsus xx.xx.N993-cü il tarixli, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti; - iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsini təsdiq edən ********* nömrəli poçt qəbzi; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X3 Məcəllənin 33.N və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddsəinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə”sinin N-ci maddəsinin tələblərinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N6060 nömrəli məktubundan görünür ki, Şəmkir rayon Hərbi Komissarlığından məcburi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxxx N993-cü il tarixli, 53 №-li əmrilə (əsas: § N, səh.-67, sıra-N66 əmrdə adı Müzadir yazılmışdır, rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissəyə gəldiyi qeyd edilərək hər cür təminatla təmin olunmaqla 3-cü MAT-ra təyin edilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin N №-li əmrinə əsasən hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissənin sərəncamına göndərildiyindən hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N2 №-li əmrilə (əsas: § 5, səh.-60, sıra-N63 Əmrdə rütbəsi və vəzifəsi göstərilməmişdir) bütün növ təminatlardan azad edilmişdir. N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N №-li əmrilə (əsas: § 5, səh.-N3, sıra-5N) bütün təminat növlərinə daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin xx xxxx N994-cü il tarixli, 54 №-li əmrilə (əsas: § N, səh.-30, sıra-457) komandirin xx xxxx N994-cü il tarixli, 53 №-li əmrinə əsasən şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılaraq sənədləri hərbi komissarlığa göndərilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N997-ci il tarixli, NN0 №-li əmrinə əsasən hərbi xidmət müddəti başa çatdığına görə kiçik çavuş M.M.Mehdiyev həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin xx xxxx N997-cÜ il tarixli, 2N2 №-li əmrilə (əsas: § 9, səh.-N56, sıra-N9. vəzifəsi göstərilməmişdir) təmir bölüyünün şəxsi heyətinin siyahısından, bütün təminat növlərindən çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir rayon Hərbi Komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında və hərbi biletə əlavə edilmiş hərbi biletin kserosurətində İddiaçı hərbi hissəni özbaşına tərk etdikdən sonra hərbi hissəyə yenidən daxil olması barədə müvafiq qeydlər aparılmadığından əlavə məlumat verə bilmirlər. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Müzadiroğlu N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N993-cü il tarixli 53 №-li əmrilə (əsas: §-N ,səh- 67,sıra-N66; qeyd: əmrdə atasının adı Müzadir yazılmışdır) bütün növ təminatlara daxil edilərək 3-cü motoatıcı tabura təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N8 №-li əmrilə (əsas: §-5,səh-60,sıra-N63; qeyd: əmrdə soyadı Mehdiyev, adı Müşviq yazılmışdır) Şəmkir RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü, 3-cü motoatıcı taburun əsgəri, XN bütün növ təminatlardan azad edilərək hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N №-li əmrilə (əsas: §-5,səh-N8,sıra-5N) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş atıcı vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X2 N nömrəli hərbi hissə komandirinin xx xxxx N994-cü il tarixli, 54 №-li əmrilə (əsas: §-N ,sıra-457; qeyd: əmrdə adı Müşviq yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli N84 №-li əmrilə (əsas: §-8,səh-N5) sıravi İddiaçı hərbi hospitaldan qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən Şəmkir RHKnın çağırışçısı, kiçik çavuş XN hərbi xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunaraq N nömrəli hərbi hissə komandirinin xx xxxx N997-ci il tarixli, 2N2 №-li əmrilə (əsas: §-9,səh-N56,sıra-N9; qeyd: əmrdə soyadı Mehdiyev, adı Müşviq yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N saylı, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N72 saylı hərbi hissənin tərkibində xidmətdə olmuş, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N72 saylı hərbi hissənin tərkibində Murovdağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının qanunla qorunan hüquqlarını pozaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.N-ci maddəsinin tələblərinə əsasən isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, İddiaçı arzuladığı inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçımüharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-843/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-843/2020
01.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver