Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-844/2025 13.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, İddiaçının nümayənədəsi (vəkili) Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təmsilçi kimi adın qeyd edilməsi tələbinə üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi şəxslərin dövlət reyestrində “Lalə” kooperativinin qanuni təmsilçisi kimi onun adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X11 zavodunda müxtəlif vəzifələrdə işləmişdir. 1988-ci ildə zavodda istehsal olunan məhsulların standartlara uyğun olmayanlarının çeşidlənərək zavod işçilərinə və kənar şəxslərə ucuz qiymətə satılmasının təşkil olunması məqsədilə “Lalə” kooperativinin yaradılması üçün onun tərəfindən layihə və biznes proyekt hazırlanaraq zavodun rəhbərliyinə təqdim olunmuşdur. Layihə müzakirə olunduqdan sonra X11 zavodunun ümumi yığıncağının 10 aprel 1988-ci il tarixli qərarına əsasən “Lalə” kooperativi yaradılması qərara alınmışdır. Həmin vaxt ümumi yığıncağın qərarına əsasən iddiaçı “Lalə” kooperativinin təsisçisi seçilmişdir. Kirovabad şəhər Gəncə rayon XDS İK-nin 22 aprel 1988-ci il tarixli 552 № li qərarı ilə “Lalə” kooperativinin nizamnaməsi təsdiqlənmişdir. Bundan sonra nizamnaməyə uyğun olaraq kooperativə o, rəhbərlik etmişdir. 1990-cı ildə “Lalə” kooperativinin fəaliyyətini genişləndirmək üçün nizamnaməyə əlavə və dəyişikliklər edilmiş və Gəncə şəhər İcra Hakimiyyətinin qərarı ilə təsdiqlənmişdir. 1995-2004-cü illərdə “Lalə” kooperativi nizamnaməyə uyğun olaraq müxtəlif şəxslərə çayxana, kafe fəaliyyəti göstərmək üçün icarəyə verilmişdir. Həmin illərdə mühasib tərəfindən hesablanıb hazırlanan müəssisə balansı və bütün köçürmələr iddiaçı tərəfindən təsdiqlənib imzalanmışdır. 2005-ci ildə nizamnaməyə uyğun olaraq X6 onun tərəfindən “Lalə” kooperativinin təmsilçisi təyin olunmuş və yenə də çayxana, kafe kimi fəaliyyət göstərmişdir. İddiaçı xüsusilə qeyd edir ki, “Lalə” kooperativinin yaradılmasında X3 hər hansı bir rolu olmamışdır. İddiaçı 2006-cı ildə “Lalə” kooperativini istehsal sahəsinə çevirmək qərarına gəlmişdir. Kooperativin onun tərəfindən təyin olunmuş təmsilçisi X6 29 iyun 2013-cü il tarixində vəfat etmişdir. X6 vəfat etdikdən sonra nizamnaməyə uyğun olaraq o, özünü kooperativin sədri və təmsilçisi təyin etmişdir. (əmr № 8, xx.xx.2013) Həmin vaxt iddiaçı dəyişikliyin qeydə alınması üçün vergi orqanına müraciət etsə də, vergi orqanı tərəfindən verilmiş şifrə və kod iddiaçıda olduğu üçün, həmçinin kooperativin təsisçisi olduğu üçün onun tərəfindən hesabatlar verilmiş və hər hansı bir çətinlik olmamışdır. Lakin hazırda kooperativin 1560 manat məbləğində vergi borcu olsa da, həmin borcu ödəyə bilmir. Belə ki, bu ilin aprel ayından şifrə, kodun ləğv edilməsi səbəbindən bunun üçün Elektron imza və ya ASAN imza olmalıdır. Lakin hüquqi şəxslərin dövlət reyestrində hələ də “Lalə” kooperativinin qanuni təmsilçisi kimi X3 adı qeyd edildiyinə görə bunu edə bilmir. Ona görə də hüquqi şəxslərin dövlət reyestrində “Lalə” kooperativinin qanuni təmsilçisi kimi onun adının qeyd edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə müraciət etmişdir. Lakin onun ərizəsinə imtina cavabı verilmişdir. Səbəb kimi isə elekton uçot məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən onun kooperativin sədri olmağı barədə hər hansı bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. Lakin iddiaçı qeyd edir ki, kooperativ onun təşəbbüsülə yaradılmış və təsisçisi odur. Uzun illərdən bəri də kooperativi o, idarə edir. X6 da məhz onun tərəfindən qanuni təmsilçi təyin edilmiş, o vəfat edəndən sonra isə özünü kooperativin sədri və təmsilçisi təyin etmişdir. Ona görə də hesab edir ki, cavabdeh təşkilatın bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir və onun iddiası təmin edilməlidir. İddiaçı və iddiaçının nümayənədəsi (vəkili) Nümayəndə1 ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, işin faktiki halı ondan ibarətdir ki, "LALƏ" Kooperativinin (VÖEN: **********) nizamnaməsi X11 zavodunun X8 tərəfindən qeydiyyata alınmışdır. Kooperativin qeydiyyat qovluğunda və vergi iş qovluğunda olan nizamnamənin titul vərəqindəki tarixlərdə fərq mövcuddur. Belə ki, qeydiyyat qovluğunda olan nizamnamənin titul vərəqinin surətində qeydiyyat tarixi kimi 1990-cı il qeyd edilmişdir, kooperativin uçotu zamanı təqdim edilən nizamnamənin titul vərəqində isə qeydiyyat tarixi xx.xx.1989 göstərilmişdir. Lakin uçot zamanı təqdim edilən sənədlərə əsasən elektron uçot məlumat bazasında kooperativin qeydiyyat tarixi kimi xx.xx.1989-cu il qeyd edilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Kooperativin təsisçisi və qanuni təmsilçisi X4r. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-ci maddəsində göstərilmişdir ki, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. İddiaçı iddia ərizəsində X3 onun tərəfindən kooperativin təmsilçisi təyin olunduğunu qeyd etmişdir. Kooperativin arxiv məlumatlarında İddiaçı tərəfindən X3 təmsilçi təyin olunması ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Kooperativin vergi iş qovluğunda olan əmrə görə X6 özünü kooperativin sədri təyin etmişdir, imzası və kooperativin möhürü ilə təsdiq etmişdir. Kooperativin qeydiyyat qovluğunda olan sənədlərə əsasən kooperativin nizamnaməsinə edilən 1991-1992-ci illərdəki dəyişikliklərdə kooperativin sədri kimi başqa şəxslər göstərilsə də İddiaçı kooperativin qeydiyyata alındığı tarixdən hazırki tarixədək hər hansı bir müddətdə kooperativin sədri olması barədə heç bir fakt yoxdur. İddiaçı vergi orqanına xx.xx.2024-cü il tarixli **********452300 nömrəli müraciəti zamanı təqdim etdiyi özünü kooperativin təsisçisi və sədri seçməsi ilə bağlı xx.xx.1988-ci il tarixli protokoldan çıxarış isə əsassızdır. xx.xx.2005-ci il tarixdə kooperativin vergi orqanında uçota alınması üçün müraciət edilən zamanı X6 tərəfindən müraciət edilmişdir. O cümlədən vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsinə əlavədə təsisçi fiziki şəxslər barədə məlumat bölməsində X3 məlumatları doldurulmuşdur. Əlavə olaraq xx.xx.2006-cı il tarixdə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ərizəni və xx.xx.2011-ci il tarixdə kooperativin fəaliyyətinin xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətə dayandırılması barədə, eyni zamanda xx.xx.2012-ci il tarixdə kooperativin fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-cı il tarixədək müddətə dayandırılması barədə “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında arayışı da X6 hüquqi şəxsin rəhbəri qismində imzalayaraq cəmiyyətin möhürü ilə təsdiq etmişdir. İddiaçı vergi orqanına şəxsən təqdim etdiyi “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə və Kooperativin sədri X3 verdiyi xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən kooperativin bütün sənədlərinin və müqavilələrinin imzalanması səlahiyyəti İddiaçı verilmişdir. Buradan aydın olur ki, iddiaçı özü də həmin tarixdə rəhbər olmadığını bilib və faktiki rəhbərin verdiyini etibarnaməni vergi orqanına şəxsən təqdim edib. X2 2013-cü ildə verdiyi etibarnaməyə qədər vergi münasibətlərində özü çıxış edib. İddia ərizəsində İddiaçı tərəfindən təyin edilmiş X3 2013cü il tarixdə vəfat etməsindən sonra özünü kooperativin sədri təyin etdiyini göstərmişdir. Lakin "LALƏ" Kooperativi tərəfindən uçota alındığı tarixdən rəhbər dəyişikliyi ilə əlaqədar vergi orqanına müraciət daxil olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş xx.xx.1988-ci il tarixli 1№-li protokoldan görünür ki, iclasın qərarı ilə İddiaçı kooperativin sədri seçilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, **********633900 nömrəli məktuba əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, **********821700 nömrəli məktuba əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası Dövlət X10 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktub; - Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-5572/2024 nömrəli məktub və əlavə edilmiş sənədlər; - iş materiallarına əlavə edilmiş « Lalə » kooperativin təhsisçisi İddiaçı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 16 nömrəli əmrindən görünür ki, xx.xx.2005-ci il tarixdən X6 « Lalə » kooperativə sədr təyin edilmişdir. - iş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli tərəflərin qarşılıqlı niyyət müqaviləsinin 1-ci bəndindən görünür ki, İddiaçı « Lalə » kooperativin ilkin nizamnaməsinə uyğun olaraq kooperativin «Kafe» kimi səmərəli şəkildə istifadə etmək məqsədi ilə X1 sədri təyin edilmişdir, müqaviləsinin 9-cu bəndindən görünür ki, X6 əlində olan səlahiyyətindən istifadə edərək hər hansı dövlət qurumlarında İddiaçı ilə razılaşdırılmamış və onun razılıq imzası olmadan pərdə arxası sənədləşdirmə işləri apara bilməz və o cümlədən gələcəkdə "Lalə" kooperativinə qarşı heç bir iddia sürə bilməz və qəbul edilməz hesab edilir. - iş materiallarına əlavə edilmiş protokoldan çıxarışda görünür ki, «Lalə» kooperativi üzvlərinin 10 aprel 1988-ci il tarxli ümumi yığıncağının protokoluna əsasən İddiaçı «Lalə» kooperativinin təsisçisi və sədri seçilmişdir; - iş materiallarına əlavə edilmiş « Lalə » kooperativin təhsisçisi İddiaçı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 8 nömrəli əmrindən görünür ki, X6 vəfat etdiyindən xx.xx.2013-cü il tarixdən İddiaçı « Lalə » kooperativə sədr təyin edilmişdir; Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Hazırkı iddia hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan 10 aprel 1988-ci il tarixdə « Lalə » kooperativi üzvlərinin ümumi yığıncağında İddiaçı « Lalə » kooperativinin təsisçisi və sədri seçilmişdir. « Lalə » kooperativinin nizamnaməsindən görünür ki, vətəndaşların şəxsi təsərrüfatlarında dövlət kooperativlərinin saxladıqları kənd təsərrüfatı məhsullarının, keyfiyyətsiz və artıq sənaye mallarının alınması və ticarətinin təşkili və ictimai iaşə xidmətlərinin göstərilməsi üzrə Kirovobad çini zavodunun nəzdində « Lalə » kooperativi yaradılmış İddiaçı sədri seçilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı "Lalə" kooperativi ilkin nizamnaməsinə uyğun olaraq kooperativin "Kafe" kimi səmərəli şəkildə istifadə etmək məqsədi ilə X1 sədri təyin etmişdir. Tərəflər arasında imzalanmış qarşılıqlı niyyət müqaviləsindən də görünür ki, X6 əlində olan səlahiyyətindən istifadə edərək hər hansı dövlət qurumlarında İddiaçı ilə razılaşdırılmamış və onun razılıq imzası olmadan pərdə arxası sənədləşdirmə işləri apara bilməz və o cümlədən gələcəkdə "Lalə" kooperativinə qarşı heç bir iddia sürə bilməz və qəbul edilməz hesab edilmişdir. Lakin, X6 ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək özünü "Lalə" kooperativin sədri təyin etmiş, imzası və möhürü ilə təsdiq etmişdir. xx.xx.2005-ci il tarixdə isə həmin səlahiyyətlərdən istifadə edərək kooperativin vergi orqanında uçota alınması üçün müraciət etmiş, vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fiziki şəxslər barədə məlumat bölməsində öz məlumatlarını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra İddiaçı xx.xx.2013-cü il tarixli, 8 nömrəli əmrlə özünü yenidən « Lalə » kooperativə sədr təyin etmişdir. Lakin, vergi orqanında uçota alınan zaman müraciət edən şəxs X6 olduğu üçün, həmçinin vergi ödəyicisinin hüquqi şəxsin uçota alınması haqqında ərizəsində təsisçi fizik şəxslər barədə məlumat bölməsində X3 məlumatları qeyd edildiyinə görə, İddiaçı « Lalə » kooperativin təsisçisi və qanuni təmsilçi olduğu barədə məlumatlar vergi orqanında mövcud deyildir. Bu hal isə iddiaçının sahibkar kimi fəaliyyət göstərməsinə əsaslı maeələr yaradır. Belə ki, vergi orqanı tərəfindən « Lalə » kooperativin təsisçisi və qanuni təmsilçi X6 qeydə alındığından kooperativin adına olan vergi borclarının ödənilməsini kooperativ yarandığı gündən İddiaçı təsisçisi və qanuni təmsilçi olmasına baxmayaraq həyata keçirə bilmir. İşdən görünür ki, iddiaçı yuxarıdakılara istinad edərək cavabdehə müraciət etmiş, onun « Lalə » kooperativin qanuni təmsilçisi kimi qeydə alınmasını xahiş etmiş, cavabdeh isə elektron uçot məlumat bazasına və hüquqi şəxsin arxiv məlumatlarına əsasən iddiaçının kooperativin sədri omağı barədə heç bir məlumat aşkar edilmədiyini bildirmiş, bununla da iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir və yuxarıda sadalanan sənədlərə istinad edərək onun « Lalə » kooperativin qanuni təmsilçisi kimi İddiaçı qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -34.7.2-cimaddəsinə əsaəsn, vergi ödəyicilərinin uçot məlumatlarında dəyişikliklər onların müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında aparılır; -34.7.3-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 34.7.3.1. fəaliyyətinə xitam verildikdə; 34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 34.7.3.3. vəfat etdikdə. Həmçinin, məhkəmə qeyd edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: maddə 2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. maddə 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. maddə 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. maddə 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. maddə 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Məhkəmə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir. Bu normanın təhlili onu deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı « Lalə » kooperativi yarandığı vaxtdan kooperativin təsisçisi və sədridir. Bu hal isə xx.xx.1988-ci il tarixli, 1 №-li protokolda öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, bu da hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan faktdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Hüquqi şəxslərin dövlət reyestrində « Lalə » kooperativin qanuni təmsilçisi kimi İddiaçı adının qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-844/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-844/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver