Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-845/2020 12.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, iddiaçı “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə qarşı “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-ninxx.xx.2018-ci il tarixli, 129/1 saylı ekspert rəyinin ləğv edilməsi və “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMCyə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə qarşı elektron qaydada iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-ninxx.xx.2018-ci il tarixli, 129/1 saylı ekspert rəyinin ləğv edilməsi və “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-1(81)-4847/2019 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, hazırki tələb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı iddia növlərinə aid olmadığından, qeyd olunan tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin cavabdeh qismində qeyd edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inzibati orqan hesab edilsə də, hazırki tələb həmin orqana qarşı yönəlməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatıdırır ki, iddiaçı hazırki tələblə elekton qaydada müvafiq kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçı “Nikoyl” X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə qarşı “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-ninxx.xx.2018-ci il tarixli, 129/1 saylı ekspert rəyinin ləğv edilməsi və “xxxx” MMC-yə məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya hazırki tələblə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-845/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-845/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver