Məhkəmə qərarları › İş №2-1(114)-845/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-845/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-845/2025 09.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X9, X17 və X13 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2017-ci il tarixdən ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X14,X7, X18, X9,X8 və X10 adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı üçüncü şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9, X17 və X13 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri, N.Nərimanov küçəsi, 32 №-li ev onun xüsusi mülkiyyətindədir. Orada keçmiş həyat yoldaşı Zərifə ,uşaqları və nəvələri yaşayır. Qızlarından Təranə 1995-ci ildə,Afina isə 2003-cü ildə ailə quraraq onun evimdən köçmüşlər,o vaxtdan hal hazıra kimi onlar ailələri ilə birlikdə öz evlərində yaşayırlar. Onun evində onların heç bir əşyaları belə yoxdur.Formal olaraq qeydiyyatdadılar.Onlara qörə artıq kommunal xərcləri ödəməli olur. Təqəüdçüdür,maddi vəziyyəti çətindir,nə səbəbə qörə onların öz evləri olduqları,onun evində yaşamamaları halda onlara qörə maddi zərər çəkməlidir. Bundan başqa onların formal qeydiyyatları onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 5984/2024 cavab məktubu ilə müəyyən edilir ki, Göygöl şəhəri, N.Nərimanov küçəsində yerləşən daşınmaz əmlaka dair İddiaçı (Tik. “A”, “B”, “İ” bütövlükdə və 0.06 ha torpaq sahəsi ümumi birgə), X5 (0.06 ha torpaq sahəsi ümumi birgə), X1 (0.06 ha torpaq sahəsi ümumi birgə), X11 (0.06 ha torpaq sahəsi ümumi birgə), X4 (0.06 ha torpaq sahəsi ümumi birgə), X2 (0.06 ha torpaq sahəsi ümumi birgə), X12 adlarına (0.06 ha torpaq sahəsi ümumi birgə) xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X4, X13 və X15 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Məhəkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İƏD nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-47-10/2-16-129/2024 saylı məktubu ilə müəyyən edilir ki, Göygöl şəhəri Nəriman Nərimanov küçəsi 32 nömrəli xüsusi mülkün sahibi X3r. Hal-hazırda sözügedən ünvanda X19 daimi yaşayış qeydiyyatındadır və həmin ünvanda yaşayır. Aşağıda adları qeyd olunan vətəndaşlar isə hal-hazırda həmin mənzildə daimi yaşayış qeydiyyatındadırlar, lakin orada yaşamırlar: X9, X23, X24. Tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-33/2-5984/2024 cavab məktubu, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İƏD nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-47-10/2-16-129/2024 saylı məktubu və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin cavab məktubu ilə də müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-5984/2024 cavab məktubu ilə müəyyən edilir ki, Göygöl şəhəri, N.Nərimanov küçəsində yerləşən daşınmaz əmlaka dair İddiaçı (Tik. “A”, “B”, “İ” bütövlükdə və 0.06 ha torpaq sahəsi ümumi birgə), X5 (0.06 ha torpaq sahəsi ümumi birgə), X1 (0.06 ha torpaq sahəsi ümumi birgə), X11 (0.06 ha torpaq sahəsi ümumi birgə), X4 (0.06 ha torpaq sahəsi ümumi birgə), X2 (0.06 ha torpaq sahəsi ümumi birgə), X12 adlarına (0.06 ha torpaq sahəsi ümumi birgə) xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Göründüyü kimi üçüncü şəxs X9, X17 və X13 qeydiyyatda çıxarılmasının tələb edildiyi evin yerləşdiyi torpaq sahəsi iddiaçının ailə üzvləri ilə birgə paylı mülkiyyətdir və paylı mülkiyyətçilərdən biridə üçüncü şəxs X6r. Həmçinin üçüncü şəxs X9 İddiaçı qızı, X17 və X23 isə X4 övladları olmaqla iddiaçının nəvələri olmaqla ailə tərkibindədir. Məhkəmə onu da qeyd edir ki, hal hazırda inzibati məhkəmə icraatı çərçivəsində üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququ məsələsini müəyyən etmək mümkün deyildir, üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququnun mövcud olub-olmadığının müəyyən olunması məsələsi yalnız mülki məhkəmə icraatı qaydasında həll olunur. Belə ki, yuxarıda qeyd edilmiş hallar ilə də müəyyən edilir ki, iddiaçının tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı X9, X17 və X13 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar