Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-846/2022 03.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 16004 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, 16004 saylı « Hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında » qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10897/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə iş baxılması üçün aidyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirərək xx.xx.2021-ci il tarixli qərarla təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 16004 nömrəli Xəstəlik haqqında şəhadətnamənin ləğv olunmasını və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının xx.xx.2022-ci il tarixli protokol qərardadı ilə dəqiqləşmə barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasını da cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş, məhkəmə iclasının həmin tarixli protokol qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası birgə cavabdeh kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə isə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbini yenidən dəqiqləşdirərək, MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2020ci il tarixli şəhadətnaməsinin ləğv olunmasını xahiş etmiş, məhkəmə iclasının həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 20 oktyabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmətə başlamış, ixrac neft və X5 Təhlükəsizliyi İdarəsinin Şəmkir regional şöbəsi- 4-cü şöbənin idarə heyətinin kargüzar-operatoru vəzifəsində çalışmışdır. Səhhətində problemlər yarandığına görə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Prezidentin Təhlükəsizlik Xidmətinin Tibb İdarəsinin Ümumi Stasionar şöbəsində «Boynun arxa səthinin karbunkulu, şəkərli diabet, tip 2, neyrosirkulyator asteniya, hipertenziv tip», xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «Sağ ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyası. Dilatasion kardiomiopatiya, ürək çatışmazlığı İİ funksional sinif. Arterial hipertenziya, İİ mərhələ, şəkərli diabet, tip 2» diaqnozu ilə stasionar müalicədə olmuş, müalicədən sonra 17.11,2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən «Xəstəliklər cədvəli»nin 53-cü maddəsinin İİİ qrafasına əsasən şəhadətləndirilmiş, xəstəliyinə görə 15 gün müddətinə məzuniyyətə göndərilmiş, məzuniyyətdən sonra təkrar şəhadətləndirilməyi tövsiyyə olunmuşdur. 2020-ci ilin dekabr ayında hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən olunması üçün Prezidentin Təhlükəsizlik Xidməti rəisinin xx.xx.2020-ci il tarixli, 41/1408 saylı göndərişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmişdir. Orada xx.xx.2020-xx.xx.2020 tarixlərdə müayinə olunduqdan sonra ona Hərbi Həkim Komissiyası tərəfindən «Dilatasion kardiomiopatiya, İİİ funksional sinif ürək çatışmazlığı. Hipertoniya xəstəliyi, İİ mərhələ» diaqnozu qoyulmuşdur. HHK-nın xx.xx.2020-ci il tarixli «Hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında" Qərarına əsasən, o həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Rəisinin xx.xx.2021 -ci il tarixli, 2 ş/h saylı əmrinə əsasən həmin tarixdən tutduğu vəzifədən azad edilməklə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. 11 avqust 2021 -ci il tarixdə X1 müayinə olunmuş, ona «şəkərli diabet, 2 tip» diaqnozu qoyulmuşdur. Yəni, HHK tərəfindən ona qoyulmuş əvvəlki diaqnoz səhv olmuş, «Dilatasion kardiomiopatiya, İİİ funksional sinif ürək çatışmazlığı. Hipertoniya xəstəliyi, İİ mərhələ» diaqnozu düzgün qoyulmamışdır. Onda olan şəkərli diabet xəstəliyi onun fəaliyyətinə heç bir mənfi təsir göstərmir. 41 yaşı və işləmək üçün əmək qabiliyyəti vardır. Xidmətini başa vurub təqaüdə çıxmağına cəmi bir il müddət var. Hazırkı vəziyyətdə nə təqaüdə çıxa bilir, nə də işlə təmin oluna bilir. Ona görə də Hərbi Həkim Komissiyasının səhv verilmiş qərarının ləğvi zəruridir. Əgər mübahisəli qərar ləğv olunarsa, o əvvəlki işinə bərpa oluna və gələcəkdə təqaüdə çıxa bilər. Bu barədə cavabdehə müraciət etmiş, cavabdeh isə heç bir araşdırma aparmayaraq ona məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Cavabdehin hərəkəti nəticəsində o öz hüquqlarından istifadə edə bilmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin 1801 nömrəli, xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd olunmuşdur ki, İddiaçı hərbi xidmət keçərkən aldığı xəstəliklərin nəticələrinə görə o, xx.xx.2020-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin oİunmuş “Dilatasion kardiomiopatiya. İİİ (üçüncü) funksional sinif ürək çatışmazlığı. Hipertonia xəstəliyi, İİ (ikinci) mərhələ. İnsulindən asılı olmayan şəkərli diabet, tip İİ, yüngül dərəcə, subkompensasiya mərhələsində. İl(ikinci) dərəcəli alimentar-konstitusional piylənmə. BÇİ 35,7. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi 4,5və 1,5D nəticəsində görmə itiliyinin 0,3-ə kimi azalması, korreksiya ilə 1,0 olmaqla”diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə əsasən, “Xəstəlik, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmiş və “Xəstəliklər cədvəli”nin 42 ”a”, 43 “b” və 13 “c” maddələrinin İİ qrafasına əsasən “Həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmışdır. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. şəhadətləndirilərkən onun bütün müayinələri tam obyektiv və düzgün keçirilmişdir. Bu səbəbdən də İddiaçı hərbi xidmətə yararlı olmasına dair iddiaları tam əsassız hesab edilir. Qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına xx.xx.2020-ci il tarixli Xidməti Xasiyyətnamə, xx.xx.2020-ci il tarixli, 16004 nömrəli xəstəlik haqqında şəhadətnamə, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəsinin 2 ş/h nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C. Abdullayev adına X2 4514 nömrəli, xx.xx.2021-ci il tarixli müayinə dublikatı, ƏƏSMN Tbbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumat və MN MHHK-nın 1801 nömrəli, xx.xx.2021-ci il tarixli etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. xx.xx.2020-ci il tarixli Tibbi Xasiyyətnamədən görünür ki, iddiaçı 06-xx.xx.2020-ci il tarixlərdə “ Boynun arxa səthinin karbunkulu. Şəkərli diabet, tip ll. Neyrosirkulyator asteniya, hipertenziv tip” diaqnozu ilə PTX Tibb İdarəsinin Ümumi stasionar şöbəsində stasionar, 13-xx.xx.2020-ci il tarixlərdə xidmət yeri üzrə ambulator müalicədə olmuşdur. Nəticə: yaxşılaşma. xx.xx.2020-ci il tarixdən PTX Tibb İdarəsinin Polklinikasında “Şəkərli diabet, tib ll” diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2020;xx.xx.2020-ci il tarixlərdə “Şəkərli diabet, tip ll” diaqnozu ilə PTX Tibb İdarəsinin Poliklinikaında ambulator müalicədə olmuşdur. Nəticə: Yaxşılaşma. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Sağ ağciyərin aşağı payının kəskin ocaqlı pnevmaniyası. Dilatasion kardiomiopatiya, ürək çatışmazlığı, ll FS. Arterial hipertenziya, ll mərhələ. Şəkərli diabet, tip ll” diaqnozu ilə PTX Tibb İdarəsinin Ümumi stasionar şöbəsində stasionar müalicədə olmuşdur. PTX rəsinin 42/1349 saylı, xx.xx.2020-ci il tarixli göndərişinə əsasən, xx.xx.2020-ciil tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən “Keçirilmiş sağ ağciyərin aşağı payının kəskin ocaqlı pnevmaniyasından sonrakı vəziyyət. Dilatasion kardiomiopariya. Ürək çatışmazlığı, ll (ikinci) funksional sinif. Şəkərli diabet, tip ll” diaqnozu ilə şəhadətləndirilmiş və Xəstəliklər cədvəlinin 53-cü maddəsinin, lll qrafasına və ƏTC-ə əsasən “Hərbi Xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir” qərarı qəbul edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məzuniyyət verilmişdir. xx.xx.2020-ci il tarixli, 16004 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı xüsusi müayinələrinin nəticəsi: qanın ümumi analizi (xx.xx.2020): Hb-140 g/l, EÇS- 6 mm/s. Qanda virjsm HbsAg - neqativ, Anti-HCV İgG - neqativ, QİÇS-1HİV 1+2 - neqativ, Sifilis 5: Qanda qlükoza-10,63 mmol/l, HbA1c-10,7%. Sidiyin ümumi analizi (03.12.202 (xx.xx.2020): sinus ritmi, ÜEO-nun normal vəziyyəti. ExoKQ (04.12.202C diastolik ölçüləri böyümüşdür, LVEF=38%, LVd=64mm, LA=49mm. U SM s: patologiyasızdır. DQOF (xx.xx.2020) ürək, ağciyərlər normaldır. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin hhk-nın qərarı: Dilatasion kardiomiopatiya. İİİ funksional sinif ürək çatışmazlığı. Hipertoniya xəstəliyi, İİ mərhələ.; İnsulindən asılı olmayan şəkərli diabet, tip İİ, yüngül dərəcə, subkompensasiya mərhələsində. İİ dərəcəli alimentar-konstitusional piylənmə, BÇİ 35,7. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi 4.5 və 1.5 D nəricəsində görmə itililiyinin azalması, korreksiyya ilə 1.0 olmaqla - Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 42a, 43b, 13c maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən, Həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsızdır. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəsinin 2 ş/h nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Polikliikasının Hərbi-Həkim Komissiasının xx.xx.2020-c il tarixli qərarı ilə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunmuş, İxrac Neft və X5 Təhlükəsizliyi İdarəsinin kargüzar-operatoru, baş çavuş İddiaçı vəzifədən azad edilməklə şəxsi heyətin siyahısından çıxarılmış, həqiqi hərbi xidmətdən istefaya buraxılmış və SHXÇDX-nin Şəmkir Rayon Şöbəsinə göndərilmişdir. ƏƏSMN Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatda görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi” səbəbi ilə ona əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: Bənd 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. Bənd 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır. Zabitlərdə, gizirlərdə, miçmanlarda və Dövlət Sərhəd Xidmətinin müddətdən artıq xidmət keçən çavuşlarında «Xəstəliklər cədvəli» üzrə hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə fərdi qiymətləndirməni nəzərdə tutan xəstəliklər olduqda, yararlılıq kateqoriyası haqqında qərar şəhadətləndirilənlərin ixtisası, tutduğu vəzifə, hərbi-uçot ixtisası, yaxud təyin ediləcəyi nəzərdə tutulmuş vəzifə və hərbi uçot ixtisası üzrə xidmət təcrübəsi, sağlamlıq vəziyyəti, komandanlığın və hərbi-hissə həkiminin bu hərbi qulluqçunun hərbi xidmət, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icraetmə qabiliyyəti barədə xidməti və tibbi xasiyyətnamələrdəki rəyləri nəzərə alınmaqla çıxarılır. Bənd 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirə bilərlər. Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. [32] Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»... əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C. Abdullayev adına X2 4514 nömrəli, xx.xx.2021-ci il tarixli müayinə nəticələrində onun diaqnozu “şəkərli diabet, ll tip” göstərilmişdir. Yuxarıda qeyd olunan “Əsasnamənin” 1.9-cu bəndinin tələbindən göründüyü kimi, Hərbi-Həkim Komissiyasının hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərarı şəhadətləndirmə anından etibarən bir il müddətində qüvvədəddir. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirmə keçirilir. Təkrar şəhadətləndirmədən sonra hərbihəkim komissiyasının qərarı qüvvədən düşür. İşin faktiki hallarında göründüyü kimi, iddiaçının sağlamlıq vəziyyətində komissiya tərəfindən qəbul olunmuş qərara yenidən baxılması üçün əsas olan dəyişiklik baş vermişdir. Belə olan halda, cavabdeh şəhadətləndirilmiş şəxsin, yəni iddiaçının təkrar şəhadətləndirilməsini keçirməyə borclu idi. “İnzibati icraat haqqında” Azərbaycan Republikası Qanununun 67-ci maddəsinə görə, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh qanunazidd hərəkətə yol vermədiyini, “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmadığını iddia etsə də, yuxarıda sadalanan hallar cavabdehin inzibati icraatın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 16004 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-846/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-846/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver