Məhkəmə qərarları › İş №2-1(114)-848/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-848/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-848/2020 06.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X22 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X23 (bundan sonra DƏDRX-nin 3 saylı X28) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X19rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Hərbi şəhərcik-83, 397 saylı bina, 29-30 saylı ünvanda yerləşən mənzilin özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda yaşadığı Gəncə şəhəri, Hərbi şəhərcik-83, 397 saylı bina, 29-30 saylı ünvanda yerləşən mənzili öz adına özəlləşdirilməsi barədə DƏDRX-nin 3 saylı X23 müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, həmin mənzilə dair ona verilmiş order daimidir və bu barədə arayış iş materiallarında mövcuddur. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı Gəncə şəhəri, Kəpəz rayonu,Hərbi şəhərcik-83, bina 397-də yerləşən 29-30 saylı mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edilmiş, bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 11/1287 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik-83, bina 397də yerləşən 29-30 saylı mənzilin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus xidməti mənzil fonduna aiddir və mövcud qanunvericiliklə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 3 saylı X22 xx.xx.2019-cu il tarixli, **********02 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -xx.xx.1992-ci il tarixli, 283 nömrəli orderin surətindən görünür ki, Gəncə şəhəri Hərbi şəhərcik-83, 397 nömrəli binanın 29-30 nömrəli mənzili İddiaçı və onun ailə üzvlərinin (arvadı X4, övladları X5, X6 və X7) istifadəsinə verilmişdir. -Gəncə rayon Mənzil İstismar Hissəsinin xx.xx.2019-cu il tarixli, 244 nömrəli arayışından görünür ki, İddiaçı adına verilmiş xx.xx.1992-ci il tarixli, 283 nömrəli order daimi order kimi Mənzil İstismar Hissəsində qeydiyyatdadır. -Gəncə rayon Mənzil İstismar Hissəsinin 1 nömrəli X18 xx.xx.2019-cu il tarixli, 244 nömrəli arayışından görünür ki, Gəncə şəhəri Hərbi şəhərcik-83, 397 nömrəli binanın 29- 30 nömrəli mənzildə yaşamaq hüququna İddiaçı, X13, X14, X15 və X16 malikdir. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı, X13, X14, X8 və X2 şəhəri, Hərbi şəhərcik-83, bina 397, mənzil 29-30 ünvanda qeydiyyatdadır. -xx.xx.2019-cu il tarixli **********166 nömrəli, xx.xx.2019-cu il tarixli **********322 nömrəli və xx.xx.2019-cu il tarixli **********315 nömrəli ərizələrin surətlərindən görünür ki, X13, X14 və X2 şəhəri, Hərbi şəhərcik-83, bina 397, mənzil 29-30 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etmirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən mənzil xx.xx.1992-ci il tarixli, 283 nömrəlidaimi orderəsasında İddiaçı və onun ailə üzvləri: arvadı X9, övladları X10, X11 və X12 verilmişdir. Qeyd olunan şəxslərdən X13, X14 və X16 sözügedən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bu Məcəllədə və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət və ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (qanunvericiliklə başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd olunan Məcəllənin 51-ci maddəsinin tələblərinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqınnda” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 3 mənzil 29-30 ünvanda yerləşən mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X23 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar