Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-848/2021 23.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra məntdə iddiaçı) məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və hərbi xidmət keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.1992-ci il tarixli 2N nömrəli əmri ilə həmin hərbi hissənin şəxsi heyətinin sırasına daxil edilmişdir. xx.xx.1992-ci il tarixli N nömrəli N nömrəli hərbi hissə komandirinin əmrinə müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilərək xidmətinə pulemyotçu olaraq davam etmişdir. Daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 145 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərlmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 144 nömrəli əmriylə ştatda yer olmadığı üçün ştatdan kənar saxlanılmaqla Minamyot Batareyasının tərkibinə ezam edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 01N nömrəli əmrinə müvafiq olaraq minamyot bateryasında baş tuşlayıcı vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.1995-ci il tarixdə məzuniyyətə çıxmış və məzuniyyətdən qayıtdıqdan sonra hərbi hissədən ona bildirilmişdir ki, məzuniyyətdən geç qayıtdığı üçün onun hərbi uçot sənədləri Respublika Hərbi Komissarlığına göndərilib. Beləliklə iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996cı il tarixli 44 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq ştatdan kənarlaşdırılmış və qeydiyyat sənədləri Respublika Hərbi Komissarlığına, Hərbi prokrorluğa və Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərtargahının Təşkilatı Səfərbərlik İdarəsinə göndərilmişdir. Daha sonra o, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya qərarına əsasən xx.xx.1998-ci il tarixdə Nərimanov rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət edərək sənədlər təqdim etməsinə baxmayaraq xx.xx.2020-ci il tarixli məktubla imtina edilmişdir. İmtinaya əsas olaraq qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-8674 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan kəndi), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı-Əskipara kəndləri daxil olmaqla), rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar. Əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin fevral Ncü il tarixli nizami hissə üzrə əmirlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli nizami hissə üzrə əmirində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Ona görədə iddiaçının tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini SX ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/Ə- 11971 imtina məktubu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8674 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan və itirilmiş hərbi bilet əvəzinə verilən yeni xx.xx.2019-cu il tarixli SX ******* nömrəli hərbi biletin 4-cü səhifəsində onun xx.xx.N-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olması, xx.xx.1995-ci il tarixdə isə hərbi hissənin siyahısından çıxarılması barədə qeydlər aparılsa da, həmin qeydlərdə iddiaçının hansı nömrəli əmrlə tərxis olunması göstərilməmişdir. Bundan başqa xüsusi qeydlər hissəsində qeyd olunmuşdur ki, Milli Məclisin xx.xx.1997-ci il tarixli “Amnistiya” haqqında Qərarına əsasən ARSQ-də hərbi xidməti sayılmır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, 1/Ə-11971 nömrəli məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-8674 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə N nömrəli hərbi hissəni özbaşına tərketdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-8674 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov RHK-dan səfərbər olunmuş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandırinin xx.xx.1992-ci il tarixli 2N nömrəli əmrilə (əsas: §-1, səh 13, sıra 26, əmrdə adı Natiq yazılmışdır, vəzifəsi göstərilməyib) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-cü il tarixli N nömrəli əmrilə (əsas: §-3, səh 25, sıra 1, əmrdə vəzifəsi göstərilməyib) sıravi İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 145 nömrəli əmrilə sıravi İddiaçı (əsas: §-15, səh 45, əmrdə vəzifəsi göstərilməyib) xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdi. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 144 nömrəli əmrilə İddiaçı (əsas: §-1, səh 51, əmrdə atasının adı qaralanaraq düzəliş olunmuşdur, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) ştatda yer olmadığı üçün ştatdan kənar saxlanılmaqla bütün növ təminatlarla təmin edilərək Min.Bat. tərkibinə ezam edilmişdi. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 01N nömrəli əmrilə sıravi İddiaçı (əsas: §-3, səh 28, sıra 22) minamyot batareyasında baş tuşlayıcı vəzifəsinə təyin olunmuşdu. Hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 64 nömrəli əmrilə (əsas: §-1, səh 101, sıra 5, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) pul və ərzaq təminatından azad edilmişdi. Hərbi hissəni özbaşına tərk etdiyinə görə baş tuşlayıcı, əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 44 nömrəli əmrilə (əsas: §-18, sıra 77, səh 38) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq, ad siyahısı və hərbi uçot sənədləri Republika hərbi komissarlığına, hərbi prokurorluğa və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Təşkilati-Səfərbərlik İdarəsinə göndərilmişdir. Əlavə olaraq qeyd edilmişdi ki, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmirlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli nizami hissə üzrə əmirində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçünücü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı döyüş mövqeyini özbaşına tərk etdiyi üçün onun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-848/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-848/2021
23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver