Məhkəmə qərarları › İş №2-1(114)-85/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-85/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-85/2020 28.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Şəmkir rayon filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli məktubu ilə İddiaçı əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İmtina onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə Çernobil AESdə qəzanın ləğvi ilə əlaqədar İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq pensiyanın məbləği xx.xx.2019-cu il tarixdən düzgün olaraq 745,35 manata çatdırılmışdır. İmtinanıqanunsuzhesabedəniddiaçıcavabdeh Dövlət X5 Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 26.2-ci maddəsinin tətbiq olunmamasına dair hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 26.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, pensiyanın ölkə üzrə pensiya hesbalanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqatı məbləğində, əmək haqlarının tam məbləği əsas götürülməklə, bütün ötmüş dövr üçün, yəni xx xxxxxx 2008-ci il tarixdən bugünə qədər indeksləşdirilməsi və yenidən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Çernobıl əlilidir, 1987-ci ildə Çernobıl qəzasının nəticələrinin ləğvində ən ağır və qorxulu zonasında çalışmış, həyatını təhlükəyə ataraq çalışmışdır ki, vətənimiz Azərbaycanın adı yaxşılar sırasında çəkilsin. Orada işlədiyi zaman o, 549-550 rubl gündəlik xərclik pulu və 5700 rubla qədər aylıq məvacib almışdır. Dövlətimiz tərəfindən onun əməyi qiymətləndirilmiş və layiqli pensiya təyin edilmişdir. O zaman onların pensiyaları ölkə üzrə orta aylıq əmək haqqına məhdudiyyət qoyulmaqla hesablanmışdır. Lakin, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərə dövlət tərəfindən bir çox güzəştlər nəzərdə tutulmuşdur. O cümlədən onların pensiyalarına dair Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslərin pensiyalarına qoyulmuş məhdudiyyət Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 54-111Q saylı Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunu ilə aradan qaldırılmışdır. Lakin rəsmi müraciətinə baxmayaraq, DSMF-nin Şəmkir rayon şöbəsinin hərəkətsizliyi ucbatından, Çernobıl qəzasında işləmiş şəxslərin pensiyalarına qoyulmuş məhdudiyyət aradan qaldırılmamış, onlara təyin olunmuş pensiyalar dəyişilməz qalmış və müraciətindən əsassız imtina olunmuşdur. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət X7 publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya xx.xx.1991-ci il tarixdə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, hazırda tələb etdiyi hesablama aparılmış və onun pensiyasının sığorta hissəsi xx.xx.2008-ci ildə 30.33 manatdan 318.18 manatdək artırılmış, hazırkı dövrədək həmin artımla ödənilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X2 da iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2019-cu il tarixli, **********4 nömrəli arayış, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli, **********2 nömrəli məktubu, iddiaçının 250183 nömrəli pensiya uçot vərəqinin və pensiya işinin təsdiqlənmiş surətləri əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olan 26.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Qanuna 26.2-ci maddə və qeyd əlavə edilmişdir. 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxxx 2009-cu il tarixli Azərbaycan Respublikası Qanununun 8. bəndinə əsasən 26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi çıxarılmış, Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. İddiaçı hazırkı tələbində xx.xx.1991-ci il tarixdə ona İİ qrup əlliyə görə təyin edilmiş əmək pensiyasının yuxarıda qeyd edilən qanunlara uyğun hesablanıb ödənilmədiyini iddia etmiş və xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən yenidən hesablanıb ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İş materiallarında olan 250183 nömrəli pensiya uçot vərəqinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçıya təyin olunmuş pensiya məbləğinin sığorta hissəsi xx.xx.2008-ci il tarixədək 30,33 manat, xx.xx.2008-ci il tarixdən sonra isə 318,18 manat təşkil etməklə, əmək pensiyası xx.xx.2008-ci ildən yenidən hesablanmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfinlən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının pensiyası yenidən hesablanmışdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Beləliklə məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar