Məhkəmə qərarları › İş №2-1(114)-850/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-850/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-850/2020 10.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh 87-05/15 nömrəli, xx xxxxxx 2020-ci il tarixli imtina məktubu ilə İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdehndə adı və soyadı dəyişdirildiyindən növbəti dəfə dəyişdirilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı onun adının və soyadının dəyişdirilərək “Babayev Mahir” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixədək X5 ad və soyadı daşımışdır. Sonradan ad və soyadın dəyişdiilməsi üçün BərdərayonQeydiyyatşöbəsinə müraciət etmişdir. Müraciəti xx.xx.2016-ci il tarixdən təmin edilmiş və iddiaçıya hazırda daşıdığı “İddiaçı” ad və soyad verilmişdir. Ötən müddət ərzində yeni götürdüyü ad və soyada heç bir qaydada uyğunlaşa bilmədi. Baxmayaraqki, ad və soyad dəyişdirmiş onu tanıyan şəxslər, kənd sakinləri və digər tanışlar onu keçmiş adı və soyadla tanıyır cə çağırırlar. Ad və soyadını dəyişdirdikdən sonra insanlar buna görə onu qınamağa başlayıblar. Beten bu məsələlər iddiaçıya psixoloji təsir göstərir, narahatlıq hissi keçirir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2020-ci il tarixli, 50 nömrəli arayış, “Doğum haqqında” xx.xx.1976-cü il tarixli, AZ-818873 nömrəli şəhadətnaməsinin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli, 87-05/15 nömrəli imtina məktubu əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1, 3.1 və 8.1-ci maddələri). Bundan əlavə bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürülməsidir. İddiaçı tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu məktubla bundan imtina etdiyindən hazırkı mübahisə yaranmış və iddiaçı iddianı qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürmüşdür. Beləliklə, iddianın mümkünlüyünə dair şərtlər mövcud olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı artıq bir dəfə ad və soyadını dəyişmiş və ona bu barədə şəhadətnamə verilmişdir. İnzibati orqanın ikinci dəfə şəxsin ad və soyadını dəyişdirmə barədə müraciətindən imtinası iddiaçının mənafeyi baxımından uyğun hesab edilir və onun konstitusion hüquqlarına xələl gətirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.4. maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 6.3. bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; 6.25. bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; 6.26. bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; 6.27. bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; 6.28. bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləjə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 192. maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 189. maddəsində “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir” müddəası vətəndaşın öz adını və soyadını, atasının adını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilə bilər kimi başa düşülməlidir. Qanunun bu norması “18 yaşına çatmış vətəndaşın öz adını və soyadını, atasının adını istədiyi zaman istədiyi formada dəyişdirə bilər” kimi başa düşülməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi o, soyadını və adını dəyişdirmiş və X3 qeydiyyat aparılmışdır. İddiaçı iddia ərizəsində soyadı və adını dəyişdirdiyi halda, formal xarakterli səbəblərə görə soyad və adının yenidən dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, soyadın və adın yenidən dəyişdirilməsi üçün əsaslı səbəblər olmalıdır və iddiaçının sənədləri arasında uyğunsuluğun olması və s. səbəblərə görə əvvəlki ad və soyadına qayıtmaq istəməsinə dair dəlilini inandırıcı hesab etmir. Göründüyü kimi xx.xx.2016-cı il tarixdə iddiaçının müraciəti əsasında onun adı və soyadı Cavabdehndə X1 mülki qanunvericiliklə ona verilmiş potensial hüququndan bir dəfə istifadə etmişdir. Lakin qeyd edilən prosedurdan cəmi bir neçə il ötdükdən sonra iddiaçı yenidən soyad və adının dəyişdirilməsi tələbi ilə inzibati orqana, sonradan məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təkrarən soyad və ata adının dəyişdirilməsinə dair göstərdiyi dəlillər əsassızdır və mötəbər sübutlara əsaslanmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda bunu edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 33.1. maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar